Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə114/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   110   111   112   113   114   115   116   117   ...   128

316 
 
hesab olunur və digər ənənəvi üsullarla birlikdə ümumi kompleks tədqiqat üsulları 
sırasına daxil olur. Neft-qaz yataqlarının axtarışı zamanı kosmik üsulların tətbiq 
olunması M.S.Bondarev, V.İ.Qridina, Z.Q.Kiryuxin, M.Z.Kopp, Z.İ.Solovyev, 
D.M.Trofimov, P.V.Florensk və digər tədqiqatçıların işlərində əks olunmuşdur. 
Kosmik üsulların neft-qaz geologiyasında tətbiq olnmasının əsas prinsipləri 
aşağıdakı müddəalarla əks olunmuşdur: 
1.Neftli-qazlı sahələrin qlobal proqnozu həmin sahələrin geoloji rayonlaş-
dırılması ilə  şərtlənmişdir. Kosmik şəkillərin köməyilə neftli-qazlı hövzələrin 
sərhədlərinin müəyyən olunması, müxtəlif stratiqrafik səviyyədə hövzənin struktur 
xüsusiyyətlərinin müəyyən olunması. 
2.Neft-geoloji rayonlaşdırmanın proqnoz xəritəsinin tərtib olunması və pers-
pektiv sahələrin aşkar olunması kosmik şəkillər üzrə tərtib olunmuş tektonik əsasa 
gətirib çıxarır. Bu zaman neft və qaz yataqlarına struktur nəzarət aşkar olunur. 
3.Geoloji açıq rayonlarda neft-qazlı formasiyanın ayrılması və xəritələnməsi 
mümkündür. 
4.Lokal strukturların aşkar olunması axtarış nöqteyi-nəzərdən perspektivlidir. 
Bu strukturların aşkarolunma üsulu aerokosmik şəkillərin deşifrə olunmasının 
landşaft indikasiya üsuluna əsaslanır. 
5.Yataqların axtarışı üçün aerokosmik şəkillərin tətbiq olunması bütün 
geoloji-geofiziki məlumatlar əsasında sistemli analizə əsaslanmalıdır. 
Kosmik şəkillərin geoloqlar üçün verdiyi əsas məlumatlar xətti və halqavarı 
strukturların aşkar olunması ilə yekunlaşır.  
Yuxarıda göstərildiyi kimi, lineamentlər bütövlükdə litosferin qeyri-bircins 
xətti zonasına cavab verir və bəzən müxtəlif tərtibli və dərin yatımlı qırılmalarla 
əlaqədardır.  İzometrik (halqavarı) strukturlar, platformalar və digər sahələr 
daxilində böyük qalınlıqlı çökmə örtüyün inkişaf tapdığı  ərazilərdə neft və qaz 
yataqlarının axtarışı nöqteyi-nəzərdən perspektivli hesab olunur. Belə strukturlar 
müxtəlif dərinlik yatımlı lokal strukturlara, bünövrənin ayrı-ayrı bloklarına, çökmə 
örtük daxilində iri qeyri-bircinsliyə cavab verir. 
Hazırda unikal neft yataqlarının Turan plitəsi, Qərbi Sibir, Ərəbistan plitəsi 
və digər sahələr daxilində  qırılmaların kəsişmə qovşaqlarına uyğunlaşması 
müəyyən olunmuşdur. Buna görə  də kosmik şəkillərin deşifrə olunması zamanı 
lineamentlər və onlarla nəzarət olunan neftli-qazlı strukturların qarşılıqlı əlaqəsini 
aşkar etmək lazımdır. Turan plitəsi üçün müəyyən olunmuşdur ki, 70 %-ə qədər 
lokal strukturlar regional qırılma zonalarında yerləşmişdir. D.M.Trofimov 
tərəfindən Volqa-Ural neftli-qazlı hövzə daxilində, həmçinin qırılmaların neftli-
qazlı strukturlarla əlaqəsi göstərilmişdir. Bu zaman qırılmaların  əksər hissəsi 
kosmik şəkillər üzrə deşifrə olunmuşdur. 
Neft-qaz yığımlarının lokallaşmasında qırılmaların rolu, onların təsir zona-
sında strukturların formalaşması üçün əlverişli  şəraitin yaranmasına, litoloji 
xüsusiyyətlərinə  təsirinə, hidrogeoloji xüsusiyyətlərinə, geokimyəvi və digər 
amillərə, struktur və qeyri-struktur tip tələlərdə neft-qaz əmələgəlməni və karbon 


317 
 
qazının toplanmasını şərtləndirən amillərin yaranmasına gətirib çıxarır. Bu kosmik 
şəkillərdə deşifrə olunmuş lineamentlərlə daha perspektivli neftli-qazlı sahələr 
arasındakı səbəb-nəticə əlaqəsini şərtləndirir. 
Təcrübə göstərir ki, geoloji örtülü rayonlarda kosmik şəkillər üzrə böyük 
miqdarda müxtəlif miqyaslı halqavarı (izometrik) strukturlar ayrılır. Bu struk-
turların müəyyən hissəsi məlum neftli-qazlı strukturlarla korrelyasiya əmələ gətirir. 
Miqyasca böyük olmayan halqavarı strukturlar məlum olduğu kimi, lokal 
qalxımlara və ya çökəkliklərə uyğun gəlir. Duz günbəzləri tektonikasının inkişaf 
zonasında diapirlər və duz günbəzləri yaxşı deşifrə olunur. Ayrılmış bu lokal struk-
turlar kosmik şəkillərdə lokal və regional generalizasiya səviyyəsində mümkündür. 
Lokal strukturlar foto-anomaliyalar üzrə ayrılır və  tədqiqat rayonunun tektonik 
qurulu-şundan, iqlim şəraitindən və relyefin tipindən asılı olaraq müxtəlif 
diaqnostik landşaft xassəsinə malikdir. 
Neft-qazlılığa perspektivliyinə görə lokal strukturların ayrıl-masında mühüm 
mərhələ fotoanomaliyaların təbiətinin aydınlaş-dırılması hesab olunur. Bununla 
əlaqədar olaraq, tədqiqat rayonu üzrə bütün geoloji-geofiziki materiallara görə 
kompleks təhlillər aparılır. İnterpretasiya işləri məlum obyektlərdən naməlum ob-
yektlərə doğru aparılır. Deşifrə olunmuş perspektivli sahələrin geofiziki parametr-
ləri öyrənilir, deşifrə  məlumatları müxtəlif stratiqrafik kəsilişlərin struktur xəritə-
lərilə müqayisə olunur. Məsələn, Karpin valı daxilində müxtəlif miqyaslı kosmik 
şəkillər üzrə eninə  və uzununa lineament sistemlərini aşkar etmək mümkün 
olmuşdur. Bu lineamentlər meqavalları sərhədləndirən və onları ayrı-ayrı bloklara 
bölən dərinlik qırılmaları ilə  əlaqədardır. Müxtəlif miqyasla kosmik şəkillərin 
tətbiq olunması müxtəlif dərəcədə bu neftli-qazlı hövzənin dərinlik quruluşu 
haqqında məlumatları yeniləşdirməyə imkan verdi. Deşifrə  nəticələri bünövrənin 
səthi və mezozoy çöküntüləri üzrə struktur və geomorfoloji xəritələrlə müqayisə 
olunmuşdur. 
Yuxarıda qeyd olunan qırılma sistemlərindən başqa kosmik şəkillər üzrə 
bünövrənin tağ strukturuna cavab verən halqavarı anomaliyalar ayrılır. Valın şimal-
qərb hissəsində Simeyan qalxma zonası ayrılır. Elistin-Remontnen və Buzgin 
qalxmaları daxilində iri halqavarı anomaliyalar Remontnen və Tank-Unqur tağ 
qalxımına uyğun gəlir. Bu rayonlarda qravitasion sahələrin təhlilinə görə paleozoy 
çöküntülərinin daxili dislokasiya amplituduna uyğun gələn lokal anomaliyalar 
ayrılmışdır. Deşifrə  nəticələrinin paleozoy çöküntülərinin örtüyü üzrə struktur 
sxemlə müqayisəsi göstərir ki, halqavarı (izometrik) strukturlar onlarda struktur 
terraslar şəklində əks olunur. 
 
 
 
 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə