320
köhnə dağ-mədən işlərinin – filiz çıxarmalarının izləri görünür (mis-polimetal
və dəmir filizi yataqlarının kəşfiyyatı və istismarı işləri aparılan sahələrdə).
Aerokosmik şəkillərin deşifrələnməsində istifadə olunan axtarış meyarları
aerokosmik üsulların əsasında geoloji planalma ilə yanaşı aparılan,
hər şeydən
əvvəl stratiqrafik, litoloji, struktur, maqmatogen və geomorfoloji axtarış
meyarlarına söykənir.
Müəyyən bir yaşlı və litoloji tərkibli süxurlarla əlaqədar olan faydalı
qazıntıları aşkar etmək üçün stratiqrafik və litoloji meyarlardan istifadə olunur.
Bura daş kömür,
neft-qaz, duz, fosforit, boksit və eləcə də müəyyən litoloji
tərkibli və yaşlı süxurlarla əlaqədar olan digər çoxlu sayda filiz yataqları aiddir.
Axtarış zamanı struktur meyarlarına əsas diqqət verilməlidir. Bu işlərin
əsasında aerofotoşəkillərin geoloji öyrənilməsi, ərazinin struktur–geoloji
xüsusiyyətlərinin araşdırılması və neft-qaz məhsullarının yığılması üçün
əlverişli sahələrin müəyən edilməsi məqsədi durur.
Aerokosmik şəkillərdən
dəniz dibinin dayaz sahələrində də neftli-qazlı sahələri – strukturları ayrımaq
məqsədi ilə də istifadə olunur. Məsələn, Xəzər dənizinin dayaz sahələrində
aerofotoşəkillərin dəqiq deşifrlənməsi nəticəsində əlverişli strukturlar ayrılaraq,
neft-qaz yataqlarını kəşf etmək üçün buruq qazma işləri aparılmışdır. Bu
ərazilərdə neftli-qazlı strukturların axtarışında dənizin dibində palçıq vulkanla-
rının olmasından və birbaşa neftin və qazın çıxması – suya atılmasından
əlverişli əlamətlər kimi istifadə olunur ki, onlar da suyun səthində yaxşı görünür
və aerofo-toşəkillərdə əla deşifrələnir.
Aerokosmik şəkillərdə qeyri-filiz (lay şəkilli) faydalı qazıntıların (tikinti
materiallarının) axtarışında və müəyyən edilməsində də struktur xüsusiyyət-
lərinin araşdırılmasının böyük əhəmiyyəti vardır.
Filiz təzahürlərinin əsas mənbələrindən biri olan bütün qırılma pozul-
maları, birinci qırılmaların çatları, xırdalanma zonaları axtarış obyektləridir.
Filiz rayonlarında deşifrələmənin köməyilə əsas filiz gətirən
kanallar olan iri
yarıqlar izlənə bilər. Bu məqsədlə aero-fotoşəkillərdə müxtəlif istiqamətli
çatların kəsişmə qovşaqları deşifrələnir ki, əksər hallarda “filiz bacaları” olan
bu qovşaqlarda zəngin qızıl, polimetal, mis və digər yataqlar konsentrasiya
olunur.
Müxtəlif faydalı qazıntılar müəyyən tərkibli və müəyyən yaşlı intruziv
süxurlarla əlaqədar olduqda, ərazidə olan bütün belə massivləri, onlarla əlaqə-
dar olan damar və daykalarla birlikdə aerokosmik şəkillərdə ayırmaq vacibdir.
Eyni zamanda ətraf süxurlarda dəyişilmiş zonalar hüdudlanmalıdır. Bura
hidrotermal dəyişilmiş zonalar və ətraf süxurların
təmas-metasomatik dəyişilmə
sahələri daxildir. Aerokosmik şəkillərdə skarnların, silisləşmə, qreyzenləşmə
(qreyzenləşmə - dəyişilmiş qranitlərdə çöl şpatları kvars və açıq rəngli mika ilə
əvəz olunur), serpentinitləşmə, xloritləşmə, talklaşma zonalarının
da hüdud-
laşdırılması bir çox təmas və təmas-metasomatik yataqların aşkar edilməsi üçün
əhəmiyyətlidir.
321
Aerokosmik şəkillərdə bu tip obyektləri deşifrələyəndə əksər hallarda
geomorfoloji axtarış meyarları əsas rol oynayır. Belə ki, silisləşmə (kvarslaşma)
zonaları skarnlar və eləcə də bir çox filiz saxlayan damarlar və daykalar qayalı
tirələr şəklində müsbət relyef formaları əmələ gətirir. Kaolinləşməyə,
serpentinitləşməyə, xloritləşməyə, karbonatlaşmaya
və talklaşmaya məruz qalan
süxurlar isə əksinə mezo- və mikrorelyefdə mənfi formalarla (çala-çuxur və
xətti uzanmış dərələr formasında) seçilirlər. Belə zəifləşmiş çökək formalar iri
yarıq – qırılma xətləri, xırdalanmış, brekçiyalanılmış zonalar boyunca da müşa-
hidə olunur.
Geomorfoloji axtarış meyarları səpinti-metal yataqlarının və yumşaq –
boş tikinti materiallarının axtarışında daha əhəmiyətlidir.
Yuxarıda qeyd olunan ümumi geoloji axtarış əlamətləri müəyən edilib
ayrıldıqca aerokosmik şəkillərə, fotosxemlərə keçirilir
və yerüstü marşrutlarda
dəqiq yoxlanmalı obyektlər sırasına daxil edilir.
Ümumi geoloji və geomorfoloji axtarış əlamətləri yalnız faydalı qazıntı-
ların olması ehtimalı olan yerləri müəyyən etməyə imkan verir.
Aerokosmik şəkillərdə birbaşa faydalı qazıntıların aşkar olunması –
onların yer səthində təzahür olunmasının xüsusiyyət-lərindən asılıdır. Ona görə
verilən ərazidə hansı faydalı qazıntıya, hansı geoloji şəraitdə rast gəlmək
mümkün olmasını axtarış işləri başlayana kimi əvəəlcədən müəyyən etmək
lazımdır. Eyni zamanda öyrəniləcək sahədə və qonşu ərazilərdə analoji faydalı
qazıntı yataq və təzahürləri mövcuddursa, onların aerokosmik üsulların kö-
məyilə aşkar edilməsinin mümükünlüyünü ətraflı öyrənmək vacibdir. Əksər
hallarda filizli kvars damarları, peqmatitlər və porfirlər tektonik pozulmalarla
əlaqədar olaraq, çıxışlarının müəyyən konfiqu-rasiyasına və fotoçalarına –
rənginə görə seçilirlər. Ətraf süxurlar tünd rəngli şistlər və qumdaşlarında bu
əlamət daha aydın görünür və onlar aerofotoşəkillərdə tünd
və boz fotoçalarla
yaxşı seçilirlər.
Eləcə də, aerokosmik şəkillərdə açıq rəngli əhəngdaşlarında dəmir filizi
çıxışları (xüsusilə maqnetit) yaxşı deşifrə olunur.
Həm havadan (aerovizual), həm də aerofoşəkillərdə dəmir və bir çox
kolçedan yataqları üzərindəki oksidləşmə zonaları, ətraf süxurları arasında sarı
və qonur ləkələr kimi ayrılır. Bütün belə rayonlarda iri miqyaslı rəngli
aerofotoşəkillərdən istifadə etmək məsləhətdir. Onlardan axtarış planalma
işlərində, sonra isə yatağın müfəssəl geoloji xəritəsini tərtib etmək və dağ-
mədən qazmalarını aerofotoşəkillərə və xəritəyə bağlamaq üçün istifadə edilir.
Yerüstü faydalı qazıntı yataqlarının axtarışı ilə bağlı olan bütün işlər
aerofotomaterialların hərtərəfli istifadəsi əsasında aparılmalıdır. Buraya şlix
planalması, metallometriya planalmasının
müxtəlif növləri, radiometriya
planalması, valunlar üzrə planalma və eləcə də tikinti materialları yataqları və
digər xırda dağ-mədən qazma işləri ilə müşayiət olunan faydalı qazıntı
yataqlarının axtarışı və kəşfiyyatı ilə əlaqədar olan bütün iş növləri aiddir. Bu