Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə82/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   78   79   80   81   82   83   84   85   ...   128

234 
 
alınmışdır. Keçmiş sovet geoloqları  tərəfindən Ayın və Marsın tərtib edilmiş 
kiçikmiqyaslı tektonik xəritəsi nəşr olunmuşdur,Venera planetinin tektonik 
xəritəsini  tərtib etmək üçün isə işlər aparılır. 
PAS-ın köməyi ilə toplanmış materialların təhlili planet kütlələrinin 
tektonikasında bəzi mühüm ümumi qanunauyğunluqları  təyin etməyə imkan 
yaratmışdır (şəkil 99). Aşkar edilmişdir ki, onların hamısına, qabığın tərkibi, 
qalınlığı  və quruluşunun müxtəlifliyi ilə  şərtlənən asimmetriya xasdır. Bütün 
planetlərdə müxtəlif kinematikalı  və  dərəcəli qırılma pozulmaları qeydə 
alınmışdır ki, onların da əksəriyyətində riftogenez prosesinin olması  təsdiq 
edilmiş, bəzilərində isə seysmikliyin nişanələri aşkar olunmuşdur. 
 
Şəkil 99. Yer qrupu planetlərinin və Ayın tektonik xəritəsi. U.Q.Kats, V.V.Kozlov,  
E.D.Sulidi-Kondramyevə  görə. 
Qitələr: 1–qədim nüvələr, 2–plitələr, 3–orogen qurşaqlar, 4–mikroqitələr, 5–talassoid və  
subtalassoidlər;  okeanlar:  6 – okean  plitələri,  7-  okeanların  xarici  hissəsi,  8 – riftlər;  
keçid  zonaları:  9 – kordilyerlər,  10 -  qitə  və  dənizlərin  sərhədləri. 
 
Planetlərin kosmik planalma materialları onların tektonik rayon-laşdırıl-
masına imkan  yaratmışdır.    Bu  isə müxtəlif quruluşlu qabıqların ayrılmasına 
əsaslanmışdır. Demək olar ki, yer qrupu planetlərinin hamısında kontinental, 
okeanik və keçid tektogenez vilayətləri ayrılır. 
Kontinental tektogenez vilayətlər.Planetlərdə bu tip vilayətlər, kosmik 
şəkillərdə qırılmalar, dağ silsilələri, təpəciklər və çökəkliklərlə mürəkkəbləşmiş 


235 
 
planet qabığının mürəkkəb quruluşlu qalxmış sahələri kimi ayrılır.Burada 
talassoidlər və subtalassoidlər, tağ qalxımları, Venerada isə qırışıqlıq qurşaqları 
ayrılır. 
Talassoidlər – kordilyerlərlə  əhatə olunmuş iri materikdaxili və  kənar 
çökəkliklərdir. Marsda olan talassoidlərə misal olaraq, iri (1600 km-ə  qədər) 
Ellada çökəkliyi tipli strukturu göstərmək olar. 
Bu çökəkliyin dibi Mars səthinin sıfır səviyyəsindən 3-4 km aşağı 
düşmüşdür. Qravimetrik məlumatlara görə, bu çökəklikdə  ağırlıq qüvvəsi 
anomaliyası və planet qabığının qalınlığının azalması qeydə alınmışdır. 
Subtalassoidlər öz quruluşuna görə talassoidlərə çox yaxın olub, onlardan 
kiçik həcmi (400-500 km-ə qədər), düzgün dairəvi forması və bəzən kordilyer-
lərin olmaması ilə fərqlənir. Talassoidlərin və subtalassoidlərin genezisi hələ də 
tam məlum deyildir. Bəzi tədqiqatçılar onların əmələ gəlməsini asteroid həcmli 
meteoridlərin (planetozimaleyaların) düşməsi ilə izah edirlər. Tağ qalxımları, 
Marsın quruluşunun əsas xüsusiyyətlərindəndir. Onlar bəzi regionlarda nisbətən 
cavan  əmələgəlmələr olduğuna görə, qədim strukturların yenidən qurulmasına 
gətirib çıxarmışlar. Marsda olan Farsida və Eliziy tağ qalxımları ilə iri qalxan 
vulkanları (Olimp, Aksriy və s.) əlaqədardır. 
Qırışıqlıq dislokasiyalar hələlik yalnız Venera planetində qeydə alınmış-
dır. Burada, radiolokasiya təsvirlərilə keçmiş Sovet alimləri aşağıdakı tektonik 
formaları ayırmışlar: xətti dislokasiya qurşaqları, qırışıqlıq-qırılma dislokasiya-
ları, sahəvi plastik deformasiya, vulkan-tektonik halqavarı strukturlar (ovoid-
lər). 
Okeanik tektogenez vilayətləri özünü relyefdə, qonşu materiklərlə müqa-
yisədə bir neçə km aşağı düşmüş, nisbətən düz depressiyalar kimi büruzə verir. 
Onlar cavan səthlər olduğundan, əhatə olunduğu materiklərə nisbətən xeyli zəif 
kraterləşmişdir. Bəzi planetlərin okeanik düzənliklərində, məsələn, Marsda və 
Ayda (qalxmış, intensiv kraterləşmiş  təpəciklər sahəsi formalı) mikroqitələr 
ayrılır. 
Onlar, hər tərəfdən qırılma pozulmaları ilə əhatə olunmuş qalxmış bloklar 
hesab olunur. Müxtəlif istiqamətli qırılma pozulmları planetlərin bazalt 
səthlərini müxtəlif səmtlərdə kəsir. 
Keçid tektogenez vilayətləri planet qabığının materik-okean sərhədində 
yerləşmiş  və okean əmələgəlmə proseslərinə  cəlb olunmuş sahələrdir. Onlar 
tektonik cəhətdən daha çox pozulmuşdur. Burada, kontinental vilayətin kənarı 
boyu qırılmaların yüksək konsentrasiyası, çoxlu miqdarda qırılıb-düşmə 
pillələri deşifrələnir. 
Keçid tipli strukturlara kordilyerlər – maierikdaxili çökəkliklərin daxili 
perimetri üzrə yerləşən blok qalxımları aiddir.Kordilyerlərin çökəkliklərlə 
təması qırılmalar boyu keçir. 
Qırılma pozulmaları planetlərdə  müxtəlif kinematika və uzunluqlara 
malik müxtəlif struktur formalarda rast gəlir. Onlar daha dəqiq Mars planetində 


236 
 
öyrənilmişdir. Bu planetin səthində V.V.Kozlov tərəfindən bir neçə  qırılmalar 
sistemi təsvir edilmiş  və öyrənilmişdir ki, onların da arasında qırılıb-düşmə, 
qırılıb-qalxma, yerdəyişmə  və naməlum təbiətli yerdəyişmə  qırılmaları qeyd 
edilir. Kosmik şəkillərin təhlili göstərmişdir ki, riftogenez bəzi planetlərdə 
(Mars, Venera, Ay) kifayət qədər geniş yayılmışdır. Riftlər kəskin pillələrlə 
hüdudlanan dərin qrabenəbənzər çökəkliklərdir. Mars planetinin rift sistemi 
daha yaxşı öyrənilmişdir (Farsida qalxımının şərq yamacında yerləşən Mariner 
dərəsi). Bu rift en dairəsi istiqamətində təxminən 4000 km uzanır. Sistemin eni 
500 km-ə çatır, dərinliyi isə 4-5 km qeyd olunur. Bu rift sisteminin təhlili onun 
yerdəki riftlərə çox oxşar olduğunu təsdiq edir. 
Tektonik asimmetriya Yer və yer qrupu planetlərinin səciyyəvi xüsusiy-
yətidir. Yerə tektonik asimmetriyanı Sakit okean–Antraktidanın, Avstraliyanın, 
Asiyanın, Şimali və Cənubi Ameri-kanın qırışıqlıq sistemləri ilə əhatə olunmuş, 
orta dərinliyi 4 km-ə çatan çökəklik verir. Sakit okean dairəsinin mövcudluğu 
Yerə strukutur qeyri-bircinslilik verir. Belə struktur qeyri-bircinslilik Marsda 
(böyük Şimal düzənliyi), Ayda (Fırtınalar Okeanı), Merkuridə (Kaloris çökək-
liyi) qeyd olunur ki,bu da planet səthinin 1/3-ni təşkil edir. Planetlərdəki 
asimmetriya problemi haqqında mövcud mülahizələrdən birini rotasiya hərə-
kətilə əlaqələndirirlər. 
Planetlərin tektonikasının öyrənilməsi Günəş sisteminin inkişaf qanuna-
uyğunluğu və Yerin inkişafının ilkin mərhələsini təyin etmək üçün zəruridir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə