83
daşıma keyfiyyətinin yüksək və nəqliyyat xərclərinin minimum olması;
beynəlxalq dəhlizə əlavə yük axınlarının cəlb edilməsi.
SSRİ-nin dağılması Avropa ilə Asiyanı birləşdirən «Böyük İpək yolu»nun
bərpa edilməsini aktuallaşdırdı. 1993-cü ilin mayında Avropa Birliyinin təşəbbüsü
ilə TACİS proqramı çərçivəsində «Böyük İpək yolu»nun bərpasının bünövrəsi
qoyuldu.
TRACECA proqramı Avropanı «Qara
dənizdən, Qafqazdan, Xəzər
dənizindən
keçməklə Orta Asiya, Çin, Əfqanıstan, Pakistan və s. ölkələrlə
birləşdirəcək alternativ nəqliyyat dəhlizi yaratmaq konsepsiyası əsasında
qurulmuşdur. Avropa Birliyinin təşəbbüsü ilə yaranan TRACECA layihəsinin dörd
əsas məqsədi var:
–
yeni nəqliyyat marşrutları yaratmaqla Qafqaz və Orta Asiya
respublikalarının Rusiyadan yan keçməklə dünya bazarına çıxmaq imkanını
genişləndirmək, onların siyasi və iqtisadi müstəqilliyini müdafiə etmək;
–
regional əməkdaşlığı genişləndirmək;
–
TACİS-in imkanlarından daha intensiv istifadə edərək beynəlxalq maliyyə
təşkilatlarının xətti ilə
investisiyalar cəlb etmək;
–
TRACECA marşrutunu Transavropa şəbəkəsi ilə əlaqələndirmək.
Ümummilli lider H.Ə.Əliyevin şəxsi təşəbbüsü ilə 1998-ci il sentyabrın 7–8-
də 32 ölkənin və 13 beynəlxalq təşkilatın iştirakı ilə «Tarixi İpək yolu»nun bərpası
ilə əlaqədar Bakıda keçirilən Beynəlxalq Konfrans TRACECA proqramı
çərçivəsində görülən işləri konkretləşdirdi. Konfransda Avropa – Qafqaz – Asiya
dəhlizinin inkişafı ilə bağlı beynəlxalq nəqliyyat haqqında «Əsas Çoxtərəfli
Müqavilə» imzalandı. Müqavilə hava nəqliyyatından başqa bütün nəqliyyat növləri
üzrə TRACECA ölkələrinin nəqliyyat siyasətlərini ahəngləşdirmək məqsədi
daşıyırdı. Müqaviləyə uyğyn olaraq daimi fəaliyyət göstərən hökumətlərarası
komissiya və katiblik yaradıldı, TRACECA proqramının iştirakçısı
olan hər bir
dövlət milli koordinator müəyyən etdi. Belə idarəetmə strukturunun yaradılmasının
məqsədi proqramın ümumi müvəffəqiyyətini təmin etmək idi.
Cənubi Qafqaz və Orta Asiya respublikaları ilə yanaşı Ukrayna, Moldova,
Monqolustan, Bolqarıstan, Rumıniya və Türkiyənin TRACECA-ya qoşulması
onun coğrafiyasını genişləndirdi.
Dostları ilə paylaş: