67
gerçəkləşdirməyi bacarmayan məğmun birisidir. Ona
görə də rəsmi mədəniyyətdə “əzizlənən”, aliqədr
sayılan Məcnun kimi şair-filosof, ruh adamı olan
qəhrəmanlar xalqın meydan mədəniyyətinin, gülüş
mədəniyyətinin kontekstində heç cür özlərini doğrulda
bilmirlər, çoxsaylı məsxərə və lətifələrin mövzu
mənbəyinə çevrilirlər.
Üzeyir bəy də Füzulinin “Leyli və Məcnun”
poemasında söz gövhərlərindən və sufi davranış
cədvəllərindən üzlənən fəlsəfi-etik dəyərlərin, yüksək
idealların, romantik vəziyyətlərin, yaşantıların
xalqın meydan həyatının kobud realizmi və sadə dəmir
məntiqilə qarşılaşdığı zaman cılızlaşdığını, heçə-
puça, şəbədə, zarafat obyektinə döndüyünü görmüşdü və
bunu “Məşədi İbad” məsxərəsində ifadə etmişdi. Niyə?
Onu bu işə qol qoymağa məcbur edən hansı mənəvi-
psixoloji səbəblər vardı? Hər şeydən öncə dahi
bəstəkar və maarifçi istəmişdi ki, klassik məhəbbət
mövzusuna münasibətdə baxım bucağını dəyişsin, onu
xalqın meydan mədəniyyətinin gülüş modellərinə uyğun
bir tərzdə yeni rakursdan işıqlandırsın, müqəddəs,
ülvi, sakral sayılanı kobud materiyada sınağa çəksin.
İkincisi: “O olmasın, bu olsun” şəbədəsini yazmaqla
Hacıbəyli cənabları “Leyli və Məcnun” operasının
üzərində işlədiyi vaxt Füzuli poemasından, bu poemanın
motivlərindən, fəlsəfi mənalarından aldığı emosional
təsirdən azad olmağa, onun cazibəsindən, sehrli magik
çənbərindən qurtulmağa səy göstərmişdi, mədəniyyətdə
dolaşan “Leyli-Məcnun” kabusu əleyhinə,
M.F.Axundzadədən fərqli, məxfi qiyam qaldırmışdı.
Üçüncüsü: Üzeyir bəy “Leyli və Məcnun” poemasını tam
şəkildə özünküləşdirdikdən sonra, yəni əsərin bütün
məna düyünlərini açdıqdan, cövhəri qiyafədən
ayırdıqdan, olayların psixoloji gerçəkliyinin
həqiqətini aşkarladıqdan sonra görmüşdü ki, məşhur
əfsanənin yazılı ədəbiyyata köçmüş qəhrəmanları
BƏDƏNSİZDİRLƏR'>BƏDƏNSİZDİRLƏR, bilmərrə RUHDURLAR, YALXI İDEYALARDIR.
Ona görə də Üzeyir bəy çalışmışdı ki, “Məşədi İbad”
68
məsxərəsinin hadisə və faktlarını birbaşa BƏDƏN
(ontoloji bədən, psixoloji bədən, sosio-kulturoloji
bədən) və onun tələbatları üzərində qurub-quraşdırsın.
Xalqın meydan mədəniyyətinin mərkəzində İDEYA yox, RUH
yox, BƏDƏN dayanır. Bədən burada ontoloji, sosio-
kulturoloji dəyərdir, meyardır, ölçüdür, etalondur.
Meydanda bütün mənalar bədənə görə fokuslaşdırılır.
Odur ki, Üzeyir bəy “Leyli və Məcnun” operasını
bəstələrkən alqışladığı ideyaları, yaşantı
və
dəyərləri bir müddət keçincə tamamilə əks bir mövqedən
yoxlamağa, saf-çürük eləməyə, sınağa çəkməyə
başlamışdı: bu dəfə xalqın meydan mədəniyyətinin,
gülüş mədəniyyətinin içindən boylanıb öz köhnə, kübar,
sevimli qəhrəmanlarına baxmışdı və anlamışdı ki,
onların faciəsinin bir nömrəli şərti BƏDƏNSİZLİKDİR.
Elə buna görə də Üzeyir bəy “O olmasın, bu olsun”
məsxərəsində “Leyli və Məcnun”un, bir qədər kobud
səslənsə də, astarını üzünə çevirmişdi və bir daha
isbata yetirmişdi ki, “ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR”,
yəni hər hansı bir gözəl bədii uydurma həyat
məntiqinin sınağından keçə bilməyəndə MƏSXƏRƏ üçün,
ŞƏBƏDƏ üçün sonsuz imkanlar açır.
ŞӘRQLİ DON JUAN MӘŞӘDİ İBAD
yaxud
“QARAGÖZ”ÜN POTENSİAL QӘHRӘMANI
Hacıbəyli cənabları “O olmasın, bu olsun”
məsxərəsinin neqativdə görükdürülən qəhrəmanını nədən
“İBAD” adlandırıb? Təkcə ona görəmi ki, bu adın
“məşədi” sözü ilə olduqca cingiltili və musiqili
bağlantısı var? Bəlkə də Üzeyir bəy Məşədi İbadı
Kərbəlayi Qubada (“Ər və arvad” operettasının
personajı) tay, qardaş bildiyindən onların adlarını da
həmqafiyə götürüb? Hər halda bu gümanlardan heç biri
ciddi etiraz doğurmur: çünki mümkün həqiqət kimi
yozulur. Amma məsələ bununla tamamlanmır. Sən demə,
ərəbcə “ibad” sözü “qullar”, “kölələr”, “bədənlər”,
69
bəzən isə “insanlar” kimi mənalandırılır. Mən
məsxərənin kontekstini nəzərə alıb “ibad” sözünün
bildirdiyi sonuncu mənanı ixtisar edirəm. Razılaşın
ki, Məşədi İbadın Məşədi İnsan kimi təqdim edilməsi
tədqiqatçıya heç nə vermir, əsərin bədii qayəsi,
janrı, hüsnü ilə uyuşmur. “Kölə” mənasına gəldikdə isə
söylənilməlidir ki, “İbad” sözü “İbadullah” adının
azərbaycanlılar arasında qısaldılmış variantıdır.
Ərəblər Allah quluna “Əbdallah” (Abdullah) deyirlər.
“Əbd”in cəmiysə “ibad” olur. Odur ki, Məşədi İbad
əvəzinə Məşədi Kölə də demək mümkündür. Amma nə olsun
ki? Bu bizə trafaret cavabdan savayı yeni nə anladacaq
ki? Məşədi, axı, nəyin köləsidir? İctimai-sosial
vəziyyətin, dini görüşlərinin, pulunun, yoxsa
ehtirasının, iddiasının? Məncə, hamısının... və burada
əbəs yerə baş sındırmağına dəyməz. Azərbaycanın fikir
işçiləri çoxdan sübut ediblər ki, Məşədi İbad sosial
bir tipdir, bilmərrə mənfi bir vücuddur. Düzdür, o,
vələdüzna və kələkbaz deyil; nə rəzildir, nə yalançı:
amma “dolmanı və nanı” xəlvəti nuş eləyib özgələrlə
işi olmayan, milləti, dünyanı vecinə almayan biar,
yəni arsız bir adamdır. Arsız olmasaydı, dördüncü dəfə
evlənmək həvəsinə düşməzdi ki... Hərçənd ki, bu, onun
şəxsi işidir. Cəmiyyətin molla, bəy, tacir təbəqəsinin
yeyib harınlamış salim, laqeyd biganə nümayəndəsi kimi
Məşədi İbad XX əsr Azərbaycan mədəniyyətində tənqid
hədəfidir, gülüş obyektidir. Bunu danmaq nadanlıq
olur.
MİRZƏ ƏLƏKBƏR SABİR POEZİYASININ BÜTÜN HƏPƏND
PERSONAJLARI POTENSİAL MƏŞƏDİ
İBADLARDIR.
ƏZİM
ƏZİMZADƏ CƏNABLARININ ÇƏKDİKLƏRİ RƏSMLƏRDƏ MƏŞƏDİ
İBADLARIN HANSI NÖVÜNDƏN İSTƏSƏNİZ TAPMAQ MÜMKÜNDÜR.
Bu mənada Məşədi İbad obrazı millətin varlıq
səciyyəsinin məğzini özündə ifadə edirdi. Odur ki, XX
yüzilin əvvəllərində Məşədi İks tipinə, konkret
olaraqsa, tacir İbada yalnız ictimai-sosial
parametrlər çərçivəsindən yanaşmaq Üzeyir bəyi bir
sənətçi kimi qane edə bilməzdi. Həqiqətən, “O olmasın,
Dostları ilə paylaş: |