Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə107/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   103   104   105   106   107   108   109   110   ...   128

299 
 
olunur. Qırılmaların hidrogeoloji rolu, onlara iri yeraltı su çıxışlarının, yüksək 
su sərfli quyuların meyl etməsi və yeraltı sularla qidalanan yerüstü axımların 
olması ilə  təyin edilir. Həndəsi (uzanması, eni, uzanma azimutu), struktur 
(kinematika, amplitud), landşaft (bitki örtüyünün paylanması və hidroşəbəkənin 
şəkli ) və deşifrələmə (foto rəng ahəng)  əlamətlərinin kompleks analizi 
hidrogeoloji məqsədlər üçün məlumatların alınmasına imkan yaradır. 
Bir çox hallarda distansion zondlama materiallarının məlumatları əsasında 
qırılmaların qarşısını kəsən və onları başqa istiqamətə yönəldən sahələri aşkar 
etməyə  və  dərində yerləşən sulu komplekslərin (artezian hövzələri) yayılma 
sərhədlərini dəqiqləşdirməyə imkan verir. 
Dizyunktiv pozulmaların hidrogeoloji rolunun qiymətləndirilməsi müasir 
geologiyanın  əhəmiyyətli, ümumi nəzəri problemi və praktiki məsələsidir. Bu 
məsələnin həllində müasir geologiyanın bir çox sahələri üçün effektivliyi təsdiq 
olunmuş lineament yanaşmasının tətbiqi böyük rol oynamalıdır. 
Distansion zondlama materiallarının mövcud geoloji, geofiziki və digər 
məlumatlarla kompleks  istifadəsi qırılmaların sululuğunun qiymətləndirilməsi 
metodikasının təkmilləşdirilməsinə kömək etməlidir. 
 
12.5. Şelf  zonasının öyrənilməsi 
 
Dəniz və okean akvatoriyasının şelf zonasında ən yeni və müasir geoloji 
proseslər haqqında kosmik informasiyanı idarə olunan kosmik gəmilərdən 
(İKK) vizual müşahidə yolu ilə və ya müxtəlif kosmik planalma materialların-
dan (skaner, televiziya, infraqırmızı, radiolakasiya və s.) dəniz dibinin və su 
səthi təsvirlərinin təhlili nəticələrinə görə almaq olur. 
Dəniz akvatoriyasının kosmovizual müşahidəsi  İKK-nın uçuşu zamanı 
müntəzəm aparılır. Onlar ilin müxtəlif zaman  və  işıqlanma  şəraitində  dəniz 
səthini və meteoroloji şəraiti müşahidə etməyə imkan yaradır. 
Kosmik fəzadan aparılan fotoplanalmada dəniz dibinin aerofoto-planal-
maya nisbətən daha çox dərinliklərinin təsvirini almağın mümkün olduğu fərz 
edilir. Kosmik şəkillərdə dəniz dibinin bu və ya digər dərəcədə dəqiq təsvirinin 
alınması 90-m dərinlikdən artıq mümkün olmur. 
Televiziya planalması  (TV- planalma) müxtəlif təbii şəraitlərdə və dəniz 
səthinin müxtəlif vəziyyətlərində, zəruri zaman müddətindən bir, çoxsaylı 
təkrar  şəkillər almağa, onları öz aralarında müqayisə etməyə  və beləliklə, 
dənizin səthində baş verən dinamik proseslər haqqında informasiya əldə etməyə 
imkan yaradır.  İnformasiyanın telekameradan rəqəm formasında təqdimi, 
onların EVM-n köməyi ilə işlənməsini yüngülləşdirir. 
Müxtəlif spektral zonalarda təsvirləri qeyd etməyə kömək edən skaner 
planalmasının imkanları  dəniz dibinin 20-25 m-dən böyük dərinliklərinin 
təsvirlərinin alınması, müxtəlif spektral zonalarda çəkilmiş sualtı geoloji 
obyektlərin deşifrələnmə dəqiqliyinin artırılması üçün geniş istifadə edilir. 


300 
 
Bundan əlavə, skaner şəkilləri qurunun sahil hissələrinin tədqiqatında da 
kömək göstərir.  Şelf akvatoriyasının geoloji quruluşunun öyrənilməsi zamanı, 
skaner şəkilləri olmadan keçinmək mümkün deyildir. Geniş ərazilərin nisbətən 
qısa müddətdə (bir neçə saat, gün, həftə) və müəyyən (verilmiş) təbii şəraitdə 
təkrar planalmasının imkanları isə proseslərin dinamikasının öyrənilməsinə  və 
buludsuz, əlverişli şəraitdə alınmış şəkillərin seçilməsinə imkan yaradır. 
Dəniz şelfi akvatoriyasının geoloji, geomorfoloji öyrənilməsi üçün infra-
qırmızı (İQ) planalmanın istifadə təcrübəsi çox məhduddur. Belə tədqiqatlar İQ-
üsulun imkanlarının aşkarı və uyğun informasiyanın alınması üsulunun işlənilib 
hazırlanması mərhələsindədir. 
Akvatoriyanın öyrənilməsi üçün radiolokasiya (RL) planalması material-
larının istifadəsi də məhduddur. Dəniz dibinin geoloji xüsusiyyətləri haqqında 
informasiyanı yalnız deşifrələnmənin dolayı  əlamətlərinə görə, yəni dəniz 
səthindəki obyektlərin və  əmələgəlmələrin təsvirinə görə almaq mümkündür. 
Bunlar isə dibin quruluşu və ya dərinliklərdə gedən proseslərlə əlaqədardır. 
İşlənilib hazırlanma və ya sınaq mərhələsində olan perspektiv distansion 
planalmaya lazer, lyuminessent, ultrabənövşəyi, aerogeokimyəvi və qoloqrafiya 
planalmaları aiddir. 
Yekunda qeyd etmək lazımdır ki, fotoqrafik TV  və skaner planalmaları 
kartoqrafik əsasa xidmət edən materiallar verir, İQ və RL- planalmaları isə bu 
məqsədlər üçün nisbətən az yararlıdır; çünki bu planalmaların materiallarında 
yalnız dənizin səthi və onun quruluş xüsusiyyətləri təsvir olunur. 
Aşağıda Y.F.Knicnikov, V.İ.Kravtsova və s. tərəfindən təklif olunmuş 
sahilyanı akvatoriyanın çoxzonalı kosmik şəkillərinin deşifrələnməsinin 
səmərəli texnoloji sxemi verilmişdir. 
1. Qarşıya qoyulmuş  məsələnin həlli üçün bütün kanalların təsvirinə 
baxmaqla daha informativ kanalın təyini. 
2. Seçilmiş  səviyyəyə görə kvantlaşdırma ilə daha informativ şəkillərin 
deşifrələnməsi hesabına maksimum məlumatların toplanması. 
 3. Bütün zonalarda – uzundalğalıdan qısadalğalıya qədər – şəkillərin 
müntəzəm deşifrələnməsi nəticəsində əlavə informasiyaların əldə edilməsi. 
 4.  Sintez  variantının seçilməsi üçün neqativlərə baxılması gedişində 
əlavə məlumatların alnıması. 
5. Rəngli sintez olunmuş şəkillərin deşifrələnməsi. 
6. Kosmik şəkillərin deşifrələnməsinin ümumi (cəmlənmiş) sxeminin tərtibi. 
Kosmik planalmanın köməyi ilə dəniz dibi təsvirlərinin o qədər də dərin 
olmayan sahələrində alınmasının öyrənilməsinə baxmayaraq, şelfin geoloji  
öyrənilməsində böyük elmi və praktiki əhəmiy-yətə malikdir. Çünki kosmik 
şəkillərdə, dəniz-geoloji tədqiqatları aparan gəmilər üçün əlçatmaz olan 
(kosmik üsulun tətbiqinə  qədər «ölü zona»hesab edilən), dayaz sahil dibləri 
(daxili  şelfin)  əks olunur. Eyni zamanda bu zonanın geoloji quruluşunu 
bilmədən, xarici şelf haqqında olan məlumatlarla qurunun quruluşu haqqında 
məlumatları uzlaşdırmaq mümkün deyildir. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə