74
−
iqtisadi hadisələr haqqında reportajlar;
−
pulsuz qəzet elanları və s.
Xarici informasiyanın mənbəyi həmçinin də təchizatçılar,
müştərilər,
vasitəçilər, əməkdaşlarla söhbətlərdir. Xarici informasiyanın analizi gedişində
sənaye sahəsinin və ticarətin inkişafı, qanunvericilikdə dəyişikliklər,
müəssisənin
və anbarlar sisteminin yerinin seçimi, ticarət-texnoloji proseslərin təşkili,
digər
yerli və xarici müəssisələrdə logistik idarəetmə metodlarının tətbiqinin nəzəriyyə
və praktikasının və s.-nin əsas tendensiyalarını aşkar etmək olar. Tam
informasiyaya malik olma təchizatçıların, sifarişçilərin, daşıyıcıların, vasitəçilərin
və s.-nin seçimi problemlərini daha effektiv həll etməyə imkan verir.
Daxili və xarici informasiya yaranma periodikliyinə, təyinatına
və emal
olunmaya münasibətindən asılı olaraq müxtəlif xarakter daşıya bilər.
Yaranmanın periodikliyinə görə informasiya belə bölünür:
daimi,
dəyişən,
epizodik.
Daimi informasiya
− makrologistik mühitin uzun müddət ərzində dəyişməz
amillərini əks etdirir.
Dəyişən informasiya
− logistik obyektin fəaliyyətinin faktiki keyfiyyət və
miqdar xarakteristikalarıdır.
Epizodik informasiya
− bu və ya digər logistik problemləri həll etmək lazım
olduqca formalaşır.
Təyinatına görə informasiya belə bölünür:
sorğu,
tövsiyə edilən,
normativ,
siqnal.
Sorğu informasiyası
tanışlıq xarakteri daşıyır, logistikanın
nisbətən sabit
obyektlərini, əlamətlərini əks etdirir və müəssisələrə aid məlumat kitabçaları
sistemi, məhsulun texniki-istismar xarakteristikaları, qiymətlər, tariflər və s.
şəklində təqdim edilir.
Tövsiyə edilən informasiya
çap nəşrlərində dərc edilən logistik sistemlərin və
ya məlumatların xüsusi analizi əsasında formalaşır. O malların satış proqnozlarını,
bazarların, təchizatçı-firmaların, vasitəçi-agentlərin və s.-nin seçimi prioritetlərini
əhatə edir.
Normativ informasiya,
əsasən istehsal sferasında formalaşır və istehsalın
müxtəlif elementlərinin norma və normativlərini, həmçinin normativ qanunverici
aktları özündə əks etdirir.
Siqnal
informasiyası,
adətən
logistik
fəaliyyətin
obyektlərinin
planlaşdırılandan faktiki kənarlaşmaları meydana çıxdıqda yaranır. Kənara çıxma
səbəbləri üzə çıxdıqdan sonra onların aradan qaldırması
üçün nizama salma
informasiyasında əks etdirilənə uyğun tədbirlər yerinə yetirilir.
75
Logistik sistemlərdə dövr edən informasiyanın emalı maddi axınları idarə
etmə prosesinin əsasını təşkil edir. Bununla bağlı olaraq logistikanın əsas
anlayışlarından biri də informasiya axını anlayışıdır.
Dostları ilə paylaş: