Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə81/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   77   78   79   80   81   82   83   84   ...   128

231 
 
namik əlaqəni və yer qabığında rombşəkilli dərinlik bölgülərinin olmasını aşkar 
edir. 
Kontinental səviyyəli generalizasiyaya malik kosmik şəkillərin deşifrə-
lənmə nəticələrinin təhlili göstərir ki, planetar lineamentlər və onların zonaları 
və ya qurşaqları bu və ya digər meqa  və makrorelyef formalarının paylan-
masında, o cümlədən, qitə,okean sərhədlərinin ayrılmasında böyük rol oynayır.
 
63-cü şəkildən aydın görünür ki, bir çox qitələrin düzxətli sahillərinin olması, 
məsələn, Cənubi Amerikanın Sakit okean (Çili), Afrikanın cənub-şərq (Hind 
okeanı) sahilləri və s.  onların uzanma istiqamətindəki lineament və lineament 
sistemləri ilə nəzarət edir. 
 
Şəkil  97. Avraziya və Hondvana platformalarının birləşmə zonalarının  
rekonstruksiyası: 
1–platformalar; 2–Aralıq dənizi qırışıqlıq qurşağı; 3–6 - lineamentlər və onların uzanma istiqamətləri: 3– 
submeridional, 4–suben, 5–şimal-şərq, 6–şimal-qərb; 7- lineamentlərlə  əmələ  gələn zolaqlar: 1–Cənubi  
Pannon, 2–Krım, 3–Cənubi Ural, 4- Qenuezck, 5- Şimalo İonik, 6–Krım, 7–Kipr, 8–Şimali Ərəbistan, 9–
Kuşka,  10 – Tarim,  11 – Liviya,  12 – Şimali  İndostan;  8-9 – qanadların  birləşmə  istiqaməti:  8 – 
şaquli,  9 – horizontal;  10 – sıxıcı  qüvvələrin  istiqaməti; 11 – submeridional  lineament  zonaları:  I – 
Pireney,  II – Alp,  III – Balkan,  IV – Krım,  V – Qafqaz,  VI – Kopetdağ,  VII – Himalay. 
 
Qitələrin dairəvi sahələri isə (məsələn, Meksika körfəzi və ya Şimal-
Qərbi Afrika rayonlarının) halqavarı strukturların sərhədlərinə uyğun gəlir.  
Qitələrin bir-birinə yaxınlaşdığı zonaların öyrənilməsində  tədqiqat-
çılardan çox böyük diqqət tələb edilir, çünki yer qabığının qitələrinin və okean 
dibinin müasir struktur planının inkişafında nəinki qitə ucqarlarını 
sərhədləndirən uzununa xətti strukturlar, hətta bu ucqarların uzanmasına əks və 


232 
 
diaqonal olan lineamentlər də böyük rol oynayır. Belə lineamentlər Çukotka-
Alyaska dairəsində qitə,okeana keçid zonasında izlənilir. Burada şimal-şərq və 
şimal-qərb istiqamətli lineamentlər  əksinə istiqamətlənərək (suben dairəsi 
istiqamətində) keçid zonasını hüdudlandırır. 
Qırılma pozulmalarının-öyrənilməsində kosmik informasiyanın istifadəsi 
Yerin müxtəlif geotektonik vilayətlərindəki (məsələn, qədim və cavan platfor-
malarda orogen və vulkanik qurşaqlarda və s.) dizyunktiv dislokasiyaların təyin 
edilməsinə  və s. imkan yaradır. Kosmik şəkillərin deşifrələnməsi və interpre-
tasiyası  nəticələrinin  ənənəvi mövcud geoloji xəritələrlə ilkin müqayisəsi, 
xüsusilə yeni aşkar edilmiş  xətti strukturların miqdarında özünü göstərən 
məlumatların həddən çox artmasına gətirib çıxarmışdır. Kosmik şəkillərdə 
ayrılmış lineament sistemlərinin təhlili, bir qayda olaraq, yeni kateqoriyalara 
aid edilir və əksər hallarda qədim komplekslərin strukturlarında özünü büruzə 
verən,fəallaşmış pozulma sistelərinə cavab verən, geoloji planalma prosesində 
qeydə alınmamış yeni, ayrı-ayrı pozulmaların və  hətta onların sistemlərinin 
təyin edilməsinə imkan verir. 
Kosmik şəkillərdə deşifrə olunmuş lineamentlərin öyrənilməsi və onların 
geoloji-geofiziki interpretasiyası V.İ.Makarova, L.İ.Solovyovaya yer qabığında 
kəsişən struktur planın; V.İ.Makarova, V.Q.Trifonova, Y.K.Şukinə yer qabığı-
nın səthəyaxın və dərinlik horizontlarında dishormonik struktur planın olmasını; 
A.E.Fyodorova Yerin coğrafi qütblərinə yönələn xətti pozulmaların loksodrom 
səciyyəsini göstərməyə; V.Y.Qonikberqə isə örtülü və ya çətin keçilən rayon-
larda tektonik gərginliyin yeni sahələrinin rekostruksiyası imkanını verdi. 
Kosmik  şəkillərlə  qırışıqlıq strukturların öyrənilməsi zamanı alınan 
məlumatların çoxu qırışıqlığa görə rayonlaşdırmaya aid edilir. Kosmik şəkillə-
rin fototəsvir xüsusiyyətlərinə  əsasən qırışıqlığın deformasiya gərginliyinə, 
uzanmasına, yerləşməsinə və s. parametrlərinə görə sahələr ayırmaq olur. 
Qırışıqların morfologiyasının daha dəqiq öyrənilməsi və onların tiplərinin 
aydınlaşdırılması yalnız uyğun deşifrələmə əlamətlərinin (stratiqrafik və struk-
tur-geoloji) mövcud olduğu halda aparıla bilər. Bunun üçün aşağıdakı  şərtlər 
vacibdir : 
a) fotostratiqrafik kəsilişin tərtib edilməsinə imkan verən yaxşı açlış; 
b) relyefin və rəngçalarının səciyyəsinə görə seçilən və fotomarkir hori-
zontunun olmasına imkan yaradan kəsilişin kifayət dərəcədə qalın laylara 
bölünməsi; 
v) qırışıqlığın ölçülərinin mümkün qədər böyük olması  və onların 
uzununa qırılmalara nisbətən zəif pozulması. 
Kosmik şəkillərin vasitəsilə geoloji və tektonik tədqiqatların miqyaslarını 
dəqiqləşdirməklə, nəinki pozulma dislokasiyalarının, hətta qırışıqlıq dislokasi-
yalarının da ayrılması  və öyrənilməsi üzrə  təcrübə  əldə etməklə, pozulma 
qırışıqlıq assosiasiyalarının və ya ansambllarının kompleks tədqiqinə imkan 
yarandı (şəkil 98). Kosmik informasiyanın tektonik tədqiqatlarda geniş tətbiqi 


233 
 
nəticəsində hazırki dövrə  qədər toplanmış geoloji,geofiziki materiallardan 
istifadə etməklə, deşifrələnmənin alınmış  nəticələrinin çoxplanlı kompleksləş-
dirilməsi və korrelyasiyası tələb olunur. 
Beləliklə, kosmik informasiya „bu günün tektonikası“ məsələlərinin 
həllində və „böyük tektonikanın“ suallarına cavab axtarılmasında geniş tətbiqini 
tapır ki, bu da gələcək tektonik tədqiqatlarda kosmik şəkillərin istifadəsinin 
genişləndirilməsini tələb edir. 
 
Şəkil 98. KŞ-in deşifrələmə nəticələrinə görə sağtərəfli horizontal yerdəyişmə-
nin qırılma-qırışıqlıq  assosiasiyasının işlənilməsinin  nümunəsi: 
a – horizontal yerdəyişmə  və üstəgəlmə-kiçik amplitudlu; b–qırışıqlıq yerdəyişmənin inkişafı 
qırışıqların  mürəkkəbləşməsinə,  əks  vergentlik  üstəgəlmələrinin  əmələ  gəlməsinə, eninə və  
uzununa  lineamentlərin  sıxlığınınb  çıxarır; c–qırışıq-yerdəyişmə  strukturlarının sonrakı  
mürəkkəbləşməsi diaqonal  üstəgəlmələr  yelpiyinin  inkişafına  gətirib  çıxarır; 
1–strariqrafik təmaslar; 2-4–qırılma pozulmaları: 2–müəyyən edilməmiş kinematika ilə,3–üstə-
gəlmə  və  əks faylar, 4-horizontal yerdəyişmə; 5–landşaftın KŞ-də deşifrələnmiş iri xətti  
elementləri, 6–yatım elementləri, 7- üst pleystosen çöküntülərinin inkişaf sahələri. 
 
11.2. Yer qrupu planetlərinin müqayisəli tektonik təhlili 
 
Belə  təhlil, xüsusən kosmik planalmanın yaranmasından sonra mümkün 
olmuşdur. Mars, Venera, Merkuri, Ay və digər planetlərin planetlərarası avto-
matik stansiyalarla (PAS) kosmik planalması onların tektonikasının öyrənil-
məsinə böyük imkanlar yaratdı. Hazırkı dövrdə PAS-ın köməyi ilə  bəzi yer 
qrupu planetlərinin tektonik xəritəsini tərtib etməyə imkan verən xeyli dəlillər 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə