Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə109/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   105   106   107   108   109   110   111   112   ...   128

304 
 
7) lineamentlərin və halqavarı strukturların geoloji quruluşunun digər ele-
mentləri ilə münasibətinin xüsusiyyətləri. 
Bu məlumatların aşkar edilməsinin mühüm əhəmiyyəti ondan ibarətdir ki, 
onlar öyrənilən ərazinin müxtəlif miqyaslı- və dərinlikli blokluluğunu səciyyə-
ləndirə bilər və müəyyən dərəcədə karbohidrogen yığımlarının paylanması ilə 
əlaqələndirilə bilər. Məsələn, xətti obyektlərin qiymətləndirilməsində yerüstü 
tədqiqat üsulları ilə qeydə alınmış lokal strukturların deşifrələnməsinin zəruri-
liyi aydın olur. Belə ki, Kerç yarımadasında inkişaf etmiş lokal qırışıqlardakı 
eninə xəttiliyi geoloji planalma zamanı aşkar edilməyən kiçik amplitudlu qırı-
lıbdüşmə sistemi kimi interpretasiya etmişlər. Lakin belə qırılıbdüşmələr keçi-
rici və qeyrikeçirici süxurların tez-tez növbələşməsindən  əmələ  gələn laylarda 
tektonik ekran rolunu oynaya və müstəqil axtarış obyekti olan antiklinal tələləri 
bloklara bölə bilər. Bu hadisəni, yerüstü planalma materiallarına görə vahid 
bütöv kimi təqdim olunan və  qırışıqların tağ hissələrində  təsadüfi qazmaların 
praktiki nəticə vermədiyi strukturalarda nəzərə almaq lazımdır. 
Həm xətti, həm də fəzavi kiçik amplitudlu deformasiyaların təhlili, neft-qaz 
axtarışı  və  kəşfiyyatı  işlərinin bütün mərhələlərində geniş  tətbiq edilir. Son 
zamanlar isə neft- və qaz yataqlarının mənimsənilmə üsullarının  əsaslandırıl-
masında da geniş istifadə edilir. 
Geoloji quruluşun dəqiqləşdirilməsi əsasında kükürd-hidrogen birləşmələri 
ilə yoluxmuş zonaların ölçüləri, yataqların sulanma mənbələrinin lokallaşdırıl-
ması  və s. proqnozlaşdırıla bilər. Bu da, kondensatorun məhsuldarlığını artır-
maq və yeraltı qaz ambarlarının tikilməsi məqsədilə yerin seçilməsi üçün  qazın 
laya vurulma şəraitini və yerini dəqiq təyin etməyə imkan yaradır. 
Bu üsulla dəqiqləşdirilmiş  xəritələr nəinki geoloji, həmçinin geomorfoloji 
məqsədlər daşıyır ki, bu da neft-proqnoz tədqiqatlarının tərtibat imkanlarını 
xeyli genişləndirir. Belə xəritəyə misal 124- cü şəkildə göstərilir. 


305 
 
 
 
Şəkil  124. Tacikistan  depressiyasının  cənub  hissəsinin  geoloji-geomorfoloji  
deşifrələmə  sxemi: 
1 – antiklinal  dağ silsilələri,  2 – cavan  çökəkliklər,  3 – struktur  dağ  silsilələri,  4 – zəif  
parçalanmış  alçaq  səthlər:  a – işlənilməmiş,  b – şumlanmış;  5 – 7 – yüksək  səthlər:  5 – zəif  
parçalanmış,  6 – mülayim  parçalanmış,  7 – parçalanmış;  8 – dəqiq  ifadə  olunan  
akkumulyativ terraslar,  9 – 10 -  lineamentlər:  9 – dəqiq  ifadə  olunan  qısa,  10 – qeyri-
müəyyən  uzanmış,  11 – erozion  parçalanma  xətləri,  12 – holosen  çöküntüləri. 
 
13.2. Neftli-qazlı hövzələrin dərinlik quruluşunun təhlili 
 
Neftli-qazlı hövzələrin dərinlik quruluşunun öyrənilməsinin zəruriliyi bir 
neçə şəraitlə müəyyən edilir. Dərinlik quruluşunun regional təhlili həm örtüyün 
quruluşunu, həm də karbohidrogen flyuidlərin yerdəyişmə qanunauyğunluq-
larını müəyyən edən hövzə özülünün strukturunun aşkar edilməsinə yönəlmiş-
dir. Bu hal potensial neft və qaz yataqlarının paylanmasının qiymətləndirilməsi 
zamanı çox mühümdür. 
Çox zaman struktur (və digər) tələlər zəif deformasiyaya uğramış çökün-
tülərlə örtülü olur və yer səthində zəif (pis) görünür və ya mürəkkəb quruluşlu 
rayonlarda üstəgəlmələrin altında basdırılmış olduğundan, ayrı-ayrı axtarış 
sahələrinin dərinlik quruluşunun öyrənilməsi ön plana keçir. Belə quruluş keç-
miş SSRİ-nin cənubundakı və başqa rayonlarındakı bir çox neft-qaz hövzələri 
üçün səciyyəvidir. Bu struktur tələlər çökmə  örtüyün mürəkkəb dislokasiya 


306 
 
olunmuş üst hissəsindən disharmonik və ümümi qopma horizontları ilə ayrılır. 
Belə horizontların rolunu, adətən plastik evaporitlər və ya gil qatları oynayır. 
Regional dərinlik quruluşu haqqında məlumatı adətən, regional tektonik və 
neotektonik zonallığı bu və ya digər formada əks etdirən iri lineament zonalarının 
öyrənilməsi zamanı almaq olur. Keçmiş SSRİ ərazisində belə tədqiqatlar, praktiki 
olaraq, bütün neft istehsal edən regionlarda aparılmışdır. Məsələn, Volqa-Ural 
əyalətində  Xəzəryanı çökəklikdən Cənubi Timana qədər ensiz uzun çökəklik və 
qalxımların növbələşməsini yaratmış submeridional lineament izlənilmişdir. Bu 
lineament boyu qırılmaətrafı struktur-tələlər aşkar edilmişdir. 
Neftli-qazlı Timan-Peçora əyalətində regional lineament şəbəkəsinin 
qanunauyğun mövcudluğu təsdiq edilmişdir. Uralın ön qırışıqlıq zonasında 
əvvəllər məlum olmayan yerdəyişmə strukturaları qeydə alınmışdır. Xəzəryanı 
çökəklik suben dairəsi istiqamətli lineamentlər zonası ilə iki iri bloka: şimal – 
kifayət qədər qalın proterozoy-paleozoy yaşlı qata və  cənub – paleozoyun 
ixtisar olunmuş kəsiminə və duzaltı mərtəbə üzrə iri tağ sisteminə bölünmüşdür. 
Qalın çökmə örtüyün altında basdırılmış cavan platformalarda distansion üsulun 
tətbiqi xüsusilə effektlidir. 
Turan salının tektonik elementlərinin içərisində, struktur-xəritələrdə qeyd 
olunmayan nisbi qalxımların iri eninə zonaları ayrılmışdır. Amu-Dərya sinek-
lizində kosmik şəkillərin köməyi ilə fəal dördüncü dövr sedimentasiyasına cəlb 
edilməmiş sahələr öyrənilmişdir; burada önparapamiz və önqissar zonalarında, 
həm qonşu qırışıqlıq qurumun əsas zonallığına uyğun, həm də onları kəsən iri 
lineament sistemləri aşkar edilmişdir. Şərqi Sibirin kosmik şəkillərində kəsişən 
suben dairəsi və subuzunluq zonallığı izlənilmişdir. Suben zonalar bütün müs-
bət strukturlara nəzarət edir, subuzunluqlar isə onları yəhərvari sahələrə ayıran 
hissələrə uyğun gəlir. Aydın olmuşdur ki, yeni qalxımlar və çökəkliklər yura 
çöküntülərinin struktur planının irsən təkrarıdır. 
Neft-qaz hövzələrinin özülünün regional strukturunu adətən kiçik miqyas-
lı kosmik şəkillərdə öyrənirlər. Neftli-qazlı hövzələrin örtülmüş strukturlarının 
landşaftdakı əksinin xüsusiyyətləri orta- və irimiqyaslı kosmik şəkillərin təhlili 
zamanı aşkar olunur. Bu məsələlər bir-biri ilə qarşılıqlı əlaqəli iki üsulla: analoq 
indikasion deşifrələmə və müşahidə olunan landşaft elementlərinin və dərinlik 
struktur  əmələgəlmə mexanizmlərinin inkişafının daxili, səbəbli asılılıqlarının 
aşkarı ilə həll edilir. 
Birinci üsulməlum (məsələn, qazılmış) basdırılmış strukturların landşaft 
əmələgəlmələrinin xüsusiyyətlərinin öyrənilməsindən və indikatorların siyahısının 
tərtibindən ibarətdir. Bu indikatorlar sonradan «Məlumatların öyrədən seçimi» 
kimi istifadə edilir. Buna misal olaraq, Türkmənistanın cənub-qərb hissəsinin 
relyefində lokal müsbət strukturların əksolunma əlamətlərini göstərə bilərik. 
Akumulyativ-abraziv düzənliklər üçün: fona nisbətən lokal suayırıcının 
mütləq yüksəkliklərinin artması (TX); müvəqqəti su axımlarının nadir tranzit 
çay yataqları (AP, RLŞ);  çay terraslarının qısa (3 km-ə qədər) kəsən pillələri 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə