77
zəruri ərzaq malları;
III
qrup yüklərə
isə hazır mallar aiddir.
LNS-in ən mürəkkəb məsələsi nəqliyyat təminatının optimal variantını
seçməkdir. Buna görə də müasir dövrdə bu məsələni nə satan (nə istehsalçı), nə də
istehlakçı həll etmir. Bütün bu funksiyanı logistik firmalar yerinə yetirir. Çox az
hallarda böyük istehsal şirkətlərinin öz logistik firmaları olur. NL şirkət qarşıya
qoyulan bu məsələni həll etmək üçün müəyyən sualları özündə cəmləşdirən blank
formaları tərtib etməlidir. Bu formada aşağıdakı suallar olur:
1.
Sifarişçi haqqında
mükəmməl məlumat;
2.
Yükün adı, miqdarı və saxlanma şəraiti;
3.
Göndərmə və təyinat (qəbul etmə) yeri;
4.
Göndərmə və çatdırma vaxtı;
5.
Çatdırma ilə bağlı tələb olunan əlavə xidmətlər;
6.
Çatdırma keyfiyyəti ilə bağlı sifarişçinin qoyduğu digər tələblər.
Bu sualları topladıqdan sonra çatdırmanın layihə sxemi hazırlanır və bu
sxemə əsasən NLS fəaliyyətə başlayır. Yüklərin çatdırma layihə sxemi aşağıdakı
kimidir.
Dostları ilə paylaş: