79
edir. Bundan sonra çatdırma ilə bağlı bütün əməliyyatlar onlar tərəfindən yerinə
yetirilir. Bu əməliyyatlara aşağıdakılar daxildir:
1.
Yükün formalaşdırılması (mərkəzləşdirilməsi);
2.
Nəqliyyat növünün seçilməsi;
3.
Gömrük prosedurlarını icra edilməsi (beynəlxalq daşımadırsa);
4.
Yükləmə-boşaltma işlərini yerinə yetirilməsi (bütün hallarda yox);
5.
Çatdırma ilə bağlı bütün sənədləşmə məsələlərinin həll edilməsi (vergi,
sığorta və s.).
Digər ekspedisiya şirkətləri ilə (ölkədaxili və ya xarici)
informasiya
mübadiləsi edilir.
Gömrük prosedurları
− bu prosedurlar beynəlxalq çatdırma sistemində
nəzərdə tutulur. Bu daşımalar ən azı 2 ölkə ərazisini əhatə etməlidir.
Gömrük prosedurları iki tərəfli və ya çox tərəfli ölkələrarası müqavilələrlə və
həmçinin beynəlxalq gömrük konvensiyası, beynəlxalq
və milli qanunvericiliyə
(gömrük kodeksinə) əsasən icra olunur. Bunlar müxtəlif ola bildiyindən,
proseduralar da müxtəlif ola bilər. Beynəlxalq çatdırma
sisteminin böyük
əksəriyyəti beynəlxalq konvensiyanın tələblərinə əsasən yerinə yetirilir. Bu halda
çatdırma üçün beynəlxalq nəqliyyat dəhlizlərinin optimal variantı seçilir. Burada
dəhlizin daha az ölkədən və ya gömrük prosedurları yaxın (oxşar)
olan ölkələrin
ərazisindən keçməsi əsas götürülür. Beynəlxalq dəhlizlər beynəlxalq ticarətin
inkişafını təmin etməyə əsasən müəyyən edilir. Ona görə də dəhliz variantı
seçilərkən ümumdünya ticarət təşkilatı (ÜTT) ölkələrinin
ərazisi daha çox əhatə
olunur. Dəhliz üzrə çatdırmanın sadələşdirilməsi məqsədi ilə həm vahid
sənədləşmə, həm də ÜTT-nin qəbul etdiyi “İnkoterms” istifadə olunur.
Çatdırmanın Beynəlxalq standart baza şərtləri İnkoterms-də əks olunub. İnkoterms
beynəlxalq ticarətdə vahid terminlər toplusudur, 3 hərfdən ibarət abreviatura kimi
işlədilir. İnkoterms 2000-də çatdırmanın 13 termini var idi. İnkoterms 2010-da
terminlərin sayı azaldılıb və hazırda 11 termindən istifadə edilir.
Bu terminlər
bütün üzv dövlətlərdə eyni anlayışların eyni cür işarələnməsi məqsədi daşıyır.
Onların tətbiqi həmin anlayışların müxtəlif dövlətlərdə eyni formada dərk
olunmasına imkan verir. İnkoterms 4 qrupa bölünür: E, F, C, D.
Hər qrup
çatdırmanın müxtəlif variantlarının terminlərini nəzərdə tutur.
Dostları ilə paylaş: