52
necə deyərlər, “kölgələnsin”, özünə müəllif
təsvirində tamamlanmış qiyafə tapmasın, müəyyən bir
detalla, işarə ilə, nişanla bildirilsin. Bu zaman
bədii əsər üçün bədənin daşıdığı ontoloji məna
dəyişməyəcək, azalmayacaq. Səbəbi də bu ki, ədəbi
əsərin olay və situasiyalarının mahiyyətini, hüsnünü,
qayəsini və janr əlamətlərini yalnız və yalnız
personajın bədəni, bu bədənin potensial imkanları,
potensial enerjisi konkretləşdirir.
Bu baxımdan məhz ontoloji poetika Ü.Hacıbəylinin
ədəbi-bədii dünyasını gözlənilməz rakursdan və tamam
yeni bir tərzdə işıqlandırır.
ӘLA BURLESK, YӘNİ Kİ MӘSXӘRӘ
Mən çoxdandır ki fikirləşirəm, ayə, görəsən,
Üzeyir bəy bəlayi-eşqə mübtəla olub bu bəladan cüda
düşmək istəməyən, min bir əğyar cəfasına dözə-dözə
mazoxist həzz aparan Leyli və Məcnunun şərəfinə Füzuli
versiyasında nouhə, mərsiyə, ağı üstündə köklənmiş yüz
faizlik, təmiz, çılxa qəm, hüzn, nalə və on batman
Allah sevgisindən, ilahi eşqdən ibarət muğam-opera
yaratdıqdan, bu operanın “dadı”nı çıxardıqdan, yəni
onun fəxri, uğuru içində bulunub tərifini eşitdikdən
sonra “Ər və arvad”, “O olmasın, bu olsun” kimi
birbaşa milli gülüş mədəniyyətinin qaynaqlarına
söykənən məişət komediyalarını nə səbəbə yazmış ola?
Elə-belə dilxoşluq naminə? Daxili tələbatdan? Özünü
yeni janrda sınamaqdan ötrü? Müsəlman operasından
müsəlman operettasına lağım atmaq ehtiyacından? Bəlkə
XX yüzilin ilkin mərhələsində azərbaycanlı mentaliteti
üçün komediya janrının hüdudlarında öz təcəssümünü
tapan mövzuları daha aktual saydığına görə? Nə isə...
fal açmağına dəyməz. Çünki bu sualların hər birinə
konkret cavab məhz Üzeyir bəyin əsərlərinin içindən
zühura gəlir. Bu “İÇ” isə həmişə permanent şəkildə
“Leyli və Məcnun”dur. Dedim və məsələni bir az
sadələşdirməyi lazım bildim.
53
Həqiqətən, kişi və qadın münasibətlərinin
məğzini, cövhərini, əlifbasını təşkil edən EŞQİN,
SEVGİNİN, NİGAHIN təzahür və cərəyan məntiqi, tarixi,
ictimai-sosial, etnik-siyasi, kulturoloji aspekti,
psixofizioloji təbiəti, patologiyası Üzeyir bəy
Hacıbəyli yaradıcılığının bir nömrəli problemidir. Bu
yöndən baxanda aydın görünür ki, Üzeyir bəyin hər bir
əsəri bir EŞQ variantıdır, bir SEVGİ macərasıdır,
sonucda isə “Leyli və Məcnun” motivləri üzərində
sərbəst gəzişmədir. Amma hər dəfə bu hadisənin adı
başqa-başqadır. Bu xüsusda, mən bilirəm ki,
soruşacaqlar: “Bəs “Koroğlu” necə olsun?” Ona görə
bəri başdan sualı özüm verirəm. Məgər Üzeyir bəyin
“Koroğlu”su nazlı yar Nigarla aşıq Rövşənin sevgi
əhvalatını, macərasını, ayrı cür desəm, “Leyli və
Məcnun”un növbəti yozumunu bəyan etmirmi? Və hətta...
mənim gümanım var ki, “Ər və arvad”, “O olmasın, bu
olsun”, “Arşın mal alan” kimi komediyalar “Leyli və
Məcnun”un astar üzüdür, tərs variantıdır.
Sözümün canı bu ki, Üzeyir bəy öz əsərlərində ilk
operasının mövzu çərçivəsindən, onun tilsimli
çənbərindən heç vaxt kənara çıxa bilməyib. Nə yazıbsa,
axırda yenə qayıdıb “Leyli və Məcnun” üstündə
improvizələr eləyib. 1908-ci ildən sonra Ü.Hacıbəyli
sanki “Leyli və Məcnun”un sehrinə, cazibəsinə düşür:
hiss edir ki, opera onun bütün varlığına hakimdir.
Yəqin elə bunu duyduğuna görə də Üzeyir bəy çalışır
ki, “Leyli və Məcnun” kimi qəşəng bir “kabus”dan tez
bir zamanda yaxasını qurtarsın. Bu məqsədlə dahi
Hacıbəyli EŞQ, QƏZƏL, MUĞAM iksirindən zühura gəlmiş
fenomenal bir ŞƏRQ OPERASININ məstedici
romantikasından tam azad olmaq, sevgini göylərdən yerə
endirmək üçün qısa bir müddət ərzində “Ər və arvad”
(1909), “O olmasın, bu olsun” (1910), “Arşın mal alan”
(1913) komediyalarını yazır və bu əsərlərin
kontekstində “Leyli və Məcnun”un əsas motivini,
personajlarının iddia, əda və istəklərini lağa qoyub,
MƏSXƏRƏYƏ qoyub onlara sataşmağa, gülməyə başlayır,
54
aşiq və məşuqə münasibətlərini gündəlik həyatın ən
adi ilişgiləri səviyyəsinə endirir, eşqi BAZARA
çıxarır, məişətin ALVER obyektinə çevirir. Müəllif
bəhanəni bəhanə dalıyca gətirib bir-birinə qovuşmayan
və qovuşmadıqca pırpızlaşan eşq divanələrinin əlindən,
onların sadomazoxist oyunlarından bezib, cana doyub öz
komediyalarında camaatı cüt-cüt EVLƏNDİRİR, bir nəfər
molla, bir kəllə qənd və üç manat pulun köməyilə
EVLƏNDİRİR, fırıldağın, kələyin hesabına EVLƏNDİRİR.
Əlbəttə ki, bunu heç də Füzulinin “Leyli və Məcnun”una
qarşı gizli bir qiyam kimi anlamaq lazım deyil. Mənim
fikrimcə, Üzeyir bəy burada istəmişdi ki, öz
operasının “eşqə giriftar” qəhrəmanlarının
həyatiliyini sadə məişət komediyalarının zarafat,
şəbədə və
rişxəndləri vasitəsilə bir daha sınağa çəksin.
İndisə keçək təhlilə. Bu “Leyli və Məcnun”, bu da
“O olmasın, bu olsun”: Üzeyir bəyin yaradıcılıq
salnaməsində yanaşıdır bu adlar. Biri ağıdır, nalədir,
faciədir, digəri zarafatdır, şəbədədir, komediyadır.
Elə buradaca bir anlıq taym-aut götürürəm. “Məşədi
İbad”ı komediya adlandırmaq olar, ya yox? Məncə,
olmaz. Niyə? Hüzurunuza ərz eləyim ki, dram
nəzəriyyəsinin komediya janrı üçün vacib saydığı iki
əlamət bu əsərin təhlili zamanı
aşkarlanmır.
Birincisi: pyesin qəhrəmanı Məşədi İbad öz dövrünün və
mühitinin, məişətinin heç bir qanununu, mənəvi-əxlaqi
normasını, psixoloji standartını, davranış etiketini
pozmur. İkincisi: onun iddiası ilə imkanları arasında
bir elə də böyük ziddiyyət, təzad aşkarlanmır. Təbii
ki, yaş fərqindən başqa. Ancaq bir dəqiqə.
Əgər gözəl Gülnaz kifir kişi Məşədiyə ərə
getsəydi, heç şübhəsiz, iyirmi ya da iyirmi beş ilə,
necə deyərlər, oturuşmuş qadın kimi görünməliydi. XX
əsrin ön sənələrində Azərbaycan mühiti üçün 30-35
yaşlı qadın artıq potensial NƏNƏ demək idi. Yəni gözəl
Gülnazla kifir kişi Məşədinin yaş fərqi onlar
evlənəndən sonra tədricən aradan götürüləcəkdi.
Dostları ilə paylaş: |