322
zaman aerokosmik şəkillərin keyfiyyəti və miqyası verilən
təbii şəraitdə və
aparılacaq işlərin mükəmməlliyinə görə deşifrələnmənin tələblərinə cavab
verməlidir.
Çöl axtarış işləri aparılarkən bütün faktiki qazılmış dağ-mədən qazmaları,
şlix və nümunə götürülən nöqtələr və ayrı-ayrı tədqiqat nöqtələri maksimal
dəqiqliklə aerokosmik şəkillərə keçirilməlidir. Bütün vacib geoloji obyektlərin
keçirildiyi aerofotoşəkillər axtarış işləri aparılan rayonların dəqiq geoloji
xəritələrini tərtib etmək üçün ideal əsasdır.
14.1.2.Faydalı qazıntı yataqlarının axtarışında aerokosmik şəkillərin
miqyasının seçilməsi
Faydalı qazıntı yataqlarının axtarışında iri miqyaslı aerokosmik
şəkillərdən istifadə kifayət qədər əhəmiyyətli informasiya almağa imkan verir.
Filiz sahələrinin strukturunun detallarının təfsilatı ilə araşdırılması iri miqyaslı
aerokosmik şəkillərin deşifrələnməsi ilə mümkündür. İri miqyaslı aerokosmik
şəkillərdən istifadə xüsusilə xırda – kiçik faydalı qazıntı yataqlarının axtarışında
çox əhəmiyyətlidir. İri miqyaslı aerokosmik şəkillər
intruziv massivlərin
quruluşunun kiçik deta llarını, o cümlədən ondan ayrılan apofizləri, onları kəsən
xırda qırılma-pozulmaları və s. haqqında, başqa sözlə, filizləşməni öyrənən
geoloqlar üçün vacib olan informasiyanı almağa imkan verir. Orta miqyaslı
aerokosmik şəkillərdə bu informasiyanı almaq çətindir.
Bununla belə təcrübə göstərir ki, yalnız iri miqyaslı aerokosmik şəkillər
iri miqyaslı geoloji tədqiqatlar zamanı yaranan
suallar kompleksini tam həll
etməyə imkan vermir. İri miqyaslı aerokosmik şəkillərin tutduğu ərazi kiçik
olduğundan, xüsusilə örtülü, meşəli sahələrin ümumi geoloji qanunauyğun-
luqlarını araşdırmaq mümkün olmur. Eyni vəziyyət iri plikativ strukturları və
qırılma-pozulmalarını xəritəyə alanda hətta açıq rayonlarda müşahidə olunur.
Qırılma xətləri iri miqyaslı şəkillərdə aydınlığı itirir, burada onlar qeyri-
müəyyən, dumanlı, dağınıq olduğu halda, orta miqyaslı şəkillərdə aydın
izlənirlər. Ona görə də geoloji axtarış və kəşfiyyat işlərində mütləq iri miqyaslı
şəkillərdən başqa orta və xırda miqyaslı şəkilləri də deşifrə etmək məsləhətdir.
14.1.3.Endogen tip yataqların axtarışında aerokosmik üsulların tətbiqi
Endogen mənşəli yataqlar genetik tipləri, morfologiyası, filiz cisimlərinin
yatım şəraiti, intruziv massivlərlə məkanca əlaqəsinə və bir çox digər
müxtəlifliklərə görə xarakterizə olunurlar. Buna görə də aerokosmik şəkillərin
deşifrələnməsi zamanı ayrı-ayrı tip endogen yataqlara xas olan struktur və
petroqrafik xüsusiyyətlərin nəzərə alınması vacibdir.
Əksər hallarda endogen yataqlarla əlaqədar olan maqmatik süxurlar
aerokosmik şəkil-lərdə çox asan deşifrə olunur. Məsələn,
Kiçik Qafqazda qranit
323
massivlərini deşifrə edəndə nəinki onların təmasları, əlavə intruzivlər, daykalar
sistemi, çatlılıq sxemlərinin tərtibi mümkündür. eləcə də əsas və ultraəsas
intruziyalar yaxşı deşifrə olunur. Həm də onların ayrı-ayrı tipləri aerokosmik
şəkillərdə müxtəlif şəkildə əks olunur. Məsələn, ofioloit zonasında ultraəsas
massivlərin xarakterik əlamətləri – xüsusilə serpentinitləşmə pro-sesləri
intensiv olan hallarda tünd-boz fotoçalar, kəskin şaquli
düşən tektonik
təmaslardır (melanj kompleksinin ətraf süxurlarla). İntruziv süxurların
deşifrələnməsinin tamlığı onların açıqlıq dərəcəsindən asılıdır.
Müxtəlif endogen yataqlara məxsus olan spesifik axtarış əlamətlərinin
əhəmiyyəti aerokosmik şəkillərin deşifrələnməsi zamanı böyükdür. Mis
yataqları üçün yaxşı axtarış əlaməti “dəmir papağının” olmasıdır. Onlar relyefin
müsbət formaları və qonur-qırmızı çalarları olan rənglərlə seçilirlər. Bəzən də
onlar relyefdə qıf şəkilli çökəkliklər – çalalar əmələ gətirirlər. Bunun da səbəbi
sulfidli filizlərin intensiv oksidləşməsi və aşınmasıdır. Bu cür çalaların ölçüləri
aerokosmik şəkillərdə çox asan ölçülə bilər və bu ölçülər filiz cisminin ölçüləri,
forması və yatma dərinliyi haqqında infor-masiya verir. Maqmatik süxurların,
damar tipli törəmələrin, qırıl-maların, təmas zonalarının
və eləcə də
aerofotoşəkillərdə faydalı qazıntıların axtarışı ilə əlaqədar olan əsas və dolayı
əlamətlər onların deşifrələnməsi və axtarış xəritələrinin tərtib edilməsi üçün
qiymətli material verir, eləcə də çöl işləri aparmaq üçün ilkin sahələrin
ayrılmasına və axtarış işlərinin xarakterini, təxmini həcmini və növünü
müəyyən etməyə imkan verir. Məsələn, Kiçik Qafqazın
mərkəz hissəsindəki
(ofiolit zona) civə yataqları əsasən iri yarıq zonaları ilə əlaqədardır və əsasi,
ultraəsasi tərkibli intruziyalar, listvenitləşmiş zonalar ilə sıx bağlıdır.
Ultraəsasi massivlərin təmaslarında listvenitlər inkişaf tapmış və civə
filizləşməsi onlarla bağlıdır. Onu da qeyd edək ki, ağ-qara şəkillərdə, ərazinin
geoloji quruluşunun bir çox detalları kifayət qədər tam olaraq öz əksini tapmır.
Rəngli aerofotoşəkillər isə serpentinitləşməni, listvenitləşmə zonalarını, üst
yura yaşlı əhəngdaşlarının ekzotik qayaları – linzalarını,
kiçik ölçülü qabbroid
intruziyalarını, daykalar kompleksini inamla ayırmağa imkan verir ki, onlarla
da müxtəlif faydalı qazıntı yataqları və təzahürləri bağlıdır (məsələn, civə, qızıl,
xromit, azbest, talk və s.).
Endogen yataqların axtarışında təmas zonalarına xüsusi diqqət yetirmək
lazımdır. Əksər hallarda aerofotoşəkillərdə fototəsvirin çalarına və relyef ele-
mentlərinə görə endo- və eləcə də ekzotəmas boyu dəyişilmə zonaları yaxşı
ayrılır. Məsələn, Dəlidağ massivinin ekzotəmasında buynuz daşlaşmış
argillitlər
relyefin müsbət formasına və daha tünd fotoçalarına görə yaxşı deşifrə olunur.
Kiçik Qafqaz regionunda tərkibində müxtəlif faydalı qazıntılar saxlayan
törəmə kvarsitlər geniş yayılmışdır. Onlar əksər hallarda intruziv massivlərin
kənar hissələrində yerləşir və aerokosmik şəkillərdə böyük dəqiqliklə deşifrə
olunur. Eyni zamanda filiz sahəsinin tektonik quruluşu, qırılma pozulmaları,
damar cisimləri və s. öyrənilir.