81
Çatdırmada standartlaşdırılma həm çatdırma vaxtının, həm də çatdırmanın
maya dəyərini 20 − 30% azalmasına imkan verir. Çatdırmanın
nə dərəcədə
standartlaşdırılması onun təşkili metodlarından asılıdır.
Bu metodlar əsasən
aşağıdakılardır:
1.
Birbaşa çatdırma metodu. Satıcı – alıcı, yükgöndərən və yük alan. Yük
birbaşa satıcı və alıcıya gedir. Buna sadələşdirilmiş metod da deyilir. Bir nəqliyyat
növü, avtomobil nəqliyyatı istifadə edilir.
2.
Qarışıq metod. Ən azı 2 nəqliyyat növündən istifadə olunur. Avtomobil −
su, avtomobil − dəmir yolu, avtomobil – hava nəqliyyatı.
3.
Kombinə olunmuş metod. Müxtəlif nəqliyyat növlərindən istifadə olunur.
4.
İnteqrasiya olunmuş metod. Bu metodun müxtəlif formaları var.
Metodların analizinə keçməzdən qabaq birinci ilk üç metodun sənədləşdirmə
məsələlərinə baxaq. Hər 3 metodda çatdırma ilə bağlı müqavilələrin bağlanması,
məsuliyyətin daşınması və ödənişlərin aparılması yükgöndərən və ya satıcı
tərəfindən yerinə yetirilir. Hər bir çatdırma elementi ilə ayrıca
müqavilələr
bağlanır, bunlar fərqli olur və yekunda çoxlu sənədləşmə ortaya çıxır, mürəkkəblik
yaranır, istehsalçının və ya istehlakçının vaxtını alır. Bütün bunlar istehsalçını və
ya istehlakçını birbaşa öz işindən ayırır, onların məhsuldarlığı aşağı düşür, qiymət
qalxır. Bütün bu çatışmamazlıqları aradan qaldırmaq
üçün logistik şirkətə
(vasitəçi) ehtiyac yaranır. Bu vasitəçi logistik zəncirdəki
bütün elementlərin işini
bir-biri ilə əlaqələndirir. Başqa sözlə inteqrasiya olunmuş bir sistem yaradır.
Dördüncü metodun mahiyyəti bundan ibarətdir.
Daşımada iştirak edən nəqliyyat növlərinin sayına görə bu metodun üsulları
aşağıdakılardır:
yunimodal daşımalar;
multimodal daşımalar;
intermodal daşımalar.
Hər üç üsulda bütün məsuliyyəti inteqrasiya sisteminin vasitəçi şirkəti öz
üzərinə götürür. Lakin burada fərqli xüsusiyyətlər var.
Birinci üç metod və dördüncü metod üzrə məsuliyyətin fərqli xüsusiyyətlərini
aşağıdakı sxemdən görmək olar.
1, 2, 3-cü metodda.
Banklar
Gömrük
postu
Terminal
Müştəri
Ekspedisiya şirkəti
Dəmir yolu
Avtomobil