Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə86/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   82   83   84   85   86   87   88   89   ...   128

245 
 
 
 
Şəkil 103.
 
Ortamiqyaslı KŞ-n deşifrələnmə nəticələrinə görə
 
Cənubi Kamçatka  
vulkanotektonik  strukturunun  sxemi.  B.V.Yojov  və  S.Y.Apreskova  görə. 
Çöküntülər: 1–mezozoy, 2–vulkanitlər və vulkanogen-çökmə (P
3
), 3- vulkanitlər (N
1
), 4- vul-
kanitlər (N
1

–N
2
); strukturun  elementləri: 5–aşınmış kalderalar və vulkanların yamacları (N
2
-
Q
1
), 6–dördüncü dövr stratovulkanlar, 7- kövrək (boş) çöküntülər, 8–areal vukkanizmin  
təzahürü, 9–subvulkanik gövdələr, 10–qranitoidlərin intruziyaları (N
1
), 11–qırılma  
pozulmaları,  12 – dördüncü  dövr  vulkanotektonik  depressiyaların  sərhədləri. 
 
Qlobal miqyasda bu materiallar, bir tərəfdən strukturların forma-laşma-
sında, yer qabığının maddi tərkibini və geoloji tarix boyu yer kürəsi səthinin 
coğrafi xüsusiyyətlərinin öyrənilməsində vulkanizmin rolu, digər tərəfdən isə 
Yerin müasir qlobal tektonik fəal qurşaqlarının axtarışı  və  aşkar edilməsində 
nadir materiallardır. Yeni müqayisəli planetologiya elminin inkişafı ilə əlaqədar 
olaraq, son zamanlar fəal yer vulkanizmi proseslərinin tədqiqi daha böyük 
aktuallıq kəsb edir.  
Kosmik vasitələrlə alınmış külli miqdarda materiallar Günəş sisteminin 
bir çox planetlərində, o cümlədən Marsda, Ayda, Ve-nerada Yerdəkinə oxşar 
vulkanik proses izlərinin və yaxud Yupiterin peyki İoda müasir vulkanizm 
fəaliyyətinin olmasını sübut etdi. 
Hazırda vulkanik hadisələri və strukturları öyrənmək üçün, müxtəlif 
meteoroloji peyk sistemlərindən, təbii ehtiyatları  tədqiq etmək üçün Yerin 


246 
 
xüsusi süni peyklərindən («Lendsat»və «Meteor») alınmış kosmik təsvirlərdən 
və həmçinin orbital stansiyalarda və idarə olunan kosmik gəmilərdə qurulmuş 
cihazlarla alınmış kosmik şəkillərdən istifadə edirlər. Bundan əlavə, kosmo-
navtlar tərəfindən xüsusi hazırlanmış proqram üzrə aparılan kosmovizual 
müşahidələrdən də istifadə olunur. 
 
12.4. Mühəndisi-geoloji və hidrogeoloji tədqiqatlar 
 
Mühəndisi geoloji tədqiqatlarda aero və kosmik informasiyanın artan 
əhəmiyyəti haqqında bir çox xarici alimlərin (V.K.Kuçaya, A.L.Revzon, 
A.V.Sadov, V.S.Fedorenko və s.)  işlərində qeyd edilmişdir. 
Toplanmış məlumatların nəticələrinə əsasən aşağıdakı mühəndisi geoloji 
məsələlərin həllində kosmik şəkillərin tətbiqinin zəruriliyi aydın olur: 
l.  Ərazinin fəal xalq təsərrüfatı istifadəsində olan sahələrində yaradılan 
ərazi sənaye komplekslərinin mühəndis geoloji şəraitinin qiymətləndirilməsi və 
proqnozu. 
2. Mühəndisi mühafizə  və  ərazinin səmərəli istifadəsi ilə  əlaqədar  ətraf 
mühitin qorunması. 
3. Ekstremal şəraitdə sürüşmələrin, uçqunların, sellərin, sahillərin yuyul-
masının və s. fəallaşmasının vaxtında proqnozlaşdırılması məqsədi ilə rayonlar-
da meteohidrogeoloji vəziyyətin sistematik (rejim) və fövqəladə müşahidəsi. 
Aero və kosmik şəkillərdə özünəməxsus əksetdirmə kimi alınan mühən-
disi geoloji şərait eyniadlı xəritələmənin obyekti rolunu oynadığına görə, aero  
və kosmik şəkillərin deşifrəsi süxurların mühəndisi geoloji formasiyasının 
yayılması sərhədləri və onların struktur tektonik əsaslandırılması ana süxurların 
litoloji stratiqrafik formasiya komplekslərinin yayılma sahələrini təyin etmək və 
sərhədləndirmək, onların qarşılıqlı  əlaqələrinin səciyyəsini aşkar etmək, ekzo-
gen geoloji proseslərin inkişafında sahəvi qanunauyğunluqları aydınlaşdırmaq 
və mühəndisi geoloji şəraitin formalaşmasında struktur tektonik amilin rolunu 
başqa üsullara nisbətən, daha dərinlikdə qiymətləndirmək haqqında məlumat 
almağa imkan yaradır. 
İndi də təbii mühitə və insanın təsərrüfat fəaliyyətinə kifayət qədər  təsir 
göstərən, mühəndisi geoloji şəraitin daha dinamik elementlərindən biri 
olduğuna görə, ekzogen geoloji proseslərin öyrənilməsində kosmik şəkillərin 
(KS) tətbiqinə baxaq. 
Ekzogen geoloji proseslərin öyrənilməsinin  əsas məqsədi, onların zonal 
və regional qanunauyğunluqlarının aşkarı; onların dinamikasının, fəallığının, 
intensivliyinin tədqiqatı və həmçinin insanın mühəndisi təsərrüfat fəaliyyəti ilə 
bağlı olan obyektlərə təsirinin qiymətləndirilməsindən ibarətdir. Digər üsullarla 
həlli mümkün olmayan bu məsələlərin yerinə yetirilməsində müxtəlif dərəcəli 
dəqiqlik və generalizasiyalı (lokal, regional və hətta qlobal) ekzogen proseslər 


247 
 
haqqında obyektiv və operativ informasiyaların alınmasının təmin edilməsində 
məhz distansion üsul (DÜ) əsas rol oynayır. 
Qlobal səviyyəli generalizasiyaya malik şəkillərdə,  ekzogen proseslərin 
inkişafı üstünlük təşkil edən iri əyalətlər (akkumulyativ, denudasion və qravita-
sion) və paragenetik assosiasiyaların əsas qrupu ayrılır. Burada əsas deşifrələn-
mə əlaməti təsvirlərin rəngçalarıdır. 
Regional səviyyəli kosmik şəkillərdə müxtəlif dərəcəli morfostrukturlar 
(plato, dağ silsilələri, dağarası çökəkliklər, çalalar, dairəvi çökəkliklər) və 
onların elementləri (tağlar, qanadlar, əyilmə sahələri) ayrılır. Onların, ekzogen 
proseslərin genetik tipləri ilə  əlaqəsi təyin edilir. Bu isə onların özünəməxsus 
indikatorlarıdır. Bu səviyyəli generalizasiyaya malik kosmik şəkillərdən alınmış 
informasiya, ekzogen proseslərin tiplərə ayrılması  və onların yayılmasının 
ümümi xəritəsinin tərtibi zamanı istifadə edilir. Burada əsas de-şifrələnmə 
əlamətləri olan ekzogen proseslərin rəsmi fototəsvirlərdə böyük rol oynayır. 
Lokal səviyyəli yüksəklik və kosmik şəkillər əsas morfoskulptur tiplərin 
(eroziya, sürüşmələr, uçurum töküntülər və s.) aşkar edilməsinə, ekzogen 
proseslərin genetik tiplərinin yayılma xüsusiyyətlərinin öyrənmlməsi üçün 
lazımi informasiyaların alınmasına, müxtəlif formaların yaş generasiyasının 
təyin edilməsinə, geoloji süxur komplekslərinin və onların litoloji tərkiblərinin 
deşifrələnməsinə imkan yaradır. 
Deşifrələnmənin nəticələri, ekzogen proseslərin hazırkı  vəziyyətinin və 
şəraitinin xüsusi xəritələrinin tərtib edilməsi, kəmiyyət göstərijiləri  əsasında 
onların yaranma intensivliyinə görə  ərazinin rayonlaşdırılması  və başqa 
məqsədlər üçün istifadə edilir. 
Bu səviyyəli şəkillərdə deşifrələmə əlaməti kimi obyektin kon-fiqurasiya-
sının rolu azalır, lakin fototəsvirlərin rəsmlərinin rolu artır. Belə ki, relyefin bir 
çox formaları: təpəciklər, boşqab və qıfformalı çökəkliklər, çay yataqları və s.   
müxtəlif formalı zolaqlıqlar, fototəsvirlərin ləkəli və  dənəli rəsmlərini  əmələ 
gətirərək, kosmik şəkillərdə inteqral ifadə formalarını alır. Rəsmin böyüməsi ilə 
təsvirin rəngçalarının rolu da artır. 
Xatırlamaq lazımdır ki, təsvirin rəsmi və  rəngçalarına görə relyefin 
ekzogen formalarının tanınması zamanı, adətən stereoskopik şəkillərin istifadə-
sinə nisbətən, kifayət qədər böyük miqdarda səhvlər ortaya çıxır. 
Bu səhvlərdən yayınmaq üçün geomorfoloji deşifrələnmənin dəqiqliyini 
artırmaq məqsədilə, kompleks landşaft indikatorlarının daha geniş istifadəsi və 
onların əsasında landşaftindikator sxeminin tərtibi məsləhət görülür. 
Dəqiq səviyyəli generalizasiyaya malik aerokosmik şəkillərdə relyef 
formalarının və onun elementlərinin morfologiyasının xüsusiyyətləri və 
morfometriyası  aşkar edilir ki, bu da ekzogen proseslərin mənbələrini nəinki 
xəritələməyə və dəqiq öyrənməyə, hətta onların ayrı-ayrı geomorfoloji, geoloji-
litoloji və hidrogeoloji şəraitləri ilə  əlaqəsini aydınlaşdırmağa imkan yaradır. 
Bu da öz növbəsində, ekzogen proseslərin inkişaf mərhələlərini təyin etməyə, 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə