Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə116/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   112   113   114   115   116   117   118   119   ...   128

320 
 
köhnə dağ-mədən işlərinin – filiz çıxarmalarının izləri görünür (mis-polimetal 
və dəmir filizi yataqlarının kəşfiyyatı və istismarı işləri aparılan  sahələrdə). 
Aerokosmik şəkillərin deşifrələnməsində istifadə olunan axtarış meyarları 
aerokosmik  üsulların əsasında geoloji planalma ilə yanaşı aparılan, hər şeydən 
əvvəl stratiqrafik, litoloji, struktur, maqmatogen və geomorfoloji axtarış 
meyarlarına söykənir. 
Müəyyən bir yaşlı  və litoloji tərkibli süxurlarla əlaqədar olan faydalı 
qazıntıları aşkar etmək üçün stratiqrafik və litoloji meyarlardan istifadə olunur. 
Bura daş kömür, neft-qaz, duz, fosforit, boksit və eləcə  də müəyyən litoloji 
tərkibli və yaşlı süxurlarla əlaqədar olan digər çoxlu sayda filiz yataqları aiddir. 
Axtarış zamanı struktur meyarlarına  əsas diqqət verilməlidir. Bu işlərin 
əsasında aerofotoşəkillərin geoloji öyrənilməsi,  ərazinin struktur–geoloji 
xüsusiyyətlərinin araşdırılması  və neft-qaz məhsullarının yığılması üçün 
əlverişli sahələrin müəyən edilməsi məqsədi durur. Aerokosmik şəkillərdən 
dəniz dibinin dayaz sahələrində  də neftli-qazlı sahələri – strukturları ayrımaq 
məqsədi ilə  də istifadə olunur. Məsələn, Xəzər dənizinin dayaz sahələrində 
aerofotoşəkillərin dəqiq deşifrlənməsi nəticəsində əlverişli strukturlar ayrılaraq, 
neft-qaz yataqlarını  kəşf etmək üçün buruq qazma işləri aparılmışdır. Bu 
ərazilərdə neftli-qazlı strukturların axtarışında dənizin dibində palçıq vulkanla-
rının olmasından və birbaşa neftin və qazın çıxması – suya atılmasından 
əlverişli əlamətlər kimi istifadə olunur ki, onlar da suyun səthində yaxşı görünür 
və aerofo-toşəkillərdə əla deşifrələnir. 
Aerokosmik şəkillərdə qeyri-filiz (lay şəkilli) faydalı qazıntıların (tikinti 
materiallarının) axtarışında və müəyyən edilməsində  də struktur xüsusiyyət-
lərinin araşdırılmasının böyük əhəmiyyəti vardır.  
Filiz təzahürlərinin  əsas mənbələrindən biri olan bütün qırılma pozul-
maları, birinci qırılmaların çatları, xırdalanma zonaları axtarış obyektləridir. 
Filiz rayonlarında deşifrələmənin köməyilə  əsas filiz gətirən kanallar olan iri 
yarıqlar izlənə bilər. Bu məqsədlə aero-fotoşəkillərdə müxtəlif istiqamətli 
çatların kəsişmə qovşaqları deşifrələnir ki, əksər hallarda “filiz bacaları” olan 
bu qovşaqlarda zəngin qızıl, polimetal, mis və digər yataqlar konsentrasiya 
olunur. 
Müxtəlif faydalı qazıntılar müəyyən tərkibli və müəyyən yaşlı intruziv 
süxurlarla əlaqədar olduqda, ərazidə olan bütün belə massivləri, onlarla əlaqə-
dar olan damar və daykalarla birlikdə aerokosmik şəkillərdə ayırmaq vacibdir. 
Eyni zamanda ətraf süxurlarda dəyişilmiş zonalar hüdudlanmalıdır.  Bura 
hidrotermal dəyişilmiş zonalar və ətraf süxurların təmas-metasomatik dəyişilmə 
sahələri daxildir. Aerokosmik şəkillərdə skarnların, silisləşmə, qreyzenləşmə 
(qreyzenləşmə - dəyişilmiş qranitlərdə çöl şpatları kvars və açıq rəngli mika ilə 
əvəz olunur), serpentinitləşmə, xloritləşmə, talklaşma zonalarının da hüdud-
laşdırılması bir çox təmas və təmas-metasomatik yataqların aşkar edilməsi üçün 
əhəmiyyətlidir. 


321 
 
Aerokosmik  şəkillərdə bu tip obyektləri deşifrələyəndə  əksər hallarda 
geomorfoloji axtarış meyarları əsas rol oynayır. Belə ki, silisləşmə (kvarslaşma) 
zonaları skarnlar və eləcə də bir çox filiz saxlayan damarlar və daykalar qayalı 
tirələr  şəklində müsbət relyef formaları  əmələ  gətirir. Kaolinləşməyə, 
serpentinitləşməyə, xloritləşməyə, karbonatlaşmaya və talklaşmaya məruz qalan 
süxurlar isə  əksinə mezo- və mikrorelyefdə  mənfi formalarla (çala-çuxur və 
xətti uzanmış dərələr formasında) seçilirlər. Belə zəifləşmiş çökək formalar iri 
yarıq – qırılma xətləri, xırdalanmış, brekçiyalanılmış zonalar boyunca da müşa-
hidə olunur. 
Geomorfoloji axtarış meyarları  səpinti-metal yataqlarının və yumşaq – 
boş tikinti materiallarının axtarışında daha əhəmiyətlidir.  
Yuxarıda qeyd olunan ümumi geoloji axtarış  əlamətləri müəyən edilib 
ayrıldıqca aerokosmik şəkillərə, fotosxemlərə keçirilir və yerüstü marşrutlarda 
dəqiq yoxlanmalı obyektlər sırasına daxil edilir. 
Ümumi geoloji və geomorfoloji axtarış əlamətləri yalnız faydalı qazıntı-
ların olması ehtimalı olan yerləri müəyyən etməyə imkan verir. 
Aerokosmik  şəkillərdə birbaşa faydalı qazıntıların aşkar olunması – 
onların yer səthində təzahür olunmasının xüsusiyyət-lərindən asılıdır. Ona görə 
verilən  ərazidə hansı faydalı qazıntıya, hansı geoloji şəraitdə rast gəlmək 
mümkün olmasını axtarış  işləri başlayana kimi əvəəlcədən müəyyən etmək 
lazımdır. Eyni zamanda öyrəniləcək sahədə və qonşu ərazilərdə analoji faydalı 
qazıntı yataq və  təzahürləri mövcuddursa, onların aerokosmik üsulların kö-
məyilə  aşkar edilməsinin mümükünlüyünü ətraflı öyrənmək vacibdir. Əksər 
hallarda filizli kvars damarları, peqmatitlər və porfirlər tektonik pozulmalarla 
əlaqədar olaraq, çıxışlarının müəyyən konfiqu-rasiyasına və fotoçalarına – 
rənginə görə seçilirlər.  Ətraf süxurlar tünd rəngli  şistlər və qumdaşlarında bu 
əlamət daha aydın görünür və onlar aerofotoşəkillərdə tünd və boz fotoçalarla 
yaxşı seçilirlər. 
Eləcə  də, aerokosmik şəkillərdə açıq rəngli  əhəngdaşlarında dəmir filizi 
çıxışları (xüsusilə maqnetit) yaxşı deşifrə olunur. 
Həm havadan (aerovizual), həm də aerofoşəkillərdə  dəmir və bir çox 
kolçedan yataqları üzərindəki oksidləşmə zonaları, ətraf süxurları arasında sarı 
və qonur ləkələr kimi ayrılır. Bütün belə rayonlarda iri miqyaslı  rəngli 
aerofotoşəkillərdən istifadə etmək məsləhətdir. Onlardan axtarış planalma 
işlərində, sonra isə yatağın müfəssəl geoloji xəritəsini tərtib etmək və dağ-
mədən qazmalarını aerofotoşəkillərə və xəritəyə bağlamaq üçün istifadə edilir. 
Yerüstü faydalı qazıntı yataqlarının axtarışı ilə bağlı olan bütün işlər 
aerofotomaterialların hərtərəfli istifadəsi  əsasında aparılmalıdır. Buraya şlix 
planalması, metallometriya planalmasının müxtəlif növləri, radiometriya 
planalması, valunlar üzrə planalma və eləcə də tikinti materialları yataqları və 
digər xırda dağ-mədən qazma işləri ilə müşayiət olunan faydalı qazıntı 
yataqlarının axtarışı və kəşfiyyatı ilə əlaqədar olan bütün iş növləri aiddir. Bu 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə