64
Misala nəzər yetirək: Müəssisə zəmanət də aid olmaq şərti ilə 95 ədəd qiyməti
30000 manat olan soyuducu satmışdır. Bunlardan 5-i standartlara uyğun gəlmədiyi
üçün geri qaytarılmışdır. Onda bu zaman aşağıdakı yazılışlar qələmə alınır:
Hazır məhsul, mallar və digər məhsullar alıcıya təqdim edilir:
Debet 171 N-li "Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları"
hesabı - 28470 manat
Debet 211 N-li " Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
hesabı- 28470 manat
Kredit 601N-li "Satış" hesabı - 28470 manat
Nağd satışdan kassaya daxil olmuşdur:
Debet 221 N-li "Kassa" hesabı - 2475 manat
Kredit 601N-li "Satış" hesabı - 2475 manat
Əmək haqqı hazır məhsulla verilmişdir:
Debet 533 N-li "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" hesabı- 9145
manat
Kredit 601N-li "Satış" hesabı - 9145 manat
Hesabat dövrünün sonunda satış mənfəətə silinir:
Debet 601N-li "Satış" hesabı - 40090 manat
Kredit 801N-li "Ümumi mənfəət (zərər)" hesabı - 40090 manat
Soyuducu satılıb, cəmi 95 ədəd:
Debet 211 N-li " Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
hesabı - 28500 manat
Kredit 601N-li "Satış" hesabı - 28500 manat
5 ədədi geri qaytarılıb:
Debet 602 N-li "Satılmış malların qaytarılması və ucuzlaşdırlması" hesabı-
1500 manat
Kredit 223 N-li "Bank hesablaşma hesabları" hesabı - 1500 manat
65
Digər bir misalda isə müəssisə 1 qutusunun qiyməti 6 manat olmaq şərtilə 160
qutu qazlı içki satıb. Əgər alıcı 100 qutudan artıq alırsa, artıq alınmış hər qutu üçün
20% güzəşt olunur. Buradakı mühasibat yazılışları aşağıdakı kimidir:
Hazır məhsul, mallar və digər məhsullar alıcıya təqdim edilir:
Debet 171 N-li "Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları"
hesabı - 28470 manat
Debet 211 N-li "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
hesabı- 28470 manat
Kredit 601N-li "Satış" hesabı - 28470 manat
Nağd satışdan kassaya daxil olmuşdur:
Debet 221 N-li "Kassa" hesabı - 2475 manat
Kredit 601N-li "Satış" hesabı - 2475 manat
Əmək haqqı hazır məhsulla verilmişdir:
Debet 533 N-li "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" hesabı- 9145
manat
Kredit 601N-li "Satış" hesabı - 9145 manat
Hesabat dövrünün sonunda satış mənfəətə silinir:
Debet 601N-li "Satış" hesabı - 40090 manat
Kredit 801N-li "Ümumi mənfəət (zərər)" hesabı - 40090 manat
160 qutu qazlı içki satılmışdır:
Debet 211 N-li "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" hesabı
- 960 manat
Kredit 601 N-li "Satış" hesabı - 960 manat
100 qutudan artıq oalınan hər qutu üçün 20 % güzəşt olunmuşdur:
Debet 603 N-li "Verilmiş güzəştlər" hesabı - 72 manat
Kredit 211N-li " Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
hesabı - 72 manat
Gəlirlərin sintetik və analitik uçotunun aparılması zamanı sair əməliyyat
gəlirlərinə də xüsusi diqqət yetirilməlidir. Sair əməliyyat gəlirləri 611 N-li "Sair
66
ə
məliyyat gəlirləri" hesabında uçota alınır. Bu gəlirlər əsas fəaliyyət növünə aid
edilməyən gəlirlər daxildir. Eyni zamanda uzunmüddətli aktivlərin satışı, yenidən
qiymətləndirilməsi üzrə artırılmış məbləğlər, əvəzsiz olaraq alınmış aktivlər,
cərimələr, əvvəlki illərin gəlirləri, silinmiş ümidsiz borclərin və material
ehtiyatlarının bərpa olunan məbləğləri aid edilir.
Aşağıdakı misala nəzər yetirək:
Müəssisənin fəaliyyət sektoru rabitə xidmətidir. Balanslarında olan 2 ədəd
avtomobil 17000 manata satılmışdır.
Debet 217 N-li ""Digər qısamüddətli debitor borcları" hesabı- 17000 manat
Kredit 611 N-li "Sair əməliyyat gəlirləri" hesabı - 17000 manat
Digər bir misalda isə dəyəri 12500 manat olan silinən generatorun 980 manat
məbləğində qiymətləndirilən bir hissəsi təsərrüfata yararlı hesab olunur.
Debet 207 N-li "Digər ehtiyatlar" hesabı- 980 manat
Kredit 611 N-li "Sair əməliyyat gəlirləri" hesabı - 980 manat
Mühasibat uçotunun hesablar planında hesablar onların iqtisadi təyinatına əsasən
bölmələr üzrə qruplaşdırılmışdır. Mühasibat uçotu hesablarının bölmələr üzrə təsviri
hesablar planında nəzərdə tutulmuş ardıcıllıqla verilir.
Hər bir sintetik hesab şərh edildikdən sonra digər sintetik hesablarla
müxabirləşməsinin
nümunəvi
sxemi
göstərilmişdir.
Nümunəvi
sxemdə
müxabirləşməsi nəzərdə tutulmayan təsərrüfat fəaliyyəti faktları baş verməsi
ehtimalında, müəssisələr mühasibat uçotunun aparılmasını göstərilən təlimatla müəy-
yən edilmiş əsas metodiki prinsiplərinə riayət etməklə müxabirləşməyə əlavələr edə
bilərlər.
3.2 Faizlə
rdə
n, royalti və
dividendlə
rdə
n yaranan
gə
lirlə
rin sintetik və
analitik uçotu;
Kommersiya təşkilatlarının əksəriyyəti üçün gəlir, əsasən aşağıdakı
fəaliyyətlərin birindən (və ya bir neçəsindən) əldə olunur:
Malların satışı;