Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə87/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   83   84   85   86   87   88   89   90   ...   128

248 
 
onların inkişafının təkamül sırasını qurmağa, fəallaşma dərəcəsini kəmiyyətcə 
qiymətləndirməyə imkan verir. Bu generalizasiya səviyyəli distansion material-
ların informasiyası ekzogen proseslərin (yamacda) inkişaf dinamikasını  əks 
etdirən dəqiq mühəndisi geoloji xəritələrin tərtibi üçün istifadə olunur.Burada 
əsas deşifrələmə  əlaməti kimi - relyefin stereoskopik deşifrələmədən alınmış 
ekzogen formalarının konfiqurasiyası və onların ölçüləri qəbul edilir. Tanınajaq 
obyektlərin çox hissəsi differensiasiya olunmuş  əkslər olduğundan fotoşəkil-
lərin təsvirləri cüzi rol oynayır. 
 Nisbətən etibarsız əlamət foto  rəng çalar hesab edilir. Bu da ondan irəli 
gəlir ki, o kifayət dərəcədə fotoplanalmanın texniki şəraitindən, fəsillərdən, 
zaman və meteoroloji amillərdən asılıdır. 
Məsələn, sürüşmə prosesinin proqnozlaşdırılması müxtəlif üsullarla aparı-
lır, ona görə  də distansion zondlamanın tətbiq yolları  və üsullarının seçilməsi 
konkret tədqiqatın icra müddətindən və miqyasından asılıdır. 
Müddətsiz proqnozun məqsədinə geoloji şəraitin və konkret sahənin 
müxtəlif tipli və miqyaslı sürüşmə hadisəsinə meylliliyinə görə dərəcələnməsi 
aidddir. Burada proqnozun müvəqqəti aspekti olmur. 
Uzunmüddətli proqnozlaşdırma gələcəkdə baş vermə ehtimalı olan 
sürüşmənin tipini və yerini, hətta sürüşmənin uzunmüddətli orta təkrarlığını 
təyin etməyə imkan verir. 
Qısamüddətli proqnoz sürüşmə prosesi başlayana qədər onun yerini, 
ölçülərini və fəallaşma dövrünü müəyyən hüdüdda (saat, gün, həftə, ay, hətta il) 
ehtimal etməyə qadirdir. Sürüşmə proseslərinin proqnozlaşdırılmasının göstəri-
lən növlərinin elementləri müxtəlif miqyaslı işlərdə əks etdirilə bilər. 
Uzunmüddətli ortamiqyaslı sürüşmələrin proqnozlaşdırılmasında distan-
sion planalma materiallarının istifadəsini, Dağlıq Dağıstanın sürüşmə hadisələri 
timsalında göstərmək olar. Burada kompleks deşifrələmə  nəticələrinə görə, 
antiqafqaz istiqamətli lineamentlərə  Andiya, Samur-Arqun, Avar-Sulak  və 
Subqafqaz istiqamətli lineamentlərə  Əhəngdaşlı  və  Şistli Dağıstan  əyalətlərini 
ayıran Sərhəd lineamentinə meyl edən, seysmik mənşəli çoxlu miqdarda 
fayqırılmaları qeydə alınmışdır. 
Dəqiq sürüşmə proqnozlaşdırılmasında məqsəd konkret yamacın sürüşmə 
təhlükəsinin təyinidir. Distansion zondlama materiallarından daha çox proqnoz 
işlərinin ilkin mərhələsində istifadə edilir. Çünki kifayət qədər böyük sahələr-
dəki mühəndisi geoloji şəraitin xüsusiyyətləri haqqında informasiya almaq 
vacibdir. 
Əgər ortamiqyaslı və dəqiq sürüşmə proqnozlaşdırılması distansion zond-
lamanın köməyi ilə yaxşı  işlənmiş  və  təcrübədə  tətbiq edilmişdirsə, onda 
sürüşmələrin qısamüddətli proqnozlaşdırılması haqqında yalnız bu sahədə 
kosmik informasiyanın tətbiq imkanları  və perspektivliyi nöqteyi nəzərdən 
danışmaq olar. 


249 
 
Mühəndisi geoloji şəraitin proqnozlaşdırılması  və qiymətlən dirilməsi 
zamanı müxtəlif miqyaslı kosmik şəkillərin təhlili dövründə  təyin edilmiş 
struktur tektonik amillərin rolu böyük əhəmiyyətə malikdir. Bu işlərin 
nəticəsində  məlum pozulmaların (lineamentlərin) və ya qırılmaların gizli 
davamı  aşkar edilir, fəallaşmış  qırılmalar müəyyənləşdirilir, yerüstü tədqiqat-
larda çətin aşkar edilən eninə və ya diaqonal pozulmalar (lineamentlər) deşifrə-
lənir, yer qabığının qədim və müasir sıxılma və dartılma sahələri qeydə alınır, 
endogen və ekzogen proseslərin  əlaqəsi tam aydınlaşdırılır, seysmik amillərin 
sürüşmə  və uçqunların inkişafına təsiri dəqiqləşdirilir, kontinental yamajların 
sualtı hissəsinin relyefi və  dərinliyi  təyin edilir. Alınmış  nəticələr dərinlik 
geofizikası  və seysmik tədqiqatların məlumatlarını  şərh etmək üçün əsas olur 
ki, bu da mühəndisi-geoloji xəritələməyə  və rayonlaşdırmaya yeni keyfiyyət 
verir. Buna misal, Şimali Qafqazda Ardon çayı dərəsinin yamajlarının mühən-
disi geoloji şəraitinin inkişafına struktur tektonik amilin təsirinin öyrənilməsini 
göstərmək olar. Burada müxtəlif miqyaslı distansion zondlama materiallarının 
kompleks deşifrələnməsi ortoqonal və diaqonal sistemli lineamentlərin möv-
cudluğunu aşkar etdi. Suben dairəsi istiqamətinin üstünlük təşkil etdiyi 
pozulmalarla əksəriyyəti pozulmalara nisbətən bucaq altında uzanan lineament-
lər arasındakı disharmonik münasibət çox aydın görünür ki, onlar da burada 
kəsişmə  və ya şaxələnmə düyünləri  əmələ  gətirir. Məhz, pozulmaların və 
lineamentlərin kəsişməsindən  əmələ  gəlmiş sahələrdə, Ardon çayı  dərəsinin 
yamaclarında ekzogen geoloji proseslərin müxtəlif formaları (Dallaqkau 
sürüşmə massivi), uçurun-töküntü yığımı, (Tib qəsəbəsi rayonunda), sel 
təhlükəli hövzənin sərhədləri (Kasaykomdonda) inkişaf etmişdir. Ayrı-ayrı 
lineamentlər və onların ahəngi həm öz aralarında, həm də  qırılmalarla, 
qırılmaların divarlarının və iri sürüşmə kütləsinin daxili quruluşunun 
elementlərinə nəzarət edir (şəkil 104). 
Təyin edilmiş münasibət, yer qabığının dərinlik pozulmaları  və linea-
mentləri formasında əks olunan müasir geoloji fəallığın olmasını sübut etməklə, 
uçurumların və sürüşmələrin Arkanzasın şimal-qərb hissəsində və Göyçayətrafı 
rayonu sahəsinin kosmik şəkillərində deşifrələnmiş lineament zonalarına meyl 
etməsi haqqında olan məlumatları təsdiq edir. 


250 
 
 
Şəkil 104. Seysk (Şimali  Qafqaz)  sürüşmə  massivinin daxili  quruluşunun  
qopmuş hissəsinin  divarının  və  elementlərinin  qırılma-lineament  nəzarəti. 
Çökünttülər:  1 – proterozoy,  2 – paleozoy,  3 – mezozoy;  süxurlar:  4 – qranitlər,  5 – 
qranodioritlər; strukturların  və  yamacların  quruluşunun  elementləri:  6 – qırılmalar,  7 – 
lineamentlər,  8 – gətirmə  konusları,  9 - uçurum-töküntü yığımı,  10-11 – sürüşmə  hissəsinin 
divarları  (10 - əsas,  11 - əlavə),  12 – ayrı-ayrı  blokvarı  sürüşmələr. 
 
Yer qabığının lineament şəklinin mühəndisi geoloji interpetasiyasının  
məqsədəuyğunluğunu və effektivliyini artırmaq məqsədi ilə, yeni geoloji 
istiqamət çərçivəsində mühəndisi geodinamik və lineament tektonikası 
elmlərinin təmasında, mühəndisi geoloji şəraitin formalaşmasında yeni 
mühəndisi lineamentologiya elmində lineamentlərin struktur tektonik rolunu 
araşdırmaq təklif olunmuşdur ki,bu da lineamentlərin və lineament sistem-
lərinin yer qabığının təkamülündəki rolu və  əhəmiyyətinin təhlili  əsasında 
geoloji proseslərin inkişafının məkanı qanunauyğunluğunu öyrənməyə xidmət 
edir. Kosmik informasiya ətraf mühütin qorunması (ekologiya) üçün böyük 
əhəmiyyət kəsb edir. Bu informasiya, xüsusilə, mühəndisi mühafizə, yuyulma 
və  şoranlaşma sahələrini öyrənərkən mənimsənilən  ərazilərin təsərrüfat üçün 
səmərəli istifadəsilə bağlı  işlərdə qarşısı tutulmuş göllərin, bataqlıqlaşmış 
sahələrin, uçqun təhlükəsi olan rayonların tədqiqatı zamanı, təbii mühitin 
dəyişməsini sənədləşdirərkən və  təhlil edərkən, məsələn, Baykal-Amur 
magistralı, Baş-Qaraqum kanalı kimi iri obyektlərin tikintisilə  əlaqədar və 
yaxud çay axımlarının yerini dəyişməsi, iri su ambarlarının yaradılması, 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə