326
yataqlarının axtarışı və kəşfiyyatında aerokosmik şəkillərin deşifrələnməsinin
böyük əhəmiyyəti vardır. Bu faydalı qazıntılara
nəzarət edən struktur formalar,
əksər hallarda antiklinal, braxiantiklinal qırışıqlar, günbəzvarı qalxımlar, o
cümlədən duz günbəzlərindən ibarətdir.
Neft və qazın yığılması üçün əlverişli strukturlardan biri də yataqların
qırılma zonaları, stratiqrafik pozulmalar və eləcə də rif massivləri ilə əlaqədar
olduğu monoklinallardır. Abşeron yarımadasında neftli strukturlar xətti uzanmış
antiklinallardan ibarətdir. Bu strukturlar öz növbəsində aerokosmik şəkillərdə
aydın görünən nisbətən xırda braxiantiklinal qalxımları ilə mürəkkəbləşir.
Onların əksəriyyətinin tağı qırılıb-düşmələr və palçıq vulkanlarının olması ilə
xarakterikdir.
Naxçıvan Muxtar Respublikasında – duz hövzəsində daha geniş yayılmış
struktur formalardan biri duz günbəzləri və mezo-kaynozoy yaşlı çökmə
süxurlarda olan lokal pozulmalardır ki, bunlar da duz kütləsinin təsiri ilə və
dərinlikdə duzlu-hollogen çöküntülərinin yatması ilə bağlıdır.
14.1.5. Filizləşməyə nəzarət edən və filizcəmləşdirən xətti
strukturların öyrənilməsi
Kosmik şəkillərdə ayrılmış xətti strukturlarla metallogeniya arasındakı
fəza və genetik əlaqələrin aşkar edilməsində keçmiş sovet geoloqlarından:
İ.K.Volçanskaya, V.V.Moralyov, Y.N.Sopocnikova, V.Z.Saxatov, Y.Q.Safo-
nov, İ.İ.Sonin, İ.N.Tomson, M.A. Favorskaya, N.A.Yakovlev və başqalarının
işlərini göstərmək olar.
Hələ distansion zondlama materiallarının istifadəsindən əvvəl
qlobal və
regional lineamentlər təyin edilmiş və onların metallogeniyadakı rolu öyrənil-
mişdir. Kosmik şəkillərin geniş istifadəsi isə bu istiqamətdə görülən işləri daha
da dərinləşdirmişdir.
Qlobal və regional lineamentlər arasında daha çox metallogenik əhəmiy-
yətə malik birbaşa keçən strukturlardır.
Metallogenik təhlil üçün, fanerozoy tektonik qurumlarına nə-zərən kəsən
hesab olunan və onların hüdudlarında müxtəlif geoloji və geomorfoloji ano-
maliyalar
kimi izlənilən, tektonomaqmatik fəallaşma dövründə canlanan, eni
20-80 km olan dislokasiyaların birbaşa keçən sistemlərinin zonaları mühümdür.
Birbaşa keçən strukturlar Yerin səthində özünü qırılma deyil, bir məntə-
qədə eyni istiqamətdə uzanan xırda sistem qırılmaları kimi, digərində fasiya və
lay sahələri, üçüncüsündə isə zəncirvarı, üstəgəlmiş çökəkliklər və qalxımlar
kimi büruzə verir.
Bütün bu əlamətlər kosmik şəkillərdə birbaşa keçən strukturları daha də-
qiq tədqiq etməyə imkan yaradır. Bəzi bu tipli strukturlar kiçikmiqyaslı
kosmoşəkillərdə daha yaxşı müşahidə edilir, bəzilərinin isə aşkar edilməsi üçün
327
morfostruktur təhlil və mikroçatların deşifrələnməsinin xüsusi üsullarının
işlənilib hazırlanması lazımdır.
Müəyyən edilmişdir ki, filiz əyalətlərində bəzi
birbaşa keçən strukturlar
kifayət qədər böyük yataqların yerləşməsinə nəzarət edir. Bu cəhət İ.N.Tom-
sona və M.A.Favorskayaya onları filizcəmləşdirən struktur kimi qəbul etməyə
imkan vermişdir. Məhz birbaşa keçən strukturların ənənəvi yolla ayrılmış
metallogenik zonalarla kəsişdiyi yerlərdə iri mineral yığımları daha çox olur.
Beləliklə, kosmik şəkillərin tətbiqi yer kürəsində bir-birinə qarşı qoyul-
muş iki tip strukturların ayrılmasına imkan verir:
-filizləşmənin xüsusiləşməsini müəyyən edən
filizləşməni nəzarətləndirən
metallogenik zonalar;
-dislokasiyanın filiz təmərküzləşməsinə səbəb olan
filizcəmləşdirici
birbaşa keçən struktur sistemləri.
Çoxsaylı misallardan aydın olmuşdur ki, filizcəmləşdirən strukturların
daxilində iri yataqlar əsasən meridian və en dairəsi istiqamətli sistemlərin
kəsişmə düyünlərində yerləşir (şəkil 127 a). Bu sistemlərin diaqonal qırıl-
malarla kəsişdiyi yerlərdə nadir hallarda
yataqlar əmələ gəlir ki,onlar da özünə-
məxsus xüsusiyyətilə seçilir. Onlara endogen proseslərin uzunmüddətli olması,
poliformasiyalılıq, filiz elementləri və onların element-müşayətedicilərinin
müxtəlifliyi xasdır.
Birbaşa keçən pozulma sistemlərinin kəsişmə düyünləri halqavarı struk-
turlarla müşayət olunduğuna görə kosmik şəkillərdə yaxşı deşifrə edilir.Bu isə
mürəkkəb kəsilmələr əmələ gətirərək, maqmatik və hidrotermal proseslərin
intensivliyinə səbəb olur. Yeni kəsişən tip metallogenik qurşaqların ayrılması
məqsədilə kosmik informasiyaların effektiv istifadəsinə misal, keçmiş SSRİ-nin
Şimal-Şərq və Uzaq Şərq sahələrinin metallogenik rayonlaşdırılmasını
göstərmək olar (şəkil 127b). Burada kiçikmiqyaslı televizion kosmik şəkillərlə
müxtəlif genezisli- və quruluşlu tektonik vilayətləri kəsən və uyğunlaşmış filiz
qurşaqlarına
nəzarət edən, şimal-qərb və şimal-şərq istiqamətli transregional
pozulma sistemləri aşkar edilmişdir.
Böyük sahələri əhatə edən kiçikmiqyaslı tədqiqatların nəticəsində
geoloqlar belə qənaətə gəlmişlər ki, regional eninə strukturlar filiz nəzarətetmə
xarakterlidir.
Keçmiş SSRİ-nin cənub hissəsindəki alp dağ-qırışıqlıq qurşaq-ları
ərazisində kosmik şəkillərin vasitəsilə aşkar edilmiş lineamentlərlə civə
təzahürü zonalarının müqayisəsi, onların müəyyən struktur şəraitə meyletmə
qanunauyğunluqlarını göstərmişdir (şəkil 127c). Bu da,
nəinki eninə struktur-
ların uzununa strukturlara nisbətən əsas filizə nəzarətetmə rolu təsəvvürünü
təsdiq etdi,hətta bu işdə əlavələrə və dəqiqləşdirmələrə də imkan yaratdı.