Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə88/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   84   85   86   87   88   89   90   91   ...   128

251 
 
„Smoq“ buludlarının yerini dəyişməsi,  ərazinin səhralara çevrilməsi və s. ilə 
əlaqədar çox istifadə edilir. 
Mühəndisi geoloji tədqiqatlarda kosmik informasiyanın tətbiqinin üçüncü 
dairəsini meteohidrogeoloji şəraiti fövqəladə olan rayonların sistematik 
müşahidəsi təşkil edir. Qar yığımları  və qarərimə  və ya buz sahələrinin 
kiçilməsi rayonlarında kosmik planalmanın məlumatları 
əsasında, 
hidrometeoroloji proqnoz – sürüşmələrin, uçqunların və xüsusilə, sel 
axımlarının proqnozlaşdırılması və öyrənilməsi hidrometeroloji amilin operativ 
nəzərə alınması, yeni ekzogen geoloji proseslərin inkişafına və  vəziyyətinə 
mühəndisi geoloji nəzarətin aparılması imkanını verir. Çünki sonuncular 
haqqında məlumat, eyni zamanda böyük ərazilər üçün alına, onlar isə,öz 
növbəsində, hidrometeoroloji məlumatlarla tutuşdurula bilər. 
Geoloji mühitin qorunması  və meteohidrogeoloji şəraitin izlənilməsində 
aktual məsələlərdən biri aerokosmik monitorinqin (AKM) təşkilidir. 
Aerokosmik monitorinq  geoloji mühitin vəziyyətinin və onun təbii və texniki 
amillərin təsiri altında məkan və zaman etibarilə  dəyişməsinin reqlament üzrə 
dövrü distansion müşahidə sistemidir. Aerokosmik  monitorinqin  məqsədi 
geoloji mühitin vəziyyətinin operativ izlənilməsi və onun üzərində  nəzarət, 
lokal və regional proqnoz üçün distansion informasiyanın istifadəsi, onların 
təbii və antropogen amillərin təsiri altında dəyişməsinin öyrənilməsidir. AKM-n 
obyekti, distansion zondlama materiallarında birbaşa və ya dolayı  əks olunan 
geoloji mühitin dəyişən hissələridir:süxurların fiziki-mexaniki və möhkəmlik 
xassəsi: qrunt sularının yatım dərinliyi və minerallaşması; müasir: təbii 
(sürüşmələr, uçqunlar, sellər, karstlar, seysmiklik, vulkanizm və s.) və  
tektonogen (su anbarlarının sahil hissəsinin yuyulması, bataqlıqlaşma, çökmə 
və s.) geoloji proseslərin inkişaf qanunauyğunluqları. AKM, istehsal sahələrinin 
səmərəli yerləşdirilməsi sxeminin tərtibində, dövlət planının ekoloji  bölməsinin 
perspektiv işləilməsində və s. sahələrdə istifadə edilməlidir. 
Hazırda kosmik informasiya bütün kompleks ekzogen proseslərin (yamac 
sürüşməsi, sel, buzlaq, karst, eol, eroziya, uçqun, tökülmə, abraziya və s.) 
öyrənilməsində geniş istifadə olunur.  
Məsələn, kosmik şəkillərin tətbiqi sellərin  əmələ  gəlməsinin 
geoloji,geomorfoloji  şəraitinin düzgün qiymətləndirilməsinə kömək edir. 
Kosmik şəkillərdən istifadə sel hadisəsinin kiçik  və ortamiqyaslı xəritələnməsi 
zamanı daha effektiv olur. Burada işin  əsas məqsədi selin inkişaf  şəraitinin 
təhlilidir. Kiçikmiqyaslı kosmik şəkillərin deşifrələnməsi: a)geomorfoloji 
rayonların və ya relyef tiplərinin sərhədlərinin dəqiqləşdirilməsinə; b)tektonik 
çatlar, qırıl-malar və ya lineamentlərin sıxlaşma sahələrinin sərhədləndiril-
məsinə; v)ərazinin eroziyaya uğraması  və ya açılış  dərəcəsinin 
qiymətləndirilməsinə imkan yaradır. Ortamiqyaslı kosmik şəkillər yerüstü və 
aerovizual işlərlə birlikdə ortamiqyaslı sel hövzələrinin tiplərə ayrılması üçün 
əsas (lazımi) sahələrdə istifadə edilə bilər. 


252 
 
Distansion zondlama materialları müasir buzlaşma  əyalətlərinin 
öyrənilməsində  də  tətbiq edilə bilər. Yay mövsümünün sonunda əldə edilən 
müxtəlif miqyaslı distansion zondlama materiallarında, həmin zaman dağlarda 
qarın əriməsi ilə əlaqədar olaraq,  iri buzlaqlar və buz massivləri aşkar olunur. 
Belə şəkillərdə buzlaq əmələgətirən sahələr və ablyasiya sahələri yaxşı seçilir; 
buz  şəlalələrinin, yan  və son morenlərin vəziyyəti təyin edilir; buzlaqların 
morfoloji tipi (dərə buzları, çökəklik, karst və s.) aşkar edilir. Ritmik hərəkət 
edən buzlaqların monitorinqi (daimi müşahidəsi) üçün kosmik şəkillərin 
əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.  
Distansion materialların tətbiqi qar uçqunlarını    dağ yamaclarında qar 
kütlələrinin qəflətən yerini dəyişməsi və ya uçmasını öyrənərkən qiymətli 
informasiya almağa imkan yaradır, çünki kosmik şəkillərdə, qar uçqunları baş 
verə bilən iri qaryığımı hövzələrini (karlar, troqlar,erozion dərələr,denudasion 
çökəkliklər və s.) ayırmaq və sərhədləndirmək, o cümlədən, onların formaları, 
ölçüləri, dərinliyi, səthin meyilliyi, bitki örtüyünün səciyyəsi haqqında lazımı 
məlumat almaq  mümkün olur. 
Kosmik informasiyadan istifadə nəticəsində ,xüsulikdən ümumiliyə doğru 
tədqiqatlarla səciyyələnən yerüstü və aerogeoloji işlərə, kosmik şəkillərin 
işlənilməsinə xas olan ümumilikdən xüsusiliyə doğru üsul əlavə olunur. Bu da 
müsbət nəticələrə  gətirib çıxarır və müxtəlif səhvlərin olması imkanlarını 
azaldır, lakin müasir (aerokosmik üsul) mühəndisi geoloji tədqiqatlardan 
ənənəvi aerofotoplanalma, aerovizual və yerüstü çöl işlərinin kompleksini 
istisna etmir. 
Distansion zondlama materiallarının tətbiqilə, sahənin geokrioloji 
şəraitinin öyrənilməsi və  xəritələnməsi landşaft üsuluna əsaslanır və o, 
şəkillərin xüsusi deşifrələnməsindən və deşifrələnmə 
nəticələrinin 
interpretasiyasından ibarətdir. Rusiyanın, Kanadanın  şimal rayonlarında və 
digər regionlarda daimi donma hadisələrinin və proseslərinin tədqiqat təcrübəsi 
göstərmişdir ki, geokriologiyada distansion zondlama materiallarının müxtəlif 
növlərinin tətbiqinə baxmayaraq, çoxzonalı kosmik fotoşəkillər xüsusilə 
effektlidir. 
MK-2 kamerası ilə alınmış çoxzonalı kosmik şəkillər yüksək informasiya 
imkanlarına malik olub, kiçik-   və ortamiqyaslı daimi donma xəritələrinin 
tərtibi üçün yararlıdır.Qeyd etmək lazımdır ki, kosmik şəkillərin geokrioloji 
interpretasiya xüsusiyyəti deşifrələmə və hesablama üsullarının birgə tətbiqi ilə 
bağlıdır. Bu zaman landşaft deşifrələnməsinin nəticəsi, həm hesablama zamanı 
ilkin məlumatların alınması, həm də onun nəticələrinin qiymətləndirilməsi və 
korreksiyası üçün istifadə edilir. 
Hidrogeoloji tədqiqatlarda kosmik informasiyanın dəyəri ondan ibarətdir 
ki, distansion zondlama materialları tədqiqatçılara yeraltı suların dinamikasına 
təsir göstərə bilən struktur (plikatik və dizyunktiv) formaların yerini təyin 
etməkdə kömək edir. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə