Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   42   43   44   45   46   47   48   49   ...   70

_______________ Milli Kitabxana _______________ 
185 
 
Səndən ilan çatar dostlar əlinə. 
Ey cənnət bağı tək açarsız olan, 
Fələk behişti tək gizli gülüstan
Sən, ey müşkülümü açan xilaskar, 
Sövdamı güldürən bir sənsən, ey yar. 
Bu ud meşəndəndir, onu qırma, dur, 
O sənin baltanla həlak olmuşdur. 
Görürsən torpağam, gəl məni bəslə, 
Gönlümün tozunu gəl sil həvəslə. 
Bahara dönərəm bəsləsən məni
Pis baxsan, dərdlərə salaram səni. 
Torpağa mərhəmət xeyirdir, inan, 
Lütf etsən gül verər, zülm etsən tikan. 
Düşdüm ayağına başımda vüqar. 
Gəl məni sərgərdan buraxma, ey yar. 
Elə yol demə ki, inciyim səndən, 
Elə su vermə ki, yerə töküm mən. 
Üzdə hesabın da öz mənası var, 
Onsuz həyalılar həyasızlaşar. 
Qulun tanınmışam dünyada, dilbər, 
Düşmənin olaram, rədd etsən əgər. 
Itə qurd silahı verilsə, artıq, 
Başını qaldırıb edər aslanlıq. 
Xəzinə tapşırsan hər gədaya sən
Bir dünya xətalar çıxar əlindən. 
Bu qulluq yolunda yük çəkir belim, 
Ağalıq rütbəni saxla, sevgilim! 
Bil ki, sayılıram sənə mən süpər, 
Əgər yerə atsan, olaram xəncər. 
Gəl, öz silahını sən daşa vurma, 
Bir də öz ordunla üz-üzə durma. 
Vursan öz əlinlə canına neştər, 
Bil ki sağlam canın azara düşər. 
Dostluq, mehribanlıq göstərsən, ey yar, 
Gəlib qulun olar azad adamlar. 
İncitmə aldığın qulu özündən
Qoy sürmə qapmasın sənin gözündən. 


_______________ Milli Kitabxana _______________ 
186 
 
Ağada olmasa belə bir tədbir, 
Bil ki, öz quluna sahib deyildir. 
Başqa bir insanda olsa bu hünər, 
Çoxunu özünə pulsuz qul eylər. 
Gəl mənim beynimi alovlandırma. 
Heç kəsin başında alov yandırma. 
Hər canda bir qəzəb saxlanır, inan, 
Bir div aşinası olur hər insan. 
Bil ki, sənin divin çıxarsa yerdən, 
Başqa div qarşıya atılar birdən. 
Mən tikan dərirəm, gülünü sən dər, 
Sən də gəl birlikdə olaq bəxtəvər. 
Yenəmi əyləncən olacağam mən? 
Nədən, bir gün məni şad etməyirsən? 
Soyuq nəfəsimlə çəkdiyim ahdan 
Havanın beynində toz donar, inan. 
Sən, ey yad qoltuğa sığınan dilbər, 
Qəlbinə çox yatır o seçdiyin ər... 
Sən buz lövhəsinə yazdın adımı. 
Qırıb yerə tökdün qol-qanadımı. 
Dediyin sözləri yaxşı düşün bir, 
Yox, onlar heç deyil, heçdən də heçdir. 
Sən bağışlamadın atıma bir nal, 
Ancaq yüz nal atdın oduma dərhal. 
Sən etdin günümü gecə tək qara, 
Acıdın sonra da bu yaralara. 
Səninçin qəlbimi mən vurdum daşa
Sənsə öz vəfanı vurmadın başa. 
Ey gönül ovçusu, vermədin aman, 
Can gedir, nə zaman dost olacaqsan? 
Budur, bax, vurduğun dil yaraları, 
Mən yanıb qurtardım, sənsə coş barı. 
Yox, yox, uzundilli istəsə əgər, 
Yaranı canından tərk edə bilər. 
Süsən uzundilli olmaq üzündən 
Qılıncın başına sancıldı, bilsən. 
Doğrudan qeydimə qalırsa bir yar, 


_______________ Milli Kitabxana _______________ 
187 
 
Eşqi sifətindən aşikar olar. 
Mənim bu günümdə söylə, görüm sən: 
Mənə nə yaxşılıq gəlmiş əlindən? 
Yoxsa, budurmu ki, əhdi unutdun, 
Bir yadın qoynunda sən qərar tutdun. 
Mənlə dil oyunu oynayan nigar
Eşqinin gülünü dərir ki, əğyar. 
Söylə, aşiqsənsə ahın hanı bəs? 
Mənə uyğundurmu səndəki nəfəs? 
Yox-yox, eşqimizə sən gəlmədin tuş, 
Səndəki eşq yox, sültanlıq olmuş. 
Sən, sənin dərdinə alıcı olan 
Bu yazıq aşiqi unutdun, canan. 
Mənsə göz tikmişəm üzünə müdam. 
Sənin astanana mən baş qoymuşam. 
Qürələr ataraq sizin məhləyə, 
Fal açdım, üzünü bir görüm deyə. 
Üzünü görənlər xoşbəxt oldu, bil, 
Onlar mənim kimi pis gündə deyil. 
Kimin ki, sən kimi gövhəri vardır, 
Dərddən azad olan bir bəxtiyardır. 
Bülbüllər olsa da bağın zinəti, 
Əncirlər olmuşdur qarğa qisməti. 
Bağban ürəyindən su içsə də nar, 
Axırda xəstələr qisməti olar. 
Əzəldən bu dünya belədir, göz aç, 
Xəznə yer altında, sən isə möhtac... 
Bilmirəm, gül rəngli ləl nə zaman 
Eşiyə çıxacaq daşın bağrından. 
Nə zaman o qəmər durub qaçacaq, 
Əъdaha ağzından uzaqlaşacaq. 
Artıq arı uçub, balı qalmışdır, 
Ay gedib, beşiyi lap boşalmışdır. 
Xəzinə açılıb, hər xəzinədar 
Çəkilib qalmışdır hasardan kənar. 
Çünki xəsis dehqan bağdan getmişdir
Bülbül də qarğanı həmdəm etmişdir. 


_______________ Milli Kitabxana _______________ 
188 
 
Bağda ipəyini tökmüşdür güllər, 
Zəncilər qoymayır xurmadan əsər. 
Cövhər bəhrəsizdir toz aynasından, 
Xəzinə qalmışdır, ölmüşdür ilan. 
O qələ xatunu çıxmış qələdən, 
Lakin o qələdən uzaqdayam mən. 
Sənin çırağından düşdümsə uzaq, 
Pərvanən qalmasın işıqdan iraq. 
Mən dərddən ölsəm də, rəqib sağ olsun. 
Qoy Ibn-Səlamın kefi çağ olsun... 
Halımın səndədir yaxşı-yamanı, 
Bu verdiyin dərdin sənsən dərmanı. 
Düzdür, dəmirdəndir hasarın sənin, 
Sədəf içindədir mirvarın sənin. 
O qıvrım saçların zəncirdir, nədir? 
Xəzinən əъdaha ətəyindədir. 
Özün də aşiqsən, bilirsən, ey yar, 
Sevən ürəklərdə qısqanclıq olar. 
Sənin üzərinə qonsa bir milçək, 
Canımda yüz həvəs oynayır, gerçək. 
Yer üstə bir milçək qonarsa əgər, 
Həqiqi aşiqə qartal görünər. 
Bir qarışqa kimi can atıram mən. 
Milçəyi qovmağa şəkər üstündən. 
Ah, mənim günümdə bir kişi vardı, 
Mayası olmadan qazanc sayardı; 
Dərilməmiş gülə həsrət çəkərdi, 
Alınmamış dürrə keşik çəkərdi. 
Oyunbazlıq deyil, eşqdir bunlar, 
Mənim də başımda bu xəyallar var. 
Necə ağlamayım dərdindən bəzən
Bu yaman günümdən sən xəbərsizsən. 
Qəlbimdən daş kimi asıldı dərd, qəm, 
Bildiyindən artıq bir divanəyəm. 
Eşqinlə mənliyim oldu tarimar, 
Bu yolu mənliksiz qurtarmaq olar, 
Qəlb belə tutmasa ilk məhəbbəti, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə