324
Daşkəsən filiz rayonunda bir neçə dəmir filizi
cisminin və bütünlüklə filiz
saxlayan üst yura yaşlı tuf horizontunun deşifrələnməsi və ya Alabaşlı hematit
yatağında yer səthinə çıxan filiz cisminin, hətta gəlmə çöküntüləri ilə örtülü
hissəsinin aerofoto-şəkillərdə izlənməsi buna misal ola bilər. Dəmirli
kvarsitlərin və ya hematitli tufların çıxışları yer səthində əksər hallarda qırmı-
zımtıl, paslı-qırmızı və ya qəhvəyi-qonur rənglərlə seçilir. Hətta örtülü sahələr-
də elüvial-delüvial çöküntülərin qırmızı-qonur ləkəli rəngi dəmir filizinin olma-
sına dəlalət edir. Dəmir pasının qonur rəngi az qalınlıqlı torpaq qatından keçir
və görünür. Bir sıra hallarda aerofoto-şəkillərdə manqan və hematit yataqları
əla əks olunur. Məsələn,
Molla Cəlilli, Daşsalahlı, Novo-İvanovka, Xəlfəli və
başqa yataq və təzahürləri göstərmək olar. Dəmir filizi minerallarının
özünəməxsus rəngləri və filiz qırıntılarının aşınması nəticəsində tünd-qəhvəyi
ləkələr ayrı-ayrı manqan və hematit laylarını – linzalarını aerofotoşəkillərdə
izləməyə imkan verir.
Aerokosmik şəkillərin deşifrələnməsi geoloji planalma aparılan ərazilərdə
geoloqa – filiz saxlayan lay dəstələrini istinad horizontları kimi uzanması
boyunca izləməyə imkan verir.
Kvars və peqmatit damarları aerokosmik şəkillərdə adətən relyefin xətti
uzanmış müsbət formaları və açıq fotoçalarlarla xarakterizə olunur.
Damar tipli törəmələrlə əlaqədar olan faydalı qazıntıların axtarışında
aerofotoşəkillərin diqqətlə əsaslı surətdə öyrənilməsi yaxşı nəticələr verə bilər.
Damar törəmələrinin deşifrələnməsinin effektivliyinə aerokosmik şəkillərin
keyfiyətinin və miqyasının böyük əhəmiyyəti vardır. İri 1:5000 miqyaslı aero-
fotoşəkillərdə qalın kvars və peqmatit damarları yaxşı görünür və inamla ayır-
maq mümkündür. 1:10000 və 1:15000 miqyaslı şəkillərdə qalınlığı 1÷2 m olan
daykalar yaxşı ayrılır.
Beləliklə, 1:15000 miqyasında geoloji planalma işləri aparılarkən yuxarı-
da göstərilən aerokosmik şəkillər faydalı qazıntıların axtarışı məqsədi ilə deşif-
rələmək üçün tam yararlı sayıla bilər.
Məlumdur ki, endogen yataqlar əksər hallarda iri qırılma, doğranma,
brekçiyalaşma zonaları ilə bağlı olur.
Belə zonalar Hg, Au, Cu, polimetal,
kolçedan mənşəli köklü yataqların axtarışı və yerləşməsində böyük rol oynayır.
14.1.4. Ekzogen tip yataqların axtarışında aerokosmik üsulların tətbiqi
Ekzogen yataqların axtarışında aerokosmik materiallardan istifadə, endogen
tipli yataqların axtarışında oldugu kimi, deşifrələnmə faydalı qazıntıların
lokallaşması və ətraf süxualrın struktur quruluşu haqqında əlavə informasiya
almağa imkan verir.
Məlum olduğu kimi, ekzogen yataqlar ətraf süxurlarla
singenetikdir, aerokosmik şəkillərin deşifrələnməsi zamanı yataqların yerləşdiyi
sahələrin strukturu haqqında alınan əlavə məlumatın praktiki əhəmiyyəti vardır.
325
Faydalı qazıntı çıxışlarının miqyası ilə müqayisə edilə biləcək səviyyədə
iri ölçüləri olduqda, deşifrələnmə zamanı bu
obyektləri birbaşa izləmək
mümkün olur. Aerokosmik şəkillərin miqyası kiçik olduqda filiz cismini
birbaşa ayırmaq mümkün olmur, lakin deşifrələnmə bütöv strukturları, filiz
daşıyan lay dəstələrini və qatlarını izləməyə imkan verir.
Açıq və örtülü strukturların deşifrələnmə metodikası müxtəlifdir. Açıq
strukturlar adətən aerokosmik şəkillərdə özünəməxsus zolaqlı fotonaxışla
seçilir. Daha davamlı laylar kuestli tirələr və struktur pillələr əmələ gətirir.
Bundan əlavə, müxtəlif rəngli laylar və lay dəstələri ağ-qara aerofotoşəkillərdə
fotoçalar, rəngli şəkillərdə isə müxtəlif çalarlı rənglərlə seçilir.
Bu cür struktur-
larda əksər hallarda denudasiya-tektonik pillələr və ya
çay-dərə sisteminin düz
xəttli hissələrinə uyğun gələn qırılma pozulmaları çox aydın deşifrə olunur.
Daha yaxşı deşifrə olunan istinad horizontları və ayrı-ayrı “lay üçbucaqları”
süxurların yatım elementlərini ölçməyə və digər pa-rametrlərini təyin etməyə
imkan verir.
Yerin səthinə çıxmayan və kifayət qədər qalın, daha cavan çöküntülərlə
örtülmüş neftli-qazlı strukturları aerokosmik şəkillərdə görmək və ayırmaq
çətinlik törədir. Lakin əksər hallarda onları köməkçi – dolayı əlamətlərinə görə
ayırmaq və öyrənmək olar. Burada əsasən geomorfoloji deşifrələmə əlamətləri
böyük rol oynayır.
Yaxşı açılışlar olan şəraitdə aerofotoüsulların tətbiqi nəinki geoloji struk-
turların yerlərini və ümumi konturlarını müəyənləşdirməyə,
həm də ərazinin
müfəssəl struktur-tektonik xəritəsini tərtib etməyə və bəzi hallarda kəşfiyyat
qazma işləri aparmaq üçün sahələr ayırmağa imkan verir.
Bu məsələləri həll etmək üçün aerofotoşəkillərin stereoskop altında
mükəmməl deşifrələnməsi və yatım elementlərinin alət üsulu ilə ölçülməsi və
istinad horizontlarının dəqiq bənd edilməsi işləri aparılır.
Müasir elüvial çöküntülərlə əlaqədar olan faydalı qazıntı yataqlarının
axtarışında aerokosmik şəkillərin deşifrələnməsi yaxşı nəticələr verə bilər.
Məsələn, onlara xas olan relyef formalarına görə qədim denudasiya qalıqları
aerofotoşəkillərdə yaxşı ayrılır (aşınma qalığının qorunub saxlanıldığı yerdə).
Dördüncü dövr çöküntüləri ilə bağlı olan faydalı qazıntı yataqlarının
axtarışında aerofotoşəkillərdən geniş istifadə olunur (məsələn, öz-özünə sərbəst
çökən duzların yataqları, çaqıl-çınqıl, qum, gil, göl mergelləri və s.).
Kür-Araz ovalığında öz-özünə çökən duzlar (şoranlar) aero-fotoşəkillərdə
ağ ləkələr şəklində aydın seçilir və onları çox böyük dəqiqliklə aerofotoşəkillərə
və xəritəyə köçürtmək mümkündür.
Deşifrələnmənin köməyilə çöl işlərinə qədər
ilkin kameral mərhələdə
çaqıl-çınqıl kütləsi yığılmış sahələri ayırmaq və müəyyən ölçü işləri aparmaqla
onların həcmini hesablamaq mümkündür. Relyefin çökək formalarına və tünd-
boz fotoçalarlarına görə aerokosmik şəkillərdə bataqlıq sahələrini ayırmaq
mümkündür ki, onlarla əksər hallarda torf yataqları əlaqədar olur. Neft-qaz