73
növünü və tipini müəyyən edə və optimal tarifli ekspedisiya firmasını seçə bilər.
Burada normativ-hüquqi informasiya son dərəcə əhəmiyyətlidir, çünki daşımaların
bütün növləri bir sıra qanunverici aktlara tabe olur.
Bundan başqa, daşınan yük
haqqında informasiyanın mövcudluğu onun nəql edilməsi üçün optimal şəraitləri
yaratmağa, yükləmə-boşaltma işlərini düzgün təşkil etməyə imkan verir.
Çatdırılma zamanı yükün faktiki vəziyyəti haqqında informasiya ilə yükü müşayiət
edən sənədləşmənin tutuşdurulması iddiaların təqdimatı üçün əsas olur.
Anbarlaşma sistemlərinin təşkili vaxtı anbar şəbəkəsinin inkişafı haqqında
iqtisadi hesablamaların
göstəricilərindən, anbar proseslərinin təşkilinə qoyulan
normativ, sanitar-gigiyenik tələblərdən istifadə edirlər. Bundan başqa, ehtiyatların
faktiki vəziyyəti haqqında vaxtında alınmış informasiya ehtiyatların
optimal
miqdarının hesablanmasına, həmçinin onların qorunma təminatı üçün şəraitlərin
yaradılmasına, oğurluğun və malın xarab olmasının qarşısının alınmasına
imkan
yaradır.
Dostları ilə paylaş: