Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   40   41   42   43   44   45   46   47   ...   70

_______________ Milli Kitabxana _______________ 
177 
 
Gülab süzüldükcə kirpiklərindən, 
Ay işıq səpirdi günəşə, bilsən. 
Oxşatma dedikcə, daima ağlar, 
Duydum ki, qəlbində bir məqsədi var. 
Dedim ki: "Nə üçün ağlayırsan sən, 
De, kimin həsrəti keçir qəlbindən. 
Acı bir gülüşlə o bal dodaqlar 
Dedi: "Ey yarama duz səpən dildar, 
Bir zaman Leyliydim, indisə nakam, 
Məcnundan min dəfə artıq məcnunam. 
Bəxtinin ulduzu batan aşiqdən 
Min dəfə şiddətli divanəyəm mən. 
O hədəf oldusa bu dərdə, yasa, 
Bir qadın deyildir o, heç olmasa. 
Sövda yollarında göstərir hünər, 
Kimsədən nə qorxar, nə də çəkinər. 
O deyil mən kimi zillət dustağı. 
Istədiyi yeri gəzir ayağı... 
Zavallı mənəm ki, ürəyimdə qəm, 
Dərdimi heç kəsə aça bilmirəm. 
Qorxuram, əhvalım pərişan ola, 
Yaxşı adım belə çox yaman ola. 
Zəhəri bal kimi içirəm bu dəm, 
Cəhənnəm odunu otla örtürəm. 
Bir yandan əlimdən itirdiyim yar, 
Bir yandan üstümə tökülən əğyar
Bu iki dəstənin əlindən, inan, 
Bəlalər çəkirəm hər zaman, hər an. 
Ərlə vuruşmağa yox cəsarətim, 
Atamdan keçməyə yoxdur qüdrətim. 
Eşq ürək verir ki, sən də qanad aç, 
Bu qarğa-quzğundan kəklik kimi qaç. 
Ad ilə namussa: "tərpənmə"- deyər, 
Tək uçan kəkliyi qızıl quş eyər... 
Bir qadın nə qədər cəsur olsa da, 
Yenə də qadındır adı dünyada. 
Cəsarət olsa da qadın qəlbində


_______________ Milli Kitabxana _______________ 
178 
 
O, aslan olsa da qadındır yenə. 
Qurtara bilmədim bu qüssələrdən, 
Yenə qəm çəkməyə boyun əydim mən. 
Lakin, ciyərim qan, vaxtım gecədir, 
Kim bilir, yarımın halı necədir? 
Kimin kitabını oxuyur mənsiz? 
Ömrü necə keçir yurdsuz, vətənsiz? 
Kim bilir, baş alıb hara qaçmışdır? 
O, hansı sarayda süfrə açmışdır? 
Hansı bir insana olmuş o həmdəm? 
Kimlərə yar deyib, əylənir bu dəm? 
Yolçu, bir az dayan mümkün olarsa, 
Ondan bir xəbər ver, xəbərin varsa" 
Qızdan eşitdikcə mən bu sözləri
Barəndə bildiyim hər bir xəbəri 
Hər sözü, qəlbimə nəqş edib, durdum, 
Elə bil ki, muma bir möhür vurdum. 
Dedim: "o divanə qərib bir quşdur, 
Tayından, tuşundan uzaq uçmuşdur. 
Maraldır, cüyürdür indi dostları, 
Bir də səhraların başsız ruzgarı. 
Eşqin o yazığın ağlını aldı, 
Ata ölümü də nəfəsdən saldı. 
Tikan, tikan üstdən batır qəlbinə, 
Işdən işə düşüb dərd çəkir yenə. 
Gah sənin dərdindən hekayət eylər, 
Gah da göz yaşından şikayət eylər. 
Bəzən atasına mərsiyə başlar, 
Səsindən dil açıb danışır daşlar". 
Sonra da o ayın hüzurunda mən, 
Səndən eşitdiyim qəsidələrdən 
Iki-üç beytini dedim avazla, 
Leyli də ah çəkdi min bir niyazla. 
Yerində titrəyib, ağardı düm ağ, 
Dedim qız öləcək, gözündən iraq. 
Sonrasa başını qaldırdı yenə, 
Ah çəkdi, sarılıq çökdü rənginə. 


_______________ Milli Kitabxana _______________ 
179 
 
Hönkürüb fəryadla ağladı yalqız, 
Atanı novhəylə xatırladı qız. 
Sənin bu dərdindən deyib o mələk 
Yanırdı ürəyi od püskürərək. 
Ağladı, sızladı o vəfalı yar 
Sonra da and verdi mənə o nigar: 
"Sən, ey qəlbi təmiz xeyirxah insan, 
Mən bir yıxılmışam, yapış qolumdan. 
Ömür keçirdiyim bu düşərgəhdən 
Yolun düşən zaman zəhmət çək də sən 
Mənim o xeyməmə yaxın gəl bir an
(Göstərdi xeyməni mənə uzaqdan). 
Bəlkə öz halımdan mən yana-yana 
Bir məktub düzəldib tapşıram sana. 
Bəlkə, o məktubu sən götürəsən 
Mənim can dostuma tez yetirəsən". 
Deyib bu sözləri, getdi o sənəm, 
Mən də öz yoluma düzəldim o dəm. 
Verdiyi nişanla mən dünən getdim, 
O vəfa evini ziyarət etdim. 
Gördüm qara paltar geyinmiş o yar
Məktubu öpərək verdi o nigar. 
Qəm möhrü vurmuşdu məktubuna qız, 
Kitabın mənası sondadır yalnız. 
Yolçu ehtiramla öpdü məktubu, 
Sonra da Məcnuna tapşırdı onu. 
Məcnun o məktuba baxıb hıçqırdı, 
Başqa nə varsa da hamsını cırdı. 
Qıvrıldı, ruhuna dünya dar kimi, 
Yüz dəfə fırlandı o pərgar kimi. 
Sərxoş tək torpağa yıxıldı birdən, 
O məktub əlində düşmüşdü əldən... 
Elə ki, ayılıb gəldi qüvvətə, 
Qəlbindən yol verdi o şikayətə. 
 
 


_______________ Milli Kitabxana _______________ 
180 
 
LEYLİNİN MƏKTUBUNU  
MƏCNUNUN OXUMASI 
 
Məcnun o məktuba tez əl apardı, 
Məktubun başında bu sözlər vardı: 
"Əqlə dayaq olan, ömrə can verən 
Bir şahın adıyla başlayıram mən. 
Ondan dərs almayan kamal qalmamış, 
Odur dilsizlərin dililə tanış. 
Ondan ruzi tapır quşlar, balıqlar, 
Işığı, zülməti bölən sənətkar 
Göyü ulduzlarla işıqlandırmış, 
Yerdə insan adlı günəş yandırmış. 
O - calal sahibi əzəliyyətdir, 
O - ölmək bilməyən əbədiyyətdir. 
Ondan həyat alır bütün canlılar, 
Həyatdan qiymətli xəzinəmi var? 
Ağlın işığıyla bəzədi canı, 
Bunlar da bəzədi bütün dünyanı. 
Su kimi gövhərlər saçdı əlləri, 
Sövdadan söz açdı onun dilləri. 
Bu ipək məktubu oxu, gör nədir? 
Bir qəm düşgünündən, dərd əhlindəndir. 
Yəni bu hasarda həbs olan məndən 
Sənədir ki, uçdun qırıq qəfəsdən 
Necəsən, ey əhdi qədim olan yar? 
Ey yeddi beşikdə yuva salan yar
Ey dostluq mülkünə bir xəzinədar, 
Məhəbbət işığı səndən alır, yar. 
Sən, ey əqiq kimi daşda oturan, 
Dağları qanıyla boyayıb duran, 
Ey zülmətdə qalan Xızır suyu, sən 
Ilk səhər şəminin pərvanəsisən. 
Sən, ey vəhşilərin qəlbinə həmdəm, 
Pərişan şurinlə dolmuş bu aləm. 
Ey mənim tənəmə hədəf olan yar, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə