60
hesab olunur. Bu xərclər bir sıra qərarların qəbulunda müstəsna amil olaraq nəzərə
çarpır. Bu səbəbdən də xərclərin bu ünsürü həmin səviyyədə material və əmək
xərcləri kimi müstəqim xərclər qismində nəzərdə tutulmuşdur.
Funksional metoddan istifadə zamanı ABC sistemindən istifadə olunur. ABC
sistemi məqsəd olaraq məhsulların istehsalı yönündə istehsal fəaliyyətinin həyata
keçirilməsidir. stehsal fəaliyyətinin həyata keçirilməsi üçün resurslardan geniş
istifadə edilir. Resurslar isə öz növbəsində müxtəlif dəyərdə olan xərclərə əsaslanır.
ABC sistemi tətbiq edildiyi zaman istehsal xərclərinin uçotu iki mərhələdə həyata
keçirilməkdədir. lk mərhələdə bütün xərclər aid olunan fəaliyyətlər üzrə uçota alınır.
kinci mərhələdə isə xərc bölgü bazaları vasitəsilə faəliyyətinin məhsul tərəfindən
istifadə olunan dərəcəyə əsasən dəqiq hesablanan formada istehsal xərcləri
məhsulların maya dəyəri üzərində keçirilir.
ABC metodunda dörd əsas səbəbi göstərmək olar:
1. Beynəlxalq standartlarda vacib sayılan satış dərəcəsi və dövriyyə vaxtı kimi
qeyri-maliyyə göstəriciləri nəzərdə tutulur;
2. ABC sisteminin tətbiqi zamanı mükəmməlləşdiriləcək fəaliyyət növlərinin
aşkara çıxarılması;
3. Son vaxtlar ümumistehsalat və ümumtəsərrüfat xərclərinin payının artması
daha dəqiq sistemin tətbiqini tələb edir;
4. Hər bir məhsul növünə görə maya dəyərinin hesablanılması dəqiqləşir.
ABC sistemi gizli mənfəət və zərəri çıxartmaq imkanına malikdir. Bu nəticəyə
ilk gələn alim, ABC sisteminin yaradıcılarından biri sayılan Kaplan olmuşdur.
2004-cü ildə aparılan təcrübələr onu göstərdi ki, 1985-ci ildən bəri bu sistem istehsal
uçotunun innovasiyaları haqqqında ən çox yazılanıdır. Bu qənaətə Broun, Cakkobe,
Buz və s. alimlər gəlmişlər.
ABC metodunun digər metodlardan bir sıra üstünlükləri vardır. ABC metodu
müəyyən proseslər tərəfindən tələb olunan resurslara əsaslanır. ABC metodunda
istifadə olunan bölüşdürmə bazalarının inzibati xərclərlə bir sıra sıx əlaqələri
61
mövcuddur. Bu səbəbdən də istehsal xərclərinin uçotu daha dəqiq aparılmaqdadır və
ona qoyulan qiymətlər daha da reallıqla üst-üstə düşür.
Bir sıra ümumistehsalat və ümumtəsərrüfat xərcləri məhsul xərcləri və
bölüşdürülmə bazaları ilə zəif əlaqəyə malikdir.
62
III Fə sil. Beynə lxalq və Milli Mühasibat uçotu
Standartları ə sasında gə lirlə rin uçotda ə ks etdirilmə si
xüsusiyyə tlə ri
3.1 Malların satış ından və xidmə tlə rin göstə rilmə sində n
alınan gə lirlə rin sintetik və analitik uçotu
Mühasibat uçotu informasiyalarından istifadə edənlər ümumilikdə müxtəlif
ə
mlak növləri göstəricilərinə, onların formalaşması mənbələrinə və həm də ayrı-ayrı
təsərrüfat proseslərinə dair məlumatları əldə etməlidirlər. Həmin informasiyaların
istifadə olunması xarakterindən və mahiyyətindən asılı olaraq, onlar cəmlənmiş şə-
kildə müəyyən ölçü vahidləri üzrə tərtib olunur. Müxtəlif informasiyalardan istifadə
edənlər, onların tərtib olunması formasına qarşı müxtəlif tələblər irəli sürürlər.
Məsələn, hər bir firma rəhbərini istehsal ehtiyatlarının təmin olunması
vəziyyəti, sex rəisini isə istehsal ehtiyatlarının çeşidi informasiyaları nisbətən daha
çox maraqlandırır. Bu göstəricilərdən sexin istehsal proqramının yerinə yetirilməsi,
müəyyən olunmuş çeşidlər üzrə hazır məhsul buraxılışı, avadanlıqların istehsal gü-
cündən istifadə, fəhlə qüvvəsindən istifadə olunması və s. asılıdır. Bütün bunlara
uyğun olaraq mühasibat uçotunda tələb olunan göstəricilərin əldə olunması üçün sin-
tetik və analitik hesablardan istifadə olunur. Buradan da aydın olur ki, bütün iqtisadi
subyektlərdə sintetik və analitik uçot aparılır. Belə uçotun təşkili və aparılması
sistemi mühasibat uçotunun əsasını müəyyənləşdirir.
Bu əsasda da mühasibat uçotu hesabları müəssisə balansı maddələrinə uyğun
olaraq sintetik və analitik hesablara bölünür.
Mühasibat uçotunun sintetik hesablarında müəssisə əmlakının iqtisadi qrupları
göstəriciləri, onların formalaşdırılması mənbələri və bütün təsərrüfat əməliyyatları
pul ifadəsində, cəmləşmiş formada əks olunur. Lakin iqtisadi subyektin istehsal və
təsərrüfat-maliyyə fəaliyyətinin idarə olunması, bazar iqtisadiyyatı şəraitində onun
63
yerini qiymətləndirmək, ayrı-ayrı təsərrüfat əlaqələri olan müəssisələrlə hesablaşma
vəziyyətinə nəzarət etmək üçün ümumi göstəricilər kifayətli deyildir və bunun üçün
hər bir satıcı təşkilatın verdiyi materiallara dair ətraflı məlumat olmalı, hər bir alıcıya
satılan məhsulun həcmi, çeşidi, istehsal olunmuş məhsulun çeşidi, müəssisədə işləyən
bütün işçilərin göstəriciləri və s. barədə göstəricilərin olması vacibdir. Ona görə də
analitik hesabların açılması vacibdir. Buna səbəb sintetik hesabların iqtisadi
göstəricilərini genişləndirməkdir. Analitik hesablarda aparılan uçot analitik uçot
adlanır.
Mühasibat uçotunda sintetik hesab əmlakın, kapitalın, maliyyə nəticələrinin və s.
müəyyən edilmiş növü üzrə təyin edilmiş əlamətlərinə görə ümumiləşdirilmiş
məlumatların qruplaşdırılmasına xidmət edir. Analitik hesab isə sintetik hesabın
daxilindəki şəxsi, material və başqa hesablardakı məlumatları daha təfsilatı ilə
qruplaşdırır.
Müəssisədə əsas əməliyyat gəlirləri 601 N-li "Satış" , 602 N-li "Satılmış
malların qaytarılması və ucuzlaşdırılması", 603 N-li "Verilmiş güzəştlər"
hesablarında uçota alınır. 601 N-li "Satış" hesabında əsas fəaliyyətlə bağlı malların
satışı, ximət göstərilməsi, royalti, tikinti müqavilələrindən, icarədən və s. satış
ə
məliyyatlarından daxilolmalar uçota alınır.
601 N-li "Satış" hesabının kreditində tikinti müəssisələrində başa çatdırılmış
tikinti obyektlərinin, və ya subpodrat müqavilələri əsasında yerinə yetirilmiş işlərin
sifarişçilərlərlə podratçı, yaxud subpodratçı arasında hesablaşmalar üçün əsas sayılan
sənədlər əsasında müəyyən olunmuş dəyəri əks etdirilir. Bu əks olunmalar 171 və 211
N-li hesbalar ilə müxabirləşir.
Hesabat ilinin sonunda maliyyə nəticələrini müəyyən etmək məqsədilə satış
hesablarında heç bir qalıq qalmamaq şərtilə 801 N-li hesabat silinməkdədir.
Əgər müəssisədə satılmış malların geri qaytarılmasını qəbul etmək siyasətini
tətbiq olunursa, qaytarılmış malların məbləği 602 N-li hesabın debetində, pul
vəsaitlərinin uçota alındığı hesabların isə kreditinə silinir.
Dostları ilə paylaş: |