58
oxuyurlar. Cavan oğlan və qızın boş bir otaqda
əyləşib müqəvva kimi, kukla kimi davranması, razılaşaq
ki, bir o qədər də məntiqi və ağlabatan deyil. Necə
ola bilir yəni? Axı iki sevgilinin bu cür rəftarı süni
təsir bağışlayır. Ekspozisiyada personajlar inert,
əfəl, sadəlövh şeir bülbülləri qismində görünürlər.
Halbuki əsərin inkişaf xətti boyunca bu “neqativ”
informasiya təkzib ediləcək və aydın olacaq ki, Gülnaz
və Sərvər, əslində, diribaş, gözüaçıq, qadağa və
yasaqları veclərinə almayan vücudlardır. Elə isə
məntiqsizlik adamı bir az da çaşdırır. Bəyəm Sərvər
milli adət, şakər və yasaqlarla bağlı min bir əngəli,
qorxu-hürkünü, hər tin başından boylanan bir lopabığ
qoçunun hədəsini gözünün qabağına gətirib Rüstəm bəyin
malikanəsinə ona görə dürtülüb ki, Gülnazla birgə
FÜZULİDƏN qəzəl oxusun? Qəzəl oxumağa yermi qəhətdi?
Əlbəttə ki, yox. Onda belə bir səhnə dramaturqun
nəyinə lazım? Bəzi nəzəriyyə “əskər”ləri söyləyəcəklər
ki, bu, normaldır, operetta mətni belə tələb edir.
Afərin! Amma, maarifçilər demişkən, gəlin, bir balaca
huşyar olaq. Məgər bu səhnə Qeys ilə Leylinin
məktəbdəki görüşünü xatırlatmır? Bəyəm Sərvər və
Gülnaz eşq barəsində çoxlu şeir
əzbərləmiş
“məktəblilər” kimi davranmırlar? Üzeyir bəy əsərin
əvvəlində İDİLLİYA OVQATI yaratmaqla, haradasa səhnəni
DONUQ TABLOYA, qəhrəmanları isə təzəcə rəsm edilmiş
PORTRETLƏRƏ bənzətməklə, miniatür müsəvvirliyinə xas
teatrallığı bir az da gücləndirib personajları
“oxuyan” kuklalara çevirməklə məlum bir sərgüzəşti
sanki yenidən tamaşaçıların yadına salır, Leyli və
Məcnunu bərbəzəkli HAŞİYƏ içində bir EMBLEM kimi
məsxərəyə daxil edir, sitatlaşdırır. Daha doğrusu,
pyesin başlanğıcında Gülnaz və Sərvər LEYLİ ilə QEYSİ
“oynayırlar”, haradasa Şərq aləmində qəbul edilmiş
AŞİQ və MƏŞUQƏ rəmzlərini “göstərirlər”, öz ədəbi
“şəcərə”lərini eyhamlaşdırırlar. Lakin bu kübar
“idilliya” XX yüzilin eşqlə bağlı ən böyük və ən hay-
küylü azərbaycanlı
fırıldağının təsirilə tez
59
dağıdılır. Nə üçün? Çünki zəmanə aşiqlərinin xəmiri,
onların məsumcasına qəzəl oxumalarına baxmayaraq,
tamam başqa mayadan yoğrulub. Eşq oduna şam tək əriyən
Leyliylə (bu adda bir su kimilik, yumşaqlıq,
tükənməzlik var) gözəl Gülnazın (bu adın səs
partiturasından isə XX əsrin ərköyünlüyü boylanıb
adamın gözünün içinə dik baxır) heç bir oxşar cəhəti
yoxdur. Gülnaz öz sevgisi naminə hər bir kələyə razı
olan, heç nədən utanıb-çəkinməyən, abır-həyasından vaz
keçmiş və Avropa həyat tərzinə meyl edən bir
pərizaddır. Sərvər isə işbaz, cüvəllağı bir “student
baba”dır, yəni məcnunluqdan uzaq bir adamdır. Bu cür
eyham xarakterli sadə dekorativ ekspozisiya ilə Üzeyir
bəy artıq pyesin əvvəlində “Leyli və Məcnun”a
zarafatyana öcəşməyə, lağ və şəbədə eləməyə hazır
olduğunu bildirir və odur ki, elə məclisin ilk
epizodunda Leyli və Məcnunun XX yüzilin tərs
perspektivindən görünən portretini verir. Bu, xalis
məsxərə əlamətidir, məsxərə nişanəsidir, şəbədə
elementidir, məsxərənin başlanmasına işarədir.
“O olmasın, bu olsun” məsxərəsinin əsas “məcnun”u
Sərvər yox, Məşədi İbaddır. Pyesdə Məşədi barəsində
hamıdan öncə onun birbaşa “rəqib”i Sərvər danışır,
deyir ki, İbad kişi “dövlətli, ancaq qorxunc bir
qocadır”, potensial xortdandır, əprimiş bir vücuddur.
Məşədinin həqiqətini
şişirdib ona şayiə donu
geyindirməklə, Məşədinin “qara piar”ını Sərvər burada
öz rəqibinin məğlubiyyətinə çalışır, Sənəmin və
Gülnazın yanında onu gözdən salır, İbad kişinin arvad
almaq şansını bilərəkdən azaldır. Çox çəkməyəcək ki,
bu, artıq Üzeyir bəyin bir ədib kimi məharətidir,
Rüstəm bəyin özü də mahiyyətə varmadan Sərvərin
məlumatını təsdiqləyəcək, qızına Məşədidən qorxmamağı
məsləhət görəcək və bununla da gələcək kürəkəninin
evlənmək iddiasına növbəti zərbə endirəcək. Bu vaxt
Sənəm də fürsəti qaçırmayacaq, barıt çəlləyi kimi
partlayıb mikroşivən qoparacaq və Məşədinin qarasına
ürəyindən keçəni söyləyəcək, onu biabır edəcək.
60
Soruşula bilər: Məşədi İbadın özü hələ araya
çıxmamışdan öncə bu nə haray-həşirdi (qara piardı)
belə? Məsələnin çox sadə izahı var: hamı qeyri-rəsmi
şəkildə Məşədiyə, - “yox”, - deyir və istəmir ki,
gözəl Gülnaz “qoca” və “kifir” İbad kişinin arvadı
olsun, halbuki artıq iş-işdən keçib, Rüstəm bəylə
Məşədi danışıb, sövdələşib, behləşiblər. Qız onundur,
vəssalam. Belə bir çətin psixoloji duruma düşmüş
Rüstəm bəydən ötrü ən vacib problem rədd cavabını
RƏSMİLƏŞDİRMƏKDƏN ibarətdir. Lakin necə? Heç elə şey
olurmu ki, Qafqazda kişi vədə xilaf çıxsın, verdiyi
sözə əməl eləməsin? Əsla. Elə bütün OYUN, MƏRƏKƏ də
məhz bu məqam üzərində qurulub. Bu oyunun baş
tutmasını gerçəkləşdirən fakt isə “hə” və “yox”
cavablarının yerinin səhv düşməsidir, onlar arasındakı
məsafənin aradan götürülməsidir. “O olmasın, bu olsun”
şəbədəsində “hə” “yox”a bağlıdır, “yox” da “hə”yə.
Öncə Rüstəm bəy Məşədi İbada birmənalı şəkildə “hə”
deyib. Mənim
şərti
şəkildə
“elçilik-həngamə”
adlandırdığım səhnədə bu “hə” rəsmiləşdirilməlidir.
Amma ziyafətdə tamam ayrı bir oyun oynanılır: faktiki
olaraq Məşədiyə qeyri-rəsmi şəkildə anladılır ki,
iddiasından əl çəksin. Soruşan lazım ki, bahalı bir
qonaqlıq gün-gündən kasıblaşan Rüstəm bəyin nəyinə
gərək? Əslində müflisləşmiş bəy hay-küy salmadan
qızını ər evinə köçürməlidir ki, eşidib-bilən ona tənə
vurmasın, şəbədə bağlamasın. Lakin Rüstəm bəy bunun
tərsinə iş görür: camaatı toplayır evinə ki, bəs nə
var, nə var... öz gözəl qızı “madmazel” Gülnazı 50
yaşlı dul kişiyə ərə verir... Ziyafət məhz “hə”nin
“yox”a çevrilməsi üçün bir şansdır.
“Elçilik” adına düzənlənən hər bir məclis toyun
afişasıdır, bir növ qohum-qonşu qarşısında açıq
hesabatdır. Hərçənd Rüstəm bəy vəziyyəti nəzərə alıb
ziyafətdən vaz keçə bilərdi. Amma o bunu eləmir. Nə
səbəbə? Məncə, Rüstəm bəyin özü, hələ Sərvərdən xəbəri
olmaya-olmaya, Məşədini tələyə salmaq istəyir: ziyafət
bəhanəsiylə “kürəkəni” camaata göstərir, əgər belə
Dostları ilə paylaş: |