Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə119/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   115   116   117   118   119   120   121   122   ...   128

326 
 
yataqlarının axtarışı  və  kəşfiyyatında aerokosmik şəkillərin deşifrələnməsinin 
böyük əhəmiyyəti vardır. Bu faydalı qazıntılara nəzarət edən struktur formalar
əksər hallarda antiklinal, braxiantiklinal qırışıqlar, günbəzvarı qalxımlar, o 
cümlədən duz günbəzlərindən ibarətdir. 
Neft və qazın yığılması üçün əlverişli strukturlardan biri də yataqların 
qırılma zonaları, stratiqrafik pozulmalar və eləcə də  rif massivləri ilə əlaqədar 
olduğu monoklinallardır. Abşeron yarımadasında neftli strukturlar xətti uzanmış 
antiklinallardan ibarətdir. Bu strukturlar öz növbəsində aerokosmik şəkillərdə 
aydın görünən nisbətən xırda braxiantiklinal qalxımları ilə mürəkkəbləşir. 
Onların  əksəriyyətinin tağı  qırılıb-düşmələr və palçıq vulkanlarının olması ilə 
xarakterikdir.  
Naxçıvan Muxtar Respublikasında – duz hövzəsində daha geniş yayılmış 
struktur formalardan biri duz günbəzləri və mezo-kaynozoy yaşlı çökmə 
süxurlarda olan lokal pozulmalardır ki, bunlar da duz kütləsinin təsiri ilə  və 
dərinlikdə duzlu-hollogen çöküntülərinin yatması ilə bağlıdır. 
 
14.1.5. Filizləşməyə nəzarət edən və filizcəmləşdirən xətti  
strukturların öyrənilməsi 
 
Kosmik  şəkillərdə ayrılmış  xətti strukturlarla metallogeniya arasındakı 
fəza və genetik əlaqələrin aşkar edilməsində keçmiş sovet geoloqlarından: 
İ.K.Volçanskaya, V.V.Moralyov, Y.N.Sopocnikova, V.Z.Saxatov, Y.Q.Safo-
nov, İ.İ.Sonin,  İ.N.Tomson, M.A. Favorskaya, N.A.Yakovlev və başqalarının 
işlərini göstərmək olar. 
Hələ distansion zondlama materiallarının istifadəsindən  əvvəl qlobal və 
regional lineamentlər təyin edilmiş  və onların metallogeniyadakı rolu öyrənil-
mişdir. Kosmik şəkillərin geniş istifadəsi isə bu istiqamətdə görülən işləri daha 
da dərinləşdirmişdir. 
Qlobal və regional lineamentlər arasında daha çox metallogenik əhəmiy-
yətə malik birbaşa keçən strukturlardır. 
Metallogenik təhlil üçün, fanerozoy tektonik qurumlarına nə-zərən kəsən 
hesab olunan və onların hüdudlarında müxtəlif geoloji və geomorfoloji ano-
maliyalar kimi izlənilən, tektonomaqmatik fəallaşma dövründə canlanan, eni 
20-80 km olan dislokasiyaların birbaşa keçən sistemlərinin zonaları mühümdür. 
 Birbaşa keçən strukturlar Yerin səthində özünü qırılma deyil, bir məntə-
qədə eyni istiqamətdə uzanan xırda sistem qırılmaları kimi, digərində fasiya və 
lay sahələri, üçüncüsündə isə  zəncirvarı, üstəgəlmiş çökəkliklər və qalxımlar 
kimi büruzə verir. 
 Bütün bu əlamətlər kosmik şəkillərdə birbaşa keçən strukturları daha  də-
qiq tədqiq etməyə imkan yaradır. Bəzi bu tipli strukturlar kiçikmiqyaslı 
kosmoşəkillərdə daha yaxşı müşahidə edilir, bəzilərinin isə aşkar edilməsi üçün 


327 
 
morfostruktur təhlil və mikroçatların deşifrələnməsinin xüsusi üsullarının 
işlənilib hazırlanması lazımdır. 
Müəyyən edilmişdir ki, filiz əyalətlərində  bəzi birbaşa keçən strukturlar 
kifayət qədər böyük yataqların yerləşməsinə  nəzarət edir. Bu cəhət  İ.N.Tom-
sona və M.A.Favorskayaya onları filizcəmləşdirən struktur kimi qəbul etməyə 
imkan vermişdir. Məhz birbaşa keçən strukturların  ənənəvi yolla ayrılmış 
metallogenik zonalarla kəsişdiyi yerlərdə iri mineral yığımları daha çox olur. 
Beləliklə, kosmik şəkillərin tətbiqi yer kürəsində bir-birinə qarşı qoyul-
muş iki tip strukturların ayrılmasına imkan verir: 
-filizləşmənin xüsusiləşməsini müəyyən edən filizləşməni nəzarətləndirən 
metallogenik zonalar; 
-dislokasiyanın filiz təmərküzləşməsinə  səbəb olan filizcəmləşdirici 
birbaşa keçən struktur sistemləri. 
 Çoxsaylı misallardan aydın olmuşdur ki, filizcəmləşdirən strukturların 
daxilində iri yataqlar əsasən meridian və en dairəsi istiqamətli sistemlərin 
kəsişmə düyünlərində yerləşir (şəkil 127 a). Bu sistemlərin diaqonal qırıl-
malarla kəsişdiyi yerlərdə nadir hallarda yataqlar əmələ gəlir ki,onlar da özünə-
məxsus xüsusiyyətilə seçilir. Onlara endogen proseslərin uzunmüddətli olması, 
poliformasiyalılıq, filiz elementləri və onların element-müşayətedicilərinin 
müxtəlifliyi xasdır. 
Birbaşa keçən pozulma sistemlərinin kəsişmə düyünləri halqavarı struk-
turlarla müşayət olunduğuna görə kosmik şəkillərdə yaxşı deşifrə edilir.Bu isə 
mürəkkəb kəsilmələr  əmələ  gətirərək, maqmatik və hidrotermal proseslərin 
intensivliyinə  səbəb olur. Yeni kəsişən tip metallogenik qurşaqların ayrılması 
məqsədilə kosmik informasiyaların effektiv istifadəsinə misal, keçmiş SSRİ-nin 
Şimal-Şərq və Uzaq Şərq sahələrinin metallogenik rayonlaşdırılmasını 
göstərmək olar (şəkil 127b). Burada kiçikmiqyaslı televizion kosmik şəkillərlə 
müxtəlif genezisli-  və quruluşlu tektonik vilayətləri kəsən və uyğunlaşmış filiz 
qurşaqlarına nəzarət edən,  şimal-qərb və  şimal-şərq istiqamətli transregional 
pozulma sistemləri aşkar edilmişdir. 
Böyük sahələri  əhatə edən kiçikmiqyaslı  tədqiqatların nəticəsində 
geoloqlar belə qənaətə gəlmişlər ki, regional eninə strukturlar filiz nəzarətetmə 
xarakterlidir. 
Keçmiş SSRİ-nin cənub hissəsindəki alp dağ-qırışıqlıq qurşaq-ları 
ərazisində kosmik şəkillərin vasitəsilə  aşkar edilmiş lineamentlərlə civə 
təzahürü zonalarının müqayisəsi, onların müəyyən struktur şəraitə meyletmə 
qanunauyğunluqlarını göstərmişdir (şəkil 127c). Bu da, nəinki eninə struktur-
ların uzununa strukturlara nisbətən  əsas filizə  nəzarətetmə rolu təsəvvürünü 
təsdiq etdi,hətta bu işdə əlavələrə və dəqiqləşdirmələrə də imkan yaratdı.  


328 
 
 
Şəkil 127.  Metallogenik tədqiqatlarda  KŞ-n istifadə  variantları: 
a – yataqların  yerləşməsinin  qovşaq  nəzarətinin  təyinində  (Şimali  Monqolustan  misalında).  
İ.K.Volçanskayaya  görə. 1 – 10 – yataqlar:  1 – qızıl,  2 – mis,  molibden,  3 – dəmir,  4 – 
qalay,  5 – volfram  və  molibden, 6 – volfram,  7 – qalay  və  volfram,  8 – plavikat  şpatı,  9 – 
dəmir,  ftor,  stronsium,  10 - qurğuşun,  sink  və  mis,  11 – struktur  geomorfoloji  vilayət  və  
zonaları    əhatə    edən  iri  lineamentlər,  12 – filiztəmərküzləşmə  struktur  qovşaqlarının 
formalaşmasında  iştirak  edən və:    a – falisəsiz,  b – fraqmentar  ifadə  olunan  lineamentlər, 
13 -  struktur  geomorfoloji  anomaliyalarla  ifadə  olunan  birbaşa  zonalar,  14 – filizli  və  
perspektivli  sahələrin  yerləşdiyi  dairəvi  morfostrukturlar,  15 -  minerallaşma  yerləşdirən  
struktur  qovşaqlar; b - metallogenik  qurşaqların  ayrılmasında  (MDB-nin  şərqinin kvars-filiz  
qurşaqları  misalında).  V.S.Kravsova  görə. 1 – platforma  vilayətləri,  2 – qırışıqlıq  
mezozoidlər,  3 – qırışıqlıq  alpidlər,  4 – Predverxoyansk  kənar  əyilmə,  5 – vulkanik 
qurşaqlar, 6 – geoloji  məlumatlar,  geofiziki  materiallar  və  KŞ-n  deşifrələnməsinin  köməyi  
ilə  təyin  olunan  iri  qırılmalar;  7 – 8 – kvars-filiz  qurşaqları:  7 – kəsişən,  8 – uyğun;  9 – 
kəsişən   kvars-filiz  qurşaqlarına  nəzarət  edən  lineament  sistemlərinin  sərgədləri; c – 
struktur  nəzarətedici  amillərin  ayrılmasında  (MDB-nin  cənubunun  Alp  dağ-qırışıqlıq  
qurşağının  civə  filizləşmə  misalında): 1 – qırılma  pozulmaları,  2 – lineamentlər,  3 – 6 – 
lineament  zonaları:  3 – şimal-qərb,  4 – şimal-şərq,  5 – submeridional,  6 – suben,  7 – civə  
rayonları  (V.P.Fedorçuk  və  b.  görə); I – Karpat,  II – Krım,  III – Qərbi  Qafqaz,  IV – 
Krasnopolyansk,  V – Svansto-Osetin,  VI – Dağıstan,  VII – Sevan-Qarabağ.     
 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə