Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə92/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   88   89   90   91   92   93   94   95   ...   128

261 
 
Subasımlı dağ qazımalarının öyrənilməsi zamanı  əsas çöl geofiziki 
üsulları ŞEZ, ŞEZ-YP, SDÜ, həmçinin elektromaqnit profilləməsi EP, YP-dir . 
Çöl işləri sıx müşahidə  şəbəkəli (100-500)x(100-500) m olmaqla sahəvi 
geofiziki planalma yolu ilə aparılır. Geofiziki kəşfiyyatın dərinliyi dağ-qazma 
işlərini layihə dəriliyindən çox olmalıdır. 
Geofiziki materialların tədqiqi və interpretasiyası zamanı müxtəlif sulu 
horizontların və ya layların süzülmə xarakterini  öyrənməyə  imkan verən üsul 
seçmək lazımdır. 
Əgər bir tərəfdən geofiziki parametrlər  (



, S, T, 

/

  və s.), digər 
tərəfdən geosüzülmə (K
F
,
 
T
v
, R

və s.) xassələri arasındakı əlaqələri təyin etsək, 
onda yeraltı suların axımını hesablamaq üçün hidrogeoloji düstularda geofiziki 
parametrlərdən istifadə etmək olar. Nəticədə hidrogeofiziki məlumatlara görə 
nisbi axımlar xəritəsi tərtib olunur. 
Hidrogeoloji-meliorativ və torpaq – meliorativ tədqiqatlar.  Kənd 
təsərrüfatı  istehsalnin dayanıqlıqının  təmin edən meliorativ  geniş  miqyas 
alması  müxtəlif su təsərrüfatı qurumlarının layihəldindirilməsi və tikintisi 
mərhəlrində olduğu kimi, onların istismarı prosesində də qurutma və suba-
sma  şəraitinin nəzarət etmək üçün elmi əsaslandıranması   hidromeliorativ 
tədqiqatların aparılmasının tələb  edir. 
Su təsərrüfatı qurğuları obyektlərində hidrogeoloji meliorativ tədqiqat-
ların nəticəsində bu qurğuların bünövrəsinin qoyulması  şəraitini, drenac və 
suvarma sistemlərinin işini, həmçinin aerasiya zonasında su mübadiləsini 
qiymətlədirmək lazımdır. Bu məqsədlə aşağıdakı məsələlər həll olunmalıdır : 
a) üst qat süxurlarının (5-10 m) litoloji xarakterini göstərmək və torpaq 
xəritələnməsi aparmaq; 
b) qrunt sularının  və regional sukeçirməyən layların yatım dərinliyini, 
müxtəlif sulu horizontların qalınlığını, onların öz aralarında və yer üstü su 
axımları ilə əlaqəsini aşkar etmək; 
c) aerasiya zonasının fiziki – mexaniki və sululuq xassəsini, o cümlədən, 
tam sudoyumluluğunu öyrənmək, yəni məsaməlik, nəmlik, sukeçirmə, süzülmə 
əmsalları, suyun minerallaşması, torpağın  şoranlaşması, bataqlıqlaşma və 
onların dinamikasını təyin etmək. 
Bu məsələlərin həlli təkcə hidrogeoloji və mühəndisi – geoloji üsullarla 
(quyuların və şurfların qazılması və onların üzərində müşahidələr) çətin və baha 
başa gəlməklə  bərabər, həm də nöqtəvi xarakter daşıyır. Geofiziki üsulları 
tətbiq edərkən, nəinki kəsiliş barədə  məlumat  əldə etmək, həm də nöqtəvi 
hidrogeoloji təd-qiqatların  əhəmiyyətini artırmaq olar. Məsələn, hər hansı bir 
nöqtədə  təyin edilmiş su fiziki xüsusiyyəti asanlıqla bütün öyrənilən sahəyə 
ekstrapolyasiya edib, sahəvi elektrik xassələri ilə bağlamaq olar. Bu zaman 
aşağıdakı üsullarla aparılan, ucuz və tezləşdirici geofiziki planalmalar vacibdir: 
a) ortamiqyaslı aerokosmik – uzaq məsafədən elektromaqnit tədqiqatları 
teplovizor və yüksək tezlikli radiotelemetrlərin vasitəsilə infraqırmızı 


262 
 
(radioistilik) planalması, millimetr və santimetr diapazon dalğalı radiolokator-
ların köməyi ilə fəal radiolokasiya; 
b) mikromaqnit üsulu, elektromaqnit profilləmə (PKHUD, DATP, 
(DEMP), EP,TP,YP) və zondlama ilə (ŞEZ, ŞEZ-YP, RDZ) aparılan irimiqyaslı 
planalma; 
c) elektrik neytron və termik üsullarla quyu müşahidələri. 
Hidrogeoloji-meliorativ və torpaq meliorativ tədqiqatlarında geofiziki 
üsulların məlumatlarının işlənməsi prinsipi və üsulu yuxarıda nəzərdən  keçi-
rilən hidrogeoloji tədqiqatlarda olduğu kimidir. Meliorasiya olunan torpaqlarda 
su, duz və istilik rejiminə  nəzarət üçün distansion aerokosmik, radioistilik və 
radiotelemetrik planalmaların köməyilə aparılan təkrar ölçmələr xüsusilə pers-
pektivlidir. 
ŞEZ-n məlumatlarının interpretasiyası zamanı layın sululuq xüsusiyyətilə 
geofiziki parametrlər arasında korrellasiya əlaqəsini təyin etmək vacibdir 
(şəkil108). 
 
12.4.1.2. Mühəndisi – geoloji tədqiqatlar 
 
Orta  və irimiqyaslı mühəndisi – geoloji planalma və layihələndirmə, 
həmçinin tikinti quraşdırma və istismar qurğuları ilə  əlaqədar olan dəqiq işlər 
zamanı geofiziki tədqiqatlardan istifadə edilir. Geofiziki işlər mühəndisi – 
geoloji tədqiqatların dəqiqliyini artırmaq və  ətraflı  işləmək imkanı yaradır. 
Adətən bu tədqiqatların obyekti eynicinsliliyi, dəyişkən litoloji tərkibi, quruluşu 
və fiziki xassələri ilə xarakterizə olunan süxurlardır. Bu tədqiqatların 
effektivliyi, təbii yatım  şəraitində suxur massivlərinin tərkib və quruluş 
xüsusiyyətlərini  əks etdirən inteqral xarakterinin alınması  və geoloji mühiti 
pozmadan coxsaylı təkrar müşahidələrin aparılması imkanı əldə edilir. Sonuncu 
hal təbii və texniki amillərin təsnifatında baş verən geoloji proseslərin 
intensivliyini öyrənməyə, geofiziki rejim müşahidələrni həyata keçirməyə 
imkan verir.  
Mühəndisi-geofiziki tədqiqatlar yer səthində, su mühitində, quyularda və 
dağ qazmalarında aparılır. Eyni zamanda,aerogeofiziki və aerokosmik 
materiallardan da istifadə edilir. Aparıcı üsullar elektrik və seysmik kəşfiyyat 
hesab olunur. Geofiziki üsulların kompleksliyi və müşahidə üsulu işin miqyası 
və həll ediləcək məsələnin xüsusiyyəti ilə təyin edilir (cəd.5). 
Mühəndisi-geoloji tədqiqatlar zamanı geoloji-geofiziki obyektlərdə 
görülmüş bütün işlərin materialları  əsasında obyektin fiziki-geoloji modelinin  
(FGM) qurulması vacibdir. Yeni tədqiqatlar prosesində kompleks geoloji 
geofiziki üsulların genişləndirilməsi, miqyasların böyüdülməsi, interpretasiya 
zamanı tərtib edilmiş modeli dəqiqləşdirirlər.  
 
 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə