337
normal tərkibli maqma ilə müqayisədə daha böyük dərinliklərdə formalaşması
ilə izah oluna bilər.
Əgər geoloji xəritədə hər hansı rayon ərazisi əhatəsində biz planda dairəvi
formada intruziya və düzgün olmayan sərhədli intruziya görürüksə, onlar
yaşlarına və tərkiblərinə görə yaxın olsalar da, metallik xüsusiyyətlərinə görə
fərqlənəcəyini gözləmək olar. Digər tərəfdən tez-tez kosmik şəkillərdəki
halqavarı formalar maqmatik süxurların yer səthində çıxışları olmayan rayon-
larda deşifrə olunurlar. Belə sahələr bir sıra rayonlarda, məsələn, Şimali Verxo-
yanda öyrənilmişdir. Məlum olmuşdur ki, bu halda halqavarı strukturlar nisbə-
tən böyük olmayan dərinlikdə yatan açılmamış intruziv massivlərin indikatoru
ola bilər. Bu geofiziki məlumatlarla təsdiq olunmuşdur. Belə ki, qravimetrik və
maqnitometrik xəritələrdə intruziv cisimlər xarakter anomaliyalar göstərir.
Çöl tədqiqatları zamanı filizləşmənin əsas əlaməti olan qalay filizləşməsi
intruziyanın təsirindən dəyişmiş süxurlarda aşkar olunur. Filiz təzahürünün
dəqiq öyrənilməsi belə nəticəyə gətirir ki, geokimyəvi məlumatlar əsasında bu-
rada səthdən dərinliyə doğru gedən filiz cisminin ən uc hissəsi açılmışdır. İlkin
olaraq kosmik şəkillər üzrə halqavarı strukturların öyrənilməsinə əsaslanan belə
proqnoz dərinliyə doğru filizləşmənin axtarışı üçün mühümdür.
Vulkan-tektonik strukturlarla əlaqədar alçaq tempraturlu filizləşmənin
axtarışı və proqnozlaşdırılmasında halqavarı strukturların öyrənilməsi xüsusi
əhəmiyyət kəsb edir. Vulkanik qurşaqlarda qızıl, gümüş, qalay, polimetal
yataqları məlumdur. Onların axtarışı üçün mərkəzi tipli vulkanların vəziyyətini
qeyd edən iri halqavarı strukturlar, onların altında yatan periferik maqma
ocaqları, qövsü və radial çatların vəziyyəti mühümdür. Əgər 1960-70-cı illərin
geoloji xəritələrinə (məsələn min km-lərlə uzanan Oxot-Çukot qovşağına) nəzər
salsaq, orada praktiki olaraq halqavarı strukturları görə bilmərik. Geoloji işlərin
təcrübəsinə kosmosdan çəkilmiş şəkillərin daxil edilməsilə, ixtisaslaşmış
kosmogeoloji xəritələrdə çoxlu müxtəlif tərtibli halqavarı strukturlar göründü.
Çöl işlərində belə strukturların aşkarlanması və öyrənilməsi, onların vulkanit-
lərin boğaz fasiyalarının, hirotermal dəyişilmiş süxurların, filiz təzahürlərinin
yerləşməsinə nəzarət etdiyini göstərdi.
Filiz sahəsi daxilində məxsusi vulkan boğazı və səthdə filiz daşıyan
flüidlərin təzahürü kimi qeyd olunan kiçik halqavarı struktur formaların aşkar
olunması xüsusi əhəmiyət kəsb edir. Oxşar halqavarı strukturların aşkar olun-
ması üçün yeni xüsusiləşmiş aeroplanalma üsullarından, xüsusən də çoxzonallı
və infraqırmızı üsullardan istifadə olunur.
338
Şəkil 130. Zeysk halqavarı strukturunun quruluş sxemi
(Moralyev, Qluxovsk, 1984):
1-xarici zona; 2- Stanov qırılma zonası; 3- piroksenli şistlər; 4- Stanov qırılmasının cənub
qanadı; 5- kosmik şəkillərin deşifrə məlumatları üzrə qövs elementləri; 6- xarici zonanın
sərhəddi; 7-9-filiz minerallaşması təzahürü; 7- Ni; 8- Pb-Zn-Cu; 9-Mo.
Tektonogen halqavarı strukturların mineragenik əhəmiyyəti. Tektono-
gen halqavarı strukturların əhəmiyyəti əsas etibarilə, onların müxtəlif yaşlı plat-
formaların örtüklərindəki vəziyyətilə təyin edilir. Metallik faydalı qazıntı
yataqları, bir qayda olaraq, bu strukturlarla əlaqədar deyildir. Lakin bu, analoji
genezisə malik halqavarı strukturların, onların praktiki istifadəsi nöqteyi-nəzə-
rindən təhlil edilməməsinə əsas vermir. Yer kürəsinin əsas məşhur kömür, neft
və qaz yataqları onlara aid edilir. Bu yataqlar dünyanın müxtəlif rayonlarında
aşkar edilmişdir. Onlar səpinti yataqlarının axtarış obyekti ola bilər. Bu struk-
turlar həmçinin axtarış amili kimi istifadə oluna bilər, çünki onlar özünü əhə-
miyyətli praktik rol oynaya biləcək gizli obyektlər kimi əks etdirir.
İri geoloji regionların neft, kömür, qara, əlvan və nəcib metallar, nadir
torpaq elementlərinə görə perspektivliyinin qiymətləndirilməsində halqavarı
strukturlar böyük rol oynayır. Bununla yanaşı, müxtəlif genezisli dairəvi struk-
turların mineragenetik xüsusiyyətlərinin fərqli olduğu müəyyənləşdirilmişdir.
Neft, qaz və kömürün yeni yataqlarının axtarışı üçün tektonik mənşəli dairəvi
strukturların mövcudluğu vacibdir. Onların arasında metallogenik xammalın
axtarışı üçün daha qənaətbəxş, əmələ gəlməsi bu və ya digər dərəcədə dünyanın
ən nəhəng və qədim halqavarı strukturları-nuklearların formalaşması ilə
əlaqədar olan maqmotogen və metamorfogen strukturlar hesab olunur. Buna
görə də sonuncuların dəqiq tədqiqatı qitələrin mineragenetik perspektivlərinin
339
kifayət qədər genişləndirilməsini şərtləndirə bilər. Gələcək tədqiqatların istiqa-
məti yeni nuklearların aşkarlanması və onların quruluşunun öyrənilməsinə doğ-
ru yönəldilməlidir.
Şübhəsiz, nuklearların sərhədləri daha çox keçiricilik qabiliyyətinə malik
zonalar olduğu üçün, bütün geoloji tarix boyu onların vasitəsilə planet nüvə-
sinin maddə və enerjisinin paylanması baş verir. Müxtəlif genetik tipli halqavarı
strukturların metallogenik qiymətləndirilməsində xatırlamaq lazımdır ki, qədim
və cavan platformaların örtüyündə təzahür edən tektonik mənşəli strukturlar
daha zəif perspektivlidir. Lakin onların metallogenik rolu hələ də axıra kimi
aydınlaşdırılmamış qalır. Yer səthində bünövrə strukturunu əks etdirən bu
əmələgəlmələr dolayı axtarış əlaməti kimi mühüm əhəmiyyətə malik ola bilər.
Astroblemlərin tədqiqatı daha böyük diqqət tələb edir. Naməlum genezisli
strukturların mənşəyinin aydınlaşdırılması üçün daha dəqiq tədqiqatlar aparıl-
malıdır. Ümumiyyətlə, Yerin bütün halqavarı strukturları, dərəcə və genezisin-
dən asılı olmayaraq, metallogenik təhlildə əhəmiyyətli rol oynayır.
14.1.7. Lineamentlər və halqavarı strukturlarla əlaqədar olan faydalı
qazıntılar
Faydalı qazıntıların kosmik şəkillərin köməkliyilə axtarışında lineament-
lər və xətti strukturların geoloji səciyyələndirilməsi əsas meyarlardan hesab
olunur. Onlarla bu və ya digər faydalı qazıntı yataqlarının məkanca əlaqədar
olması, onlara proqnoz maraqlarını daha da artırmışdır.
Lineamentlərə yer qabığının bir neçə yüksək keçiricilik zonası kimi və
dərinlik flüidlərin açılması kimi baxaraq belə fikrə gəlmək olar ki, həqiqətən
onlarla filiz yataqlarının əlaqədar olması mümkündür. Əgər belə əlaqə linea-
mentin hər hansı bir sahəsində müəyyən olunarsa, bu zaman belə ehtimal etmək
olar ki, oxşar filizləşmə və ya geokimyəvi xüsusiləşmə onun bütün uzanması
boyunca qeyd oluna bilər. Belə tip xətti metallogenik zona və zolaq böyük
uzanmaya malikdir (birbaşa filiznəzarətedici və filizyerləşdirici strukturlar) və
əvvəllər kompleks geoloji əlamətlərə görə ayrılmışdır. Lineamentlər metallo-
genik rayonlaşdırma və proqnoz əlamətləri üçün yaxşı əsas hesab olunur.
Eyni zamanda qeyd etmək lazımdır ki, bir sıra məlum filiz təzahürlə-
rinin lineamentlər və ya lineament zonaları ilə məkanca üst-üstə düşməsi bütün
zonada uyğun filiz xüsusiləşməsinə dair kifayət qədər əsas hesab olunur. Bu,
xüsusən eni bir neçə on və hətta yüz km-lərlə ölçülən və daxilində çoxsaylı filiz
təzahürləri mövcud olan nəhəng lineament zonalarına aiddir.
Yuxarıda göstərilənləri eynilə müxtəlif əmələgəlmələrin və hadisələrin
izahatı üçün əlverişli hesab olunan lineament zonalarına da aid etmək olar.
Lineament zonaları ilə faydalı qazıntı yataqları və seysmik hadisələr əlaqədar-
dır. Lakin çoxsaylı oxşar qovşaqlar arasında seysmoaktiv və filiznəzarətedici
strukturların ayrılması xüsusi əhəmiyyətli məsələlər hesab olunur. Tədqiqatın
Dostları ilə paylaş: |