Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə93/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   89   90   91   92   93   94   95   96   ...   128

263 
 
Cədvəl 5 
Mühəndis – geoloji məsələlərin həlli zamanı tətbiq edilən kompleks 
geofiziki üsullar 
Həll ediləcək 
məsələlər 
Kompleks geofiziki üsullar 
Qeyd 
1 2  3 
Kəsilişlərin dəqiq böl-
gülərlə  tərtib edilməsi, 
ana süxurların səthinin 
öyrənilməsi, basdırıl-
mış  dərələrin xəritələ-
rinin tərtibi 
Elektrik kəşfiyyatı  (ŞEZ,  ŞEZ – 
YP, TZ, BUS); seysmokəşfiyyat 
(zərbə ilə 
həyəcanlandırılmış 
elastiki titrəyişlə SDÜ, akvatoriya-
da FSP); pe-netrasion karotaj 
Buruq – qazıma işləri 
quyularda geofiziki təd-
qiqatlarla birlikdə aparılır 
“Sərt yataq təmasları”, 
tektonik qırılmaların, 
çatlılığın və parçalan-
ma zonalarının, boşluq-
ların aşkar edilməsi 
Radioistilik planalması (RİP, İQP); 
elektrokəş-fiyyat (RKHUD, TP, 
DŞEZ); seysmik kəşfiyyat (SDÜ, 
FSP); qravi-maqnit və emonasion 
planalma; quyulararası seysmik 
şüalanma 
Distansion (aerokos- mik) 
və aerofiziki təd-qiqatların  
nəticələrini istifadə edirlər 
Qrunt sularının yatım 
dərinliyinin təyini, sü-
xurların subasma şərai-
tinin qiymətləndirilməsi 
Elektrik kəşfiyyatı  (ŞEZ,  ŞEZ – 
YP, TP); seysmik kəşfiyyat (SDÜ); 
termometrik planalma 
Arid zonalarda RDZ, 
RKHUD üsulları; buruq 
quyuları varsa, QGT üsul-
ları istifadə olunur 
Ekzogen – geoloji pro-
seslərin (karst, sürüşmə-
lər və s.) öyrənilməsi 
Elektrik kəşfiyyatı  (ŞEZ, DŞEZ, 
EP, TP, YP, FDOZ); seysmik kəş-
fiyyat (SDÜ, FSP); quyular-arası 
seysmoakkustik şüalanma, akkustik 
emissiya; mikromaqnit plan-alma; 
yüksək dəqiqli qravimetriya; nüvə 
üsulları; termometrik planalma 
Proseslərin dinamikasını 
öyrənərkən  rejim müşahi-
dələri  aparırlar 
Süxur massivlərinin fi-
ziki – mexaniki və su - 
fiziki xassələrinin qiy-
mətləndirilməsi 
Elektrik kəşfiyyatı (ŞEZ, ŞEZ – 
YP, DŞEZ);  seysmik kəşfiyyat 
(SDÜ); QGT (o cümlədən, nüvə 
üsulları); penetrasion karotaj 
Müşahidəni quyu qazmaq-
la, dağ qazmalarında və 
nümunələrdə  sınaq apar-
maqla kompleks şəkildə hə-
yata keçirirlər 
 
 Mürəkkəb geoloji şəraitdə geoloji məsələlərin həlli nöqteyi-nəzərindən 
geoloji mühitin quruluşunun əsas xüsusiyyətlərini əks etdirir. 
Mühəndisi geoloji planalma.  Mühəndisi – geoloji tədqiqatları  əksər 
hallarda planalmanın (xəritələmənin) orta-, irimiqyaslı  və  dəqiq tədqiqarlar 
mərhələsində  tətbiq edirlər.  Əsas məqsədlər və  tətbiq edilən kompleks üsullar 
5-ci cədvəldə göstərilmişdir. Geofiziki müşahidə üsulu, planalmanın lazımi 
dəqiqliyindən asılı olaraq seçilir. Sahəvi planalma zamanı müşahidə  şəbəkəsi 
elə seçilir ki, profillərarası  məsafə  təxminən 1 sm, müşahidə addımları isə 1 
mm-ə yaxın olsun (tərtib edilən xəritənin miqyasına əsasən). 


264 
 
Ortamiqyaslı  xəritələmə. Ortamiqyaslı planalma zamanı (1:200000 – 
1:50000) geofiziki kompleksin tərkibinə  ən keyfiyyətli profilləmə üsullarının 
bir neçəsi daxil edilir (aerogeofiziki, su mühitində  və yerüstü mobil). Onlara 
radioistilik (RİP) və ya infraqırmızı  (İQP) və maqnit planalması (MP), radio-
dalğalı elektromaqnit profilləməsi (REMP) və ya yüksək uzunluqlu radio-
komparasion planalma (RKHUD), həmçinin su mühitində fasiləsiz seysmoak-
kustik profilləmə (FSP) və dipol elektrik zondlaması (FDOZ) aiddir. Müşahidə-
lər bütün öyrəniləcək sahəni əhatə edən şəbəkəvari profillərlə aparılır və dəqiq-
ləşdirmə, yəni başqa sahələri aça bilən sahələr ayrılır. Bu sahələrin daxilində 
işlər daha sıx şəbəkələrlə üç – beş üsuldan ibarət geniş kompleksdə, o cümlədən 
az istehsala malik, lakin daha informatik üsullar kompleksində aparılır. Bunla-
ra: seysmik kəşfiyyatda sınan dalğa üsulu (SDÜ), polyarizasiya (ŞEZ-YP), 
tezlik zondlaması (TZ) və sahənin bərpa olunması ilə zondlama (BUS), az 
hallarda yüksək dəqiqlikli qravimaqnit kəşfiyyatı, nüvə üsulları, quyularda 
geofiziki tədqiqatlar üsulu (QGTÜ) aiddir. İşlər labaratoriya analizi üçün süxur 
nümunəsinin götürülməsi, buruq qazması, süzülmə va mühəndisi – geoloji 
tədqiqatlar ilə birgə aparılır. 
Hakim sahələrdə geoloji mühitin quruluşundan əlavə, onun təbii və süni 
amillərin təsiri altında vaxtaşırı baş verən dəyişməsini də öyrənirlər (çoxillik, 
mövsümü və s.). Bundan ötrü, geoloji mühitin təxmin edilən dəyişmələrinə 
qarşı  həssas olan bərkidilmiş profillərdə  və ya sahələrdə kompleks üsullarla 
təkrar  rejim  müşahidələri aparılır. Hakim sahələrdə alınmış nəticələri bağlayıcı 
profillərin köməyi ilə bütün öyrənilən sahəyə interpolyasiya və ekstrapolyasiya 
edirlər. Bu prosesi apararkən, geofiziki və geoloji parametrlər arasındakı 
korrelyasiya bağlılığından geniş istifadə olunur. 
Irimiqyaslı  xəritələmə.  İrimiqyaslı  xəritələməni (1:25000 – 1:10000), 
adətən hakim sahələri istifadə etmədən, bütöv planalma kimi aparırlar. 
İrimiqyaslı profilləmə zamanı, əsasən zondlama üsulları (ŞEZ, ŞEZ – YP, BUS, 
SDÜ), buruq quyuları olduqda isə, QGT kimi informativ kompleks geofiziki 
üsullar tətbiq edilir. Qeyd etmək lazımdır ki, tədqiqat aparılan geoloji mühitin 
qeyri – bircinsliliyinin ölçüləri ilə  təyin edilən mühəndisi – geofiziki 
planalmanın miqyası və məqsədi bir – biri ilə əlaqədar olmalıdır. 
Planalmanın müasir məqsədlərindən biri də, xüsusən  şəhər və  sənaye 
aqlomerasiyasında, geoloji mühitin texnogen dəyişməsini öyrənməkdir. Bu 
dəyişikliklər  əsasən mühəndisi – geoloji proseslərin (subasmalar, çökmələr, 
suffoziya) intensivliyi, texnogen litogenez, istilik, elektromaqnit, qravitasion, 
titrəyişli sahələr və s. təsiri hesabına fiziki çirklənmənin nəticəsində əmələ gəlir. 
Geofiziki üsulların məqsədi təsir mənbəyini və onun intensivliyini təyin etmək, 
geoloji mühitin reaksiyasını qiymətləndirmək və süxur massivində baş verən 
dəyişiklikləri aşkar etmədən uzun müddətli müşahidələr aparmaqdır. İrimiqyaslı 
xəritələmə zamanı yer səthində  və dağ – qazma işlərində elektrik və seysmik 
kəşfiyyat, istilik və qravimaqnit planalması, həmçinin geniş kompleksdə 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə