Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə85/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   81   82   83   84   85   86   87   88   ...   128

243 
 
və  Ərzurumdan Axalkalaki-Kazbek və Stavropola qədər böyük sahəni, yəni  
Trans qafqaz eninə qalxımının bütün zolağını  əhatə edirdi ki, bu da həmin  
vilayətlərin iri seysmogen geostrukturlarının tektonik quruluşunun ümumiliyi  
ilə  izah  oluna   bilər. 
Qeyd etmək lazımdır ki, Zəngəzurun seysmoaktiv rayonu kosmik  şəkil-
lərdə yaxşı nəzərə çarpan Kiçik Qafqaz lineament zonasının daha fəal  parçala-
rından biri hesab olunan  Qirratax yarılması ilə  əlaqədardır. Bütövlükdə Orta  
Kür depressiyası zonası və Kiçik Qafqazın şimal yamaclarında zəif seysmiklik  
fonunda nisbətən yüksək seysmikliyə malik Gəncə ətrafı rayon şimaldan Kiçik  
Qafqazı əhatə edən yarılma zonasına aiddir. 
Seysmoaktiv zonaların konfiqurasiyalarının zəlzələ ocaqlarının  dərinliyi-
nin nəzərə alınması ilə iri geotektonik strukturlarla müqayisəsi ehtimal etməyə  
imkan verir ki, Böyük Qafqazın cənub yamacında əsas  seysmogen strukturlar  
Vəndam antiklinoriumu, Zəngi üstəgəlməsi və Basqal örtüyüdür. Burada  
ayrılan Zaqatala, Oğuz  və  Şamaxı zonaları bu strukturlar boyunca uzanaraq,  
Niyaldağ, Goradil və Zəngi qırılmaları üzrə lokallaşır; Xəzəryanı seysmoaktiv  
zona  Qafqazönü  lineament  boyu  uzanır  və  maksimal  seysmik  aktivliyə  
Siyəzən üstəgəlməsi və Altıağac qırılması ilə  kəsişmə düyünündə malik olur.  
Kiçik Qafqazda seysmoaktiv zonalar Dilican, Laçın,  Ərdəbil lineamentinə, 
Naxçıvanda,Yerevan, Ordubad  yarılmasına,  Dağlıq  Talışda  Kiçik  Qafqazönü  
yarılmasının  cənub-şərq  qurtaracağına  aiddir. 
Azərbaycanda bütün zəlzələlər qabıq mənşəlidir, daha dərinləri (40 km-ə  
qədər) Kürdəmir rayonunda və ehtimal ki, Mərəzə  kəndində yerləşir (Zorat-
Xilmilli-Sığırlı    şimal-şərq  yarılmasında).V.Y.Xain və b. Avraziyanın  alp  
qurşağının  qalıq  mantiya  seysmikliyinin  təzahürü  şəraitini  analiz  edərək,  
diffuziv  (səpələnmiş)  xarakterə  malik  mantiya  zəlzələlərinin  bir-birindən  
geridə  qalan   səkkiz  sahəsini ayırmışdır.  Zəlzələ  ocaqlarından  biri  Qroznı 
və Dağıstanda  və Azərbaycanda  Xəzər  dənizi  sahilboyu  rayonu hesab edilir. 
Müəlliflər  şimal-şərq rif yarılmaları ilə  əlaqədar olan, lakin Böyük Qafqazın  
şimal ətəkləri boyunca Skif platforması ilə birləşmə sahəsində yerləşən Qroznı 
və  Orta-Xəzər  dərinlik  zəlzələlərinin  mövcudluğu  əsasında belə bir  nəticəyə 
gəlmişlər ki, burada Kür  plitəsinin  Böyük Qafqaz qırışıqlıq sistemi altında 
şimal-şərq  istiqamətində subduksiyasını bildirən seysmofokal zona vardır.  
İrandakı Zaqros qrupu zəlzələləri də  Ərəb plitəsinin kolliziyası ilə  əlaqələndi-
rilir.  Bu  tədqiqatçılar hesab edirlər ki, hər bir region üçün əvvəlcə üst mantiya  
səviyyəsində  müəyyən  struktur  zonallıq  yaranır. Qafqaz  üçün ptoterozoy alt  
kembridə şimal-şərq zonallığı, Krım və Çernoqorsk vilayəti üçün üst mantiyada  
100  km  dərinlikdə  əvvəlcə  suben,  sonra  ehtimal ki, üst proterozoyda  şimal-
şərq zonallığı, Zaqros və Fəratda arxeydə şimal-şimal-qərb zonallığı  yaranmış-
dır. Bütün  mərhələlərdə  ilkin  zonallıq,  “üstünün  örtülməsinə” baxmayaraq  
baş vermişdir. Neotektonik  mərhələdə  Qafqazda  şimal-şərq  zonallığı  təzahür   
edir. 


244 
 
Tədqiqatlar göstərmişdir ki, Orta Araz əyilməsində Bütün güclü zəlzələlər 
yeni hərəkətlərlə  və  qədim yarılmaların fəallaşması ilə  şərtlənir. Ona görə  də  
sonuncular  seysmogen zonaların  ayrılması üçün əsas kimi götürülmüşdür ki
bu da zəlzələnin baş verməsinin geoloji şəraitinin, silkələnmənin  maksimal  
qüvvəsinin təyini və seysmik rayonlaşdırma nöqteyi nəzərindən böyük maraq  
kəsb  edir.   
Üç kateqoriya seysmogen zona ayrılır. Birinci kateqoriya seysmogen  
zonalara yer qabığını bütün qalınlığı üzrə kəsən və onun iri bloklarını “qarışıq  
salan” fəal  dərinlik  yarılmaları  aid  edilir. Onlara  M=6-6,5 və 8, bəzən 9 bal  
intensivliyə malik zəlzələlər aiddir. İkinci kateqoriya seysmogen zonalara  Kon-
rada sərhədinə (20-25 km) çatan 30-40 km uzunluqlu regional qırılmalar  aid 
edilir. Onlarda maksimal təkanların intensivliyi 7, bəzən 8 bala çatır (M=5-5,5).   
Üçüncü kateqoriya seysmogen zonalara kristallik  özülün  əsasına qədər nüfuz  
edən 20-25 km uzunluqlu yarılmalar aid edilir. Onlarda maksimal təkanlar 6-7 
bal (M=4-4,5)  intensivliyə  malik  olur. 
Orta Araz yarılmasının seysmogen zonası Araz çayı boyunca suben isti-
qamətdə uzanır. Bu zona ilə 1910-cu ildə baş verən (episentri Arazın orta axa-
rında yerləşən) 7 ballı (M=4,6) və bəlkə də, 8 ballı (İqdır) (Türkiyə -  M=5,5),  
o cümlədən episentrləri Artamat, Vedi rayonlarında və digər yerlərdə olan bəzi  
zəif təkanlar (5-6 bal) əlaqədardır. 
 
12.3. Vulkanik təzahürlərin və  strukturların öyrənilməsi 
 
Vulkanik regionların tədqiqatında kosmik şəkillərin tətbiqi nəinki püskür-
mə prosesini öyrənmək və ya vulkanik strukturları, vulkan məhsul-larının 
yayılma sahələrini xəritələmək, hətta vulkanik təzahürlərin dərinlik və  səthi 
geoloji strukturlarla əlaqəsinin səciyyəsi haqqında informasiya almaq, konkret 
mənbənin zamana görə inkişafını  və onların sonrakı  təkamülünü izləmək  
imkanını da yaradır. Bundan əlavə, vulkan fəaliyyətinin fəallaşması dövründə 
bəzi struktur əmələgəlmə proseslərini və yer qabığının tektonik dəyişməsini 
müşahidə etmək, qeydə almaq və birbaşa öyrənmək mümkündür. Bu zaman 
nəinki proses haqqında keyfiyyətli yeni təsəvvür, hətta bəzi kəmiyyət səciyyə-
sini də almaq mümkündür (şəkil 103).
 
Kosmik üsullarla tədqiqat obyekti kimi vulkanizmin mühüm xüsusiyyət-
lərindən biri də onun dinamikliyi, zaman intervalında bir neçə ildən saat və 
dəqiqələrə  qədər müxtəlif parametrlərin (morfologiya və  mənbənin ölçüləri, 
temperatur rejimi və qaz spektri, fiziki sahələr və seysmik fəallıq və s.) dəyiş-
məsidir. Lokal vulkanlar və ayrı-ayrı vulkan təhlükəsi olan rayonlar miqyasında 
belə materiallar vulkanik  strukturların formalaşma dinamikasını öyrənərkən və 
ayrı-ayrı  mənbələrin, onların qruplarının və ya bütöv vulkanik rayonların 
fəallaşma dövrünün proqnozlaşdırılması zamanı lazımdır.
 
 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə