Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə80/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   76   77   78   79   80   81   82   83   ...   128

229 
 
Lokal generalizasiya səviyyəli kosmik şəkillərdə  sərbəst deşifrə olunan 
obyektlər kimi, tam ayrılması, əksər hallarda relyefin parçalanma dərəcəsindən 
asılı olan maddi komplekslər və səciyyəvi struktur assosiasiyalar çıxış edir: orta 
dağlıq  şəraitdə deşifrə  obyektləri sahənin kifayət qədər böyük hissəsində, 
alpinotip relyef rayonlarında isə ayrı-ayrı sahələrdə ayrılır. 
Qırışıqlıq sahələrdə, maddi komplekslərin sərhədlərinin yerdəyişməsinin 
rəngçaları və təsvir rəsminin kəskin dəyişməsi dəqiq əks olunduğuna görə xətti 
strukturlar yaxşı  aşkar olunur və  xəritələnir. Maddi və struktur komplekslər 
daxilində qırılmalar və çatlar əmələ gətirən xətti strukturlar, relyefdə onlara aid 
edilən şırım və pillə əmələgəlmələri, hidroşəbəkənin düzxətli kəsimləri və bitki 
örtüyünün kəskin dəyişməsi ilə seçilir. 
Lokal kosmik şəkillərdə ayrılan halqavarı strukturlar ya tac neotektonik 
qalxımlar, ya yer səthinə yaxın açılmamış intruzivlərin  əksi, ya da orogen 
sahələrdə vulkanotektonik strukturlar kimi interpretasiya olunur. 
Beləliklə, orogen sahələrin müxtəlif miqyaslı kosmik şəkillərinin 
deşifrələnməsi aşağıdakı əsas məsələləri həll etməyə imkan verir: 
- planalmanın  ənənəvi üsulları ilə  təyin edilməmiş,  əvvəllər araş-
dırılmamış  əsas struktur elementlərin təmas zonalarını  və iri köndələn və ya 
diaqonal (transorogen) xətti strukturları  aşkar etməklə, orogen sahələrin 
regional strukturlarının xüsusiyyətlərini və ümumi cəhətlərini təyin etmək; 
- özülün qalxmış  və enmiş sahələrini aşkar etmək, maqmatik kütlələrin 
yerləşmə qanunauyğunluqlarını müəyyən etmək və dərinlik qırılma zonalarının 
istiqamətini təyin etməklə, dərinlik geoloji quruluşun elementlərini araşdırmaq; 
 - süxur kütlələrinin iri horizontal yerdəyişmələri ilə  əlaqədar olan 
pozulma strukturlarını (regional üstəgəlmələr və şaryaclar) aşkar etmək; 
  -filizləşmənin yerləşməsinə  nəzarət edən və yüksək məsuliyyətli tikinti 
obyektləri zonasında (yüksək dağ sahələrində bəndlər və su ambarları, traslar, 
yollar, neft,qaz və su kəmərləri və s.) müasir endogen (seysmiklik, vulkan 
püskürməsi) və ekzogen (sürüşmələr, uçqunlar, sellər) geoloji proseslərin 
inkişafını müəyyən edən struktur amillərin tətbiqi əhəmiyyətini öyrənmək. 
Kontinental və regional generalizasiya səviyyəli kosmik şəkillərdə 
vulkanik qurşaqlar fototəsvir xüsusiyyətlərinə görə  dəqiq sərhədlənir. Qeyd 
etmək lazımdır ki, onların sərhədləri qırılmalarla üst-üstə düşdükdə daha dəqiq 
görünür. 
Kontinental və regional generalizasiya səviyyəli kosmik şəkillərdə  xətti 
strukturlar adətən iki tip dərinlik pozulmalarına uyğun gəlir: vulkanik 
qurşaqların uzanmasına və  eninə paralel. 
Kontinental və regional kosmik şəkillərdə sahəvi obyektlər qədim özülün 
qalxmasını əks etdirir. 
Diametri 100 km və daha çox olan iri halqavarı strukturlar kontinental və 
regional generalizasiya səviyyəli kosmik şəkillərdə dəqiq deşifrə olunur və çox 
vaxt vulkanik qurşaqlardan kənara çıxır. 


230 
 
Lokal kosmik şəkillərdə qırılmaların ümumi şəbəkəsi və vulkanik mənşəli 
halqavarı strukturlarla əlaqədar olan böyük miqdarda xətti strukturlar deşifrə 
olunur. 
Lokal kosmik şəkillərdə bozumtul rəngili ayrı-ayrı vulkantektonik depres-
siyalar, qrabenlər, üstəgəlmə çökmələri və  həmçinin subvulkanik kütlələr, 
səciyyəvi ensiz zolaq şəkilli vulkanogen çökmə komplekslərdən təşkil tapmış 
sahələr, cavan bazalt plato sahəsi və iqnimbritlərdən təşkil olunmuş depres-
siyalar sahəvi obyektlər kimi ayrılır. 
Kosmik  şəkillərin köməyilə vulkanik qurşaqların öyrənilməsi zamanı 
mühüm tektonik məsələ – eninə, uzununa və diaqonal xətti strukturların 
interpretasiyası; müxtəlif miqyaslı halqavarı strukturların aşkarı və öyrənilməsi; 
lineamentlərlə halqavarı strukturlar arasındakı  fəzavi və genetik əlaqələrin 
təyini; maqma daşıyan kanalların əsas zonalarının ayrılması və tektonik əsasda  
maqmatik ocaqların sahəvi yerləşmə qanunauyğunluqlarının qiymətləndirilməsi 
problemidir. 
İri geotektonik zonaların birləşmə zonalarının- öyrənilməsində kosmik 
informasiyanın tətbiqi, hazırda prinsipial əhəmiyyətə malikdir,yəni alınmış yeni 
nəticələr yaranmış təsəvvürü  kəskin dəyişir. Məsələn, Avraziya və Hondvana 
platformalarının birləşməsinin Aralıq dənizi dağ  qırışıqlıq qurşağı  kəsimində  
yenidən bərpasını (rekonstruksiyasını) göstərmək olar. Kosmik şəkillərin deşif-
rələnməsinin nəticələrinə  əsasən tərtib edilmiş birləşmə sxemi, ümumiyyətlə 
diaqonal (şimal-qərb və şimal-şərq) və ortoqonal (submeridional  və suben dai-
rəsi) lineamentlərin qanunauyğun uyğunlaşması ilə  səciyyələnir. Lineament-
lərin istiqaməti və onların dinamik yayılması  aşağıdakılarla sıx bağlıdır: dia-
qonal sıxılma (suben dairəsi) və dartılma (submeridional) zonaları. Diaqonal 
qopmalar Avrasiya platformasının Hondvana qurusu ilə pazşəkilli birləşmə 
zonalarını göstərir, bununla belə, pazlar mantiya ilə əlaqəli seysmik mənbələrə 
malikdir; suben dairəsi istiqamətli qırılıb-qalxmalar və üstəgəlmələr, həmin 
səmtli Aralıq dənizi qırışıqlıq qurşağını, submeridional qırılmalar isə onların 
eninə tektonik zonallığını şərtləndirir. Bütövlükdə, öyrənilən zonanın lineament 
şəkli yer qabığının romb şəkilli dərinlik bölgülərini aşkar edir. Bunun  birbaşa 
struktur-morfoloji  əlaməti, platformalara nüfuz etmiş Kipr, Kuşka,  Şimali- 
Ərəbistan, Şimali-Hindistan və pazabənzər məhdudlaşdırıcı zonaların olmasıdır 
(şəkil 97). 
Əsas geodinamik rol submeridional və  şimal-şərq istiqamətli lineament-
lərə məxsusdur. Bunlara misal olaraq, alp Aralıq dənizi struktur qurşağı altında 
dəqiq izlənilən və qonşu platformalarda davam edən, o cümlədən özünün 
Avraziya və Hondvana platformalarını sanki “tikən” Kipr- Cənubi-Ural, Pal-
mir-Abşeron, Ural-Oman və s. lineamentləri göstərmək olar. 
Beləliklə, Avraziya və Hondvana platformalarının birləşmə zonalarının 
kosmik şəkillərlə öyrənilməsi, adları çəkilən platformalar arasındakı sıx geodi-


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə