Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə101/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   97   98   99   100   101   102   103   104   ...   128

283 
 
Bir neçə on metrdən çox dərinlikli sahələrdə TP, DEMP, ESTÖ, ilkin bir neçə 
yüz metrlikdə isə –EP, YP, həmçinin qravimaqnit kəşfiyyatı  və zondlama 
üsulları üstünlük təşkil edir. Elektrik və elektromaqnit profilləmənin dərinliyi 
qidalandırıcı və qəbuledici xətlər arasındakı köçürülmənin dəyişməsi və istifadə 
olunan elektrik sahəsinin tezliyi ilə idarə olunur. 
Sistem və müşahidə şəbəkəsi miqyasdan, işin məqsədli istiqa-mətləndiril-
məsindən, donuşluq  geofiziki və geomorfoloji şəraitin xüsusiyyətlərindən 
asılıdır. Kiçik və ortamiqyaslı donuşluq geofiziki planalma işlərini landşaft  
donuşluq planalması  və aerokosmik şəkillərin deşifrələnməsi zamanı  aşkar 
edilmiş xüsusi sahələrdə aparırlar.  İrimiqyaslı  və  dəqiq geofiziki planalmada 
landşaft  donuşluq planalması zamanı ayrılmış sahələrin sərhəd-lərinə və relyef 
elementlərinin uzanmasının  əksinə istiqamətləndirilmş profillərlə sahəvi 
müşahidələr aparırlar. Aldığımız xəritənin müqyasında profillərarası məsafə 1-2 
sm, müşahidə addımları isə yer səthində 1-10 m olur. 
Geofiziki profilləmənin müxtəlif üsullarının qrafiklərinin interpretasiyası 
keyfiyyətlidir və qrafiklərdə  və  xəritələrdə anomaliyaların müşahidə olunmuş 
parametrlərinin ayrılmasına gətirib çıxarır (çox vaxt donmuş süxurları  aşkar 
edən maksimumlar, müxtəlif səviyyəli sahələr və s.) 
Nəticələri təhlil edərkən donuşluq  geoloji informasiyaya əsaslanmaq, bu 
və ya digər geofiziki və donuşluq parametrləri (buzluluq, litologiya və s.) 
arasında korrelyasiya əlaqəsi aşkar etmək lazımdır. 
Donmuş və donu açılmış süxurların ayrılması. Çoxillik donuşluq süxur-
larının tavan və dabanının dərinliyinin təyini, kəsilişin donuşluqüstü, donuşluq 
və donuşluqaltı hissəsinin quruluşunun öyrənilməsi, qrunt, donuşluqarası  və 
donuşluqaltı suların aşkar edilməsi üçün quyularda geofiziki tədqiqatlardan 
əlavə müxtəlif elektrik zondlamaları da istifadə edilir: xüsusi müqaviməti və 
yaradılmış polyarlaşmanı ölçməklə  şaquli elektrik zondlaması  (ŞEZ), (ŞEZ-
YP); tezlikli zondlama (TZ); yaxın zonada sahənin yaradılması (BUS) və radio-
dalğalar vasitəsilə zondlama. Bu məqsəd-lər üçün eyni zamanda, sınan dalğalar, 
nisbətən az əks olunan dalğalar (SDÜ), (ƏDÜ) kimi seysmik kəşfiyyat üsulla-
rından da istifadə edirlər. 
Adı  çəkilən zondlama üsullarının bir neçəsinin seçilməsi geomorfoloji, 
donuşluq geofiziki şərait və geofiziki üsulların qarşısında qoyulmuş məsələlərlə 
əlaqədar təyin edilir. Daha çox isə, cihazların və interpretasiyanın sadəliyinə 
görə seçilən ŞEZ üsulu tətbiq edilir. Bu üsulları əsasən yay vaxtı tətbiq edirlər, 
çünki bu zaman elektrik dövrəsini torpağa basdırmaq asan olur. ŞEZ-YP üsulu 
dəqiqləşdirmə işlərində tətbiq edilir. Bu üsulları əsasən yay vaxtı tətbiq edirlər, 
çünki bu zaman elektrik dövrəsini torpağa basdırmaq asan olur. ŞEZ-YP üsulu 
dəqiqləşdirmə  işlərində  tətbiq olunduğuna görə onları az istifadə edirlər. 
Dəyişkən tezliklə və ya elektrik sahəsinin yaranması üsulları ilə aparılan zond-
lamaların metodiki üstünlüklərinə baxmayaraq, bu üsullar cihazlarının mürək-
kəbliyi və interpretasiyasının çətinliyinə görə az istifadə olunur. Qış şəraitində 


284 
 
və yüksək müqavimətli səth süxurları olarsa, TZ, BUS və xüsusilə RDZ 
üsullarının tətbiqi məqsədəuyğundur. Seysmik kəşfiyyat işlərinin həm yayda, 
həm də  qışda donuşluq tədqiqatlarında istifadəsinə baxmayaraq, elektrik 
kəşfiyyatına nisbətən az tətbiq olunur. Bu da onunla izah olunur ki, həmin 
üsulun texnikası və iş texnologiyası, o cümlədən, donuşluq sahəsində seysmo-
geoloji şərait mürəkkəbdir. 
Müşahidə sistemi və nöqtələrin sıxlığı təkcə miqyasdan deyil (tərtib olu-
nan kəsilişin miqyasında zondlama mərkəzləri arasındakı  məsafə 1 sm-dən 5 
sm-ə  qədər dəyişir), həm də mikrorayonlaşdırmanın məlumatlarından və keç-
mişdə aparılan donuşluq geofiziki planalmaların nəticələrindən asılıdır. 
Zondlama nöqtələri, aşkar edilmiş mikrorayonların mərkəzi hissəsində 
yerləşdirilir, çünki burada horizontal qeyri – bircinsliyin təhrifinin təsiri az 
gözlənilir. 
Çoxillik donuşluq süxurları yayılmış rayonlarda alınmış zondlama əyrilə-
rinin və seysmokəşfiyyat məlumatlarının interpretasiyası zamanı böyük çətin-
liklər yan təhriflərilə bağlıdır: yəni, laylarda xassələrin kəskin kontrastı (xüsu-
silə, donmuş və donu açılmış süxurlarda elektrik müqaviməti); çoxillik donuş-
luq süxur laylarının üst və alt hissələrində dərinliyə getdikcə qradiyent xassəsi-
nin dəyişkənliyi və digər amillər. Ona görə də çoxillik donuşluq süxurlar olma-
yan azmaili layların kəsilişlərinin zondlama məlumatları üçün tərtib edilmiş 
interpretasiya üsulları lazımi dərəcədə dəqiqliyi təmin etmir, alınmış geoelekt-
rik və seysmogeoloji kəsilişlər isə çox vaxt yarımmiqdarı xarakter daşıyır. 
Zondlama məlumatlarının nisbətən dəqiq izahı bütün geoloji donuşluq haqqında 
informasiyanı  cəlb etməklə, bir çox geofiziki üsulların kompleks tətbiqi ilə 
gözləmək olar. Donuşluq hadisələrinin və proseslərinin dinamikasını ilin müx-
təlif vaxtlarında, xüsusən yay və qış mövsümlərinin sonunda geofiziki planal-
maları təkrar etmək yolu ilə öyrənirlər. 
Buzlaqların öyrənilməsi.  Qlyasioloji tədqiqatlar üçün (dağ  və örtük 
buzlaqların qalınlıqlarının ölçülməsi, buzaltı süxurların morfoloji və daxili 
quruluşlarının öyrənilməsi) elektrik və elektromaqnit zondlaması (ŞEZ, TZ, BS, 
RDZ), seysmik kəşfiyyat (ƏDÜ, SDÜ) və qravikəşfiyyat kimi  geofiziki üsullar 
tətbiq edilir. ŞEZ, TZ və BS üsulları (induktiv oyatma ilə) nisbətən perspektivli 
olmağına baxmayaraq, həmçinin nadir hallarda tətbiq olunur. 
Seysmik kəşfiyyatın  ƏDÜ üsulunu qalın, SDÜ üsulunu isə azqalınlıqlı 
buz örtüklərinin tədqiqi zamanı istifadə edirlər. Seymsik üsullarla buzlaqların 
qalınlığını ölçərkən nisbi xəta 5 faizdən az olmur. Qravikəşfiyyatı da buzlaq-
ların qalınlığını ölçmək üçün istifadə edirlər, ancaq bu üsul dayaq seysmik və 
buruq quyularının məlumatlarını tələb edir. Həmin üsulla buzlaqların dərinliyini 
təyin edərkən, nisbi xəta 15-20 faiz təşkil edir. 
Buzlaqların tədqiqinin aparıcı və ən dəqiq üsulu radiodalğa üsulunun hava 
və çöl variantlarıdır. 
Bu üsulun köməyi ilə buzlaqların dərinliyini, onlarda müxtəlif əksetdirici 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə