54
Xərclərin bölüşdürülməsinin birinci mərhələsi müəssisədə uçot sistemində
xərclərin hər bir maddəsi üçün resursların istehlakını əks etdirən məlumatlara
ə
saslanmışdır.
Misal: Müəssisə fəaliyyətinin on müxtəlif növü var,dolayı əməkhaqqı isə burada
xərclərin bir maddəsini əks etdirməkdədir. Müəyyən etmək lazımdır ki, dolayı
ə
məkhaqqının ümumi məbləğindən hansı faizi fəaliyyətin hər bir növünə aid etmək
məqsədə uyğun olardı. Bölüşdürmənin birinci mərhələsində xərclərin hər bir
maddəsinə istinad edərək ümumi məbləğ hesablanılan faizə vurulmalıdır. Misal üçün,
ə
gər qeyri-müstəqim əmək xərclərinin 10%-i fəaliyyətin "avadanlığın saz hala
gətirilməsi" növü üzrə istehlak olunmuşdursa, onda müvafiq olaraq dolayı
ə
məkhaqqının 10%-i fəaliyyətin sözü gedən növünə aid olunmalıdır. Bölüşdürmənin
birinci mərhələsinin son nəticəsi göstərir ki, xərclərin hər bir maddəsi faəliyyətin
növlərinə əsasən qruplar üzrə bölüşdürülür.
Resurs daşıyıcılarından istifadə olunmaqla bölüşdürmə bütövlükdə ənənəvi uçot
sistemində mövcud xərclərin bölmələr arasındakı bölüşdürülmələrinə bənzərdir.
kimərhələli bölüşdürmənin birinci mərhələsi ABC sistemində və ənənəvi metoda aid
sistemlərdə bir sıra hallarda təkrarlanmaqdadır. Fərq isə bundadır ki, birinci halda
xərclər fəaliyyət növlərinə, ikinci halda isə struktur bölmələrinə aiddir.
Funksional sistemdə istifadə olunan ölçülər ənənəvi sistemin ölçülərindən bir sıra
xüsusiyyətlərinə görə fərqlənə bilər.
Fəaliyyət növlərini hər hansı baş verən bir hadisə kimi başa düşmək olar. Bu
zaman resurslar istehlak olunur. Onların əsas funksiyaları son məhsula çevrilməklə
başa çatmış hesab edilir.
Fəaliyyət növlərinin hansı xarakterə malik olması sualı meydana çıxır, çünki
müasir dövrdə praktikada heç bir siyahı təqdim edilməmişdir. Müxtləif müəssisələrdə
yerinə yetirilən faəliyyət növləri bir-birlərinə bənzəsə də, onların fərqləndirilməsi
vacibdir. Bu fərqləndirməni isə funksional metodu tətbiq etməklə əldə etmək
mümkündür.
55
Fəaliyyət mərkəzində bir-biri ilə qarşılıqlı əlaqəli və özünəməxsus funksiyalar
cəmləşmişdir. Fəaliyyət mərkəzi ilə əlaqəli olan xərclər, sözü gedən mərkəzə daxil
edilən fəaliyyət növləri üzrə xərclərin cəminə bərabərdir. Fəaliyyət mərkəzi, adətən
məsuliyyət mərkəzinə uyğun olur, və ya ənənəvi bölmə kimi hesab olunur. Buna
misal olaraq mühasibatlığı göstərmək olar. Kiçik müəssisələrdə fəaliyyət növləri üzrə
xərc qrupları fəaliyyət mərkəzləri üzrə cəmləşdirilməyə də bilər. Buna baxmayaraq
bütün hallarda fəaliyyət mərkəzləri ABC -yə aid bir çox sistemlərdə çox mühüm rol
oynayır.
Fəaliyyət növlərinə əsasən resursların bölüşdürülməsinin nəticəsi olaraq
faəliyyətin həmin növünə aid olan bütün qarşılıqlı əlaqəli xərcləri özündə birləşdirmiş
xərc qruplarını (cost pool) özündə təcəssüm etdirir. Bir sıra hallarda "fəaliyyət
növləri" və "fəaliyyət növləri üzrə xərc qrupları" bir-birlərini əvəzləyən terminlər
kimi ədəbiyyatlarda istifadə edilir.
Fəaliyyət növləri üzrə xərclər fəaliyyətin ölçüsü adlandırılır. Onlar, adətən
fəaliyyətin həcmi vahidində əks etdirilir. Fəaliyyətin ölçüsü giriş və çıxış
parametrlərinə malik ola bilər. Bu ölçü fəaliyyət növünün fiziki tərkibini də əks
etdirir. Misal olaraq, fəaliyyət növünün giriş parametri deyildiyi zaman "təchizat",
çıxış parametri deyildiyi zaman isə rəsmiyyətə salınmış alış kontraktı nəzərdə tutulur.
Faəliyyətin həmin növünə məxsus xərcləri həm sifariş dəyəri, həm də kontrakt dəyəri
kimi əks etdirmək olar. Bütün hallarda fəaliyyət ölçüsünün seçiminin
müəyyənləşdirilməsi prinsip etibarı ilə çox mühüm amildir. Belə bir ölçü fəaliyyəti
həcminə, müvafiq surətdə xərclərə təsir edən amilləri dəqiqləşdirməyə şərait yaradır.
Fəaliyyət ölçüsü minimum həmcins və qənaətcil olmalıdır.
Xərc qrupları ikinci mərhələ xərclərinin daşıyıcılarının köməyi ilə kalkulyasiya
obyektləri arasında bölüşdürülür. Sözü gedən bu mərhələ fəaliyyət növlərinə aid
kalkulyasiya obyektləri üzrə istehlak olunmasına qiymət vermək məqsədilə nəzərdə
tutulmuşdur. Xərclərin qəbul olunan daşıyıcısı fəaliyyət növlərinin əsas çıxış
parametrləridir. Praktikada xərclərin daşıyıcısı bir çox hallarda fəaliyyət ölçülərinin
çıxışına baxmayaraq konseptual nöqteyi-nəzərdən müxtəlif hesab olunurlar.
56
Fəaliyyət növləri və daşıyıcıları arasındakı fərqlərə nəzər yetirmək üçün bir
misala baxaq: Alış kontraktlarının sayının seçilməsi təchizat şöbəsinin yerinə
yetirdiyi işlərin həcmini müəyyən etmək məqsədi daşıya bilər. Bu kontraktların sayı
öz növbəsində "materialların satın alınması" növünü təmsil edir. Verilmiş bu
vəziyyətdə xərclərin ilkin daşıyıcı kimi istehsal edilmiş məhsulların miqdarı və vahid
məhsul üçün vacib sayılan xammal və detalların həcmi çıxış edəcəkdir. Bu səbəbdən
də təsəvvür edilsə ki, alış kontraktlarının sayı alış xərcləri üçün daşıyıcı qismində
çıxış edir, həmin zaman o anlayışlar qarışa bilər. Halbuki kontraktların bağlanılması
xərcləri yaradır və nəticə etibarı ilə kontraktların sayı ikinci hesab edilir. lkin
daşıyıcı üçün qəbul olunmuş ölçü forması olmasa da, alış kontraktlarının miqdarı
müntəzəm şəkildə alış xərclərinin məhsullara aidiyyatı məqsəd üçün lazımi qədər
dəqiq alət kimi sayılır.
Xərc daşıyıcıları mahiyyət etibarı ilə əməliyyatlara, zamana, fəaliyyət növlərinin
intensivliyinə, onların faizlə nisbətinə də əsaslana bilər.
Əməliyyat proseslərinə əsaslanan xərc daşıyıcıları fəaliyyət növlərinin necə
davam etdiyini hesablamağa imkan yaradır. Bu xərc daşıyıcılarına avadanlıqların saz
hala gətirilməsinin sayını, materialların yerdəyişməsinin sayını, yoxlanılmaların
sayını və s.-ni göstərmək olar. Alınmış nəticələr fəaliyyətin eyni növlərinə eyni
tələbatı formalaşdıran zaman, əməliyyatlara əsaslanan xərc daşıyıcıları tətbiq edilə
bilər. Sözü gedən formada olan xərc daşıyıcıları daha qənaətcil hesab olunur. Bu
daşıyıcılara giriş hər bir zaman üçün açıqdır. Fəaliyyət növlərinin yetirildiyi bütün
hallarda bu əməliyyatlar baş verməkdədir.
Digər növ xərc daşıyıcıları isə vaxta əsaslanır. Bu daşıyıcılar fəaliyyət növlərini
həyata keçirmək məqsədilə nə qədər zaman tələb olunduğunu göstərir. Vaxta
ə
saslanan xərc daşıyıcılarına misal olaraq avadanlıqların saz vəziyyətə gəitilməsi
vaxtını, yoxlanılmaların keçirildiyi vaxtı, müstəqim adam-saatları və s.-ni göstərmək
olar. Müxtəlif məhsul buraxılışı üçün fəaliyyətin həcmində müəyyən fəqliliklər
olduğu halda bu formada xərc daşyıcılarından istifadə edilir. Bu daşıyıcıları
hesablamaq üçün daha çox zaman və vəsaitə ehtiyac var.
Dostları ilə paylaş: |