Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə96/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   92   93   94   95   96   97   98   99   ...   128

269 
 
xassələrinin geofiziki üsullarla təyini böyük əhəmiyyət kəsb edir. 
Xüsusilə, sal süxurların bütövlüyünün pozulması massivlərin mühəndisi – 
geoloji xüsusiyyətinə böyük təsir göstərdiyinə görə  dəqiqliklə öyrənilməlidir. 
Bu məsələnin həlli üçün əsas geofiziki üsullardan elektrik kəşfiyyatı, o 
cümlədən karotajın müxtəlif modifikasiyaları, xüsusilə, elektrik karotajı üsulları 
geniş  tətbiq olunur. Eyni zamanda, seysmometriya, mikromaqnit planalma 
üsulları da müəyyən şəraitdə istifadə edilə bilər. Aşağıda iki məsələyə baxılır: 
a) süxurların elastiklik keyfiyyətinin təyini və b) onların məsaməlik və 
nəmliyinin qiymətləndirilməsi. 
a) Elastiklik keyfiyyətinin təyini 
Elastiklik nəzəriyyəsində mühitin elastiklik sabitinin eninə  və uzununa 
seysmik dalğaların yayılma sürətindən asılılıq düsturları verilir: 
)
(
2
2
2
2
2
2
s
p
s
p
V
V
V
V




 ; 
2
2
2
2
2
)
4
3
(
s
p
s
p
s
V
V
V
V
V





 
 









1
)
2
1
)(
1
(
2
p
V
 
burada:V

, V
s 
– süxurlarda, uyğun olaraq uzununa və eninə seysmik dalğaların 
yayılma sürəti, 

 - süxurların sıxlığı, 

 - Puasson əmsalı, E –yung modulu. 
Beləliklə,  əgər uzununa və eninə sürət, o cümlədən sıxlıq məlumdursa, 
qruntların daşıyıcı keyfiyyətini təyin edən parametrləri hesablamaq mümkün-
dür. Qeyd etmək lazımdır ki, bu parametrlər ayrı – ayrı nümunələrə görə deyil, 
qurğunun təsir zonasında yerləşən massivdə qiymətləndirilir. 
Eynicinsli, xüsusilə, sal süxurlarda sıxlıq nisbətən kiçik hüdudlarda 
dəyişir. Ona görə  də, onu ya nümunələrə, ya da quyuların qamma – karotac 
məlumatlarına görə  təyin etmək olar. Elastiki dəyişmənin uzununa yayılma 
sürəti seysmik kəşfiyyatın adi üsulları ilə hesablanır. Eninə seysmik dalğaların 
yayılma sürəti haqqındakı  məlumatların alınması bir qədər çətinlik törədir ki, 
çox hallarda bu seysmik kəşfiyyatda ona əhəmiyyət  verilməməsindən irəli 
gəlir. Bu çətinlik bir sıra səbəblərlə, əsasən sürətin az olmaması ilə izah olunur 
ki, bu səbəbdən də eninə seysmik dalğalar uzununa seysmik dalğalardan sonra 
müşahidə olunur. 
Eninə seysmik dalğaları qeydə almaq üçün xüsusi metodikadan istifadə 
etmək daha etibarlı hesab olunur. Az dərinliklərdə eninə dalğaların intevsivli-
yinin artması horizontal səthə  zərbələr endirməklə  və ya partlayış enerjisini 
horizontal üzrə istiqamətləndirməklə elastiki dəyişməni yaratmaq yolu ilə 
mümkündür. 
Eninə  və uzununa dalğaların eyni zaman istifadəsi bəzi hidrogeoloji 
məsələlərin həllinə imkan verir. Quru qumlu, gilli çöküntülər elastiklik 


270 
 
xüsusiyyətlərinə görə analoji tərkibli sulu çöküntülərdən fərqlənir. Qrunt suyu 
səviyyəsindən aşağıda Yunq modulunun və xüsusilə, yerdəyişmə  modulunun 
cüzi artması ilə müqasiyədə hərtərəfli sıxılma əmsalı birdən artır. O.Q.Soroxtin 
müşahidə etmişdir ki, hərtərəfli sıxılma  əmsalı quru gilli qumlardan sulu 
qumlara keçərkən 920kq/sm
2
 –dən 45460 kq/sm
2
 –ə qədər (47,4 dəfə) artmışdır, 
həmin vaxta Yunq modulu 1800 kq/sm
2
 – dən 5400 kq/sm
2
 – ə qədər (3 dəfə), 
yerdəyişmə modulu isə 760 kq/sm
2
 – dən 1820 kq/sm
2
 – ə  qədər (2,4 dəfə) 
artmışdır. Beləliklə, hərtərəfli sıxılma  əmsalının digər modullarla müqayisədə 
qeyri – proporsional artması suların yatım dərinliyini göstərir. 
Süxurların elastik və elektrik keyfiyyətinin onların məsaməlik və 
sıxlığından asılı olmasını  əsas tutaraq, L.S. Polak və M.B.Rapoport belə 
nəticəyə  gəlmişlər ki, bu iki qrup fiziki parametrlər arasında eksperimental 
əlaqə yaratmaq mümkündür. Z.Q.Yaşenko və İ.S.Yesakov (1959) böyük Sibir 
çaylarından birinin bəndində bu istiqamətdə eksperiment aparmışlar. Həmin 
sahədə diabazların qalınlığı 100 metrdən çox qeyd olunur. Sahil boyu onlar 1-2 
m – dən 10-20 m – ə qədər qalınlığı olan dördüncü dövr gilli qum çöküntüləri 
ilə örtülmüşdür. Sahədə dəqiq qazıma işi aparılmışdır. Çayın yatağı və sahilləri 
boyu geoelektrik tədqiqatlara qədər uzununa və eninə seysmik dalğalar 
üzərində müşahidələr aparılmışdır. 
Oyanma mənbəyi kimi adi partlayışdan istifadə olunmuşdur. Eninə 
seysmik dalğaları çox əlverişli seysmogeoloji şəraitlə ayırmaq mümkündür. 
Sonra həmin sahədə, buzda aparılmış elektrik zondlaması və quyuda aparılmış 
yan karotaj zondlaması materiallarına  əsasən süxurların elektrik müqaviməti 
təyin olunmuşdur. 
109-cu  şəkildə diabazların elektrik müqavimətinin Yunq modulundan  
xətti  asılılıq  qrafiki  göstərilmişdir. 
Elektrik müqavimətinin artması ilə yunq modulu artır. Çay yatağı üçün 
qurulmuş bu asılılığa  əsaslanaraq yunq modulları sahillər üçün də  təyin 
olunmuşdur. Sağ sahildə elektrik kəşfiyyatı materiallarına görə hesablanmış 
modul qiymətləri ayrı – ayrı sahələr üçün seysmik kəşfiyyat işlərinin material-
ları ilə təsdiq olunmuşdur. 
Aparılmış  təcrübələr sal süxurlar üçün elastiklik modulunun xüsusi 
elektrik müqaviməti qiymətlərinə görə təyininin mümkünlüyünü təsdiq edir. Bu 
məqsədlə, verilən süxur üçün baxılan iki kəmiyyət arasında korrelyasiya 
asılılığını qurmaq lazımdır. Müqavimətlər dinamik (seysmik) və statik üsullarla 
alınmış elastiklik parametrləri ilə müqayisə edilə bilər. Sonra bütün sahə 
hüdudunda qruntların daşıyıcı keyfiyyətinin qiymətləndirilməsi xüsusi elektrik 
müqavimətinə əsasən aparıla bilər. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə