Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə89/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   85   86   87   88   89   90   91   92   ...   128

253 
 
Hidrogeoloji tədqiqatlarda kosmik planalma materialları  aşağıdakı 
məsələlərin həllində öz tətbiqini tapa bilər: yeraltı suların regional yayılma 
qanunauyğunluqlarının öyrənilməsində; kiçik- və ortamiqyaslı hidrogeoloji 
xəritələmə  və rayonlaşdırmada; yerüstü və yeraltı axımların formalaşma 
şəraitinin tədqiqində, yeraltı  və yerüstü suların qarşılıqlı  əlaqəsinin 
qiymətləndirilməsində. 
Hazırda kosmik şəkillər çay vadilərinin qumlu massivlərində, qırılma 
pozulmalarının və süxurların yüksək çatlılığının sulu zonalarının, gətirmə 
konuslarının və karst inkişaf etmiş sahələrin yeraltı sularının ümumi və  dəqiq 
axtarışı zamanı istifadə edilir. 
Ümumi axtarışlar zamanı distansion zondlama materiallarından 
istifadə:1)landşaft indikasion xəritənin; 2)hidrogeoloji rayonlaşdırmanın xüsusi 
xəritələrinin; 3)yeraltı suların axtarışı üçün perspektiv sahələrin xəritələrinin; 
4)yeraltı suların dəqiq axtarışı üçün tövsiyələrin tərtib edilməsinə imkan verir 
Distansion zondlama materiallarının deşifrələnməsi dəqiq axtarış işlərinin 
mütləq elementlərindəndir, çünki deşifrələmə nəticəsində alınmış informasiya, 
axtarış zamanı istifadə olunan hidrogeoloji xəritələrin ümumi informativliyini 
artırır, yerüstü nöqtəvi və profil müşahidələrinin ərazidəki hidrogeoloji şəraitlə  
bağlanmasına və yerüstü işlərin aparılmasının daha effektiv planlaşdırılmasına 
imkan yaradır. 
Bu məsələlərin həllində əhəmiyyətli rolu, öyrənilən ərazidə əsas sahələri 
və regional profilləri səmərəli yerləşdirməyə imkan yaradan, distansion 
zondlama materiallarının çöl işlərinə başlamazdan  əvvəlki deşifrələnməsi 
oynayır. 
Landşaft fizionomik komponentlərin formalaşması xassəsinə  fəal təsir 
göstərən, yer səthinə yaxın yatan yeraltı suların hidroindikasiyası çox zaman 
bitki hidroindikatorların kök sisteminin dərinliyə getməsilə təyin edilir. Burada 
deşifrələmə nisbətən yaxşı  işlənmiş geobotanik, geomorfoloji və kompleks 
landşaft indikatorları sisteminə əsaslanır.  
Gök sistemi sərhəddindən aşağıda yerləşən və praktiki olaraq bitkilərə və 
ərazinin relyefinə  təsir göstərməyən yeraltı suların hidroindikasiyası, onların 
(yeraltı suların) minerallaşmasına və su balansına təsir göstərən atmosfer 
çöküntülərinin infiltrasiyasını qiymətləndirməyə əsaslanır. Belə qiymətləndirmə  
yerüstü axımların əhəmiyyətini artıran müvəqqəti su axımlarının infiltrasiyasına 
və onların  şəbəkəsinin sıxlaşmasına kömək edən relyefin mənfi formalarının 
aşkar edilməsi hesabına aparılır. Yer səthindən sukem çirməyən laylarla ayrılan 
təzyiqli suların hidroindikasiyası birbaşa deyil, dolayı yolla (distansion 
zondlama materiallarında ayrılmış tektonik strukturların çöküntülərin 
infiltrasiyasına və yerüstü axımın filtrasiyasına təsirinə görə) aparılır. 
Həm platforma, həm də  qırışıqlıq  əyalətlərin yeraltı sularının hərəkəti 
üçün, distansion zondlama materiallarında lineament və ya onların sistemləri 
kimi kifayət qədər dəqiqliklə ayrılan geoloji strukturların dizyunktiv elementləri 


254 
 
xüsusi əhəmiyyət kəsb edir. Qırılma pozulmalarının hidrogeoloji rolu  onlara iri 
yeraltı su çıxışlarının, yüksək sərfə malik quyuların, yeraltı sularla qidalanan 
yerüstü axımların aid edilməsi ilə müəyyən olunur. Həndəsi (uzunluğu, eni, 
uzanma azimutu), struktur (kinematika, amplitud), landşaft (bitki örtüyünün 
paylanması  və hidroşəbəkənin rəsmi) və deşifrələmə (foto rəng-çalar) 
əlamətlərinin kompleks təhlili hidrogeoloji məqsədlər üçün məlumatların 
alınmasına imkan yaradır. 
Bir sıra hallarda distansion zondlama materiallarının məlumatları əsasında 
qırılmaların və lineamentlərin fəzavi paylanmasının təhlili yeraltı su axımlarının 
qarşısının kəsilməsi və dərində yerləşən sulu komplekslərin (artezian hövzələri) 
yayılma sərhədlərinin dəqiqləşdirilməsinə imkan verir. 
Dizyunktiv pozulmaların hidrogeoloji rolunun qiymətləndirilməsi müasir 
geologiyanın  əhəmiyyətli, ümumi nəzəri problemi və praktiki məsələsidir. Bu 
məsələnin həllində, müasir geologiyanın bir çox sahələri üçün effektivliyi 
təsdiq olunmuş, dəqiq tətbiqini tapmış lineament yanaşması böyük rol oynama-
lıdır. Distansion zondlama materiallarının mövcud geoloji,geofiziki və digər 
məlumatlarla kompleks istifadəsi qırılma pozulmalarının sululuğunun qiymət-
ləndirilməsi üsulunun təkmilləşdirilməsi yollarının axtarışına kömək etməlidir. 
 
12.4.1.Hidrogeoloji  və  mühəndisi - geoloji tədqiqatlarda geofiziki üsullar 
 
İçməli suya təlabat və su təchizatı, hidrotexniki, hidromeliorativ, sənaye 
və mülki tikintilərin inkişaf sürəti artdıqca hidrogeoloji və mühəndisi – geoloji 
tədqiqatların həcminin və keyfiyyətinin yüksəldilməsi zərurəti də meydana 
çıxır. Belə tədqiqatlarda geofiziki üsulların tətbiqi elmi – texniki inkişafın vacib 
elementlərindən biridir. 
Geofiziki üsullar aşağıdakı spesifik tələblərə cavab verməlidir: 
a) təbii proseslər və mühəndisi – texniki amillərin təsiri nəticəsində 
məkan və zaman etibarı ilə fiziki xüsusiyyətləri dəyişən, nisbətən az 
dərinliklərdə (bir neçə vahiddən onluqlara qədər, nadir hallarda ilkin yüzlüklərə 
qədər) geoloji mühitin yüksək dəqiqliklə öyrənilməsi;  
b) geofiziki işlərdə vaxt və vəsait sərfini azaltmaq və təkrar müşahidələr 
aparmaq üçün yüngülləşdirilmiş kiçik cihazların və üsulların tətbiqi; 
c) az dərinlikli kəşfiyyatda keçilməsi çətin olmayan buruq quyularının və 
dağ qazmalarının geniş istifadəsi. 
Son vaxtlar hidrogeoloji, mühəndisi – geoloji və donuşluq qlyasioloji 
tədqiqatlarda kompleks geofiziki üsulların tətbiqi zəruri hesab edilir  ki,  bu  da  
nəinki avtomatlaşdırılmış sistem vasitəsilə informasiyanın alınması  və  işlə-
nməsinin tətbiqi əsasında mühəndisi – geofizikanın elmi – texniki səviyyəsinin 
yüksəldilməsində, həmçinin geoloji mühitin öyrənilməsi və onun qorunmasının 
təşkil edilməsi  zamanı qeyri-geofizik mütəxəssislər tərəfindən mühitin fiziki 
xassələrinin öyrənilməsində böyük əhəmiyyət kəsb edir. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə