44
stehsal xərclərinin təsnif olunması beynəlxalq standartlara görə həmin qərarlara təsir
etmə gücünə və xüsusiyyətlərinə görədir.
Dəyişkən, daimi, hissəvi-daimi və hissəvi dəyişkən xərclərin istehsalat həcminin
müvafiq olaraq cəmi dəyişkən, cəmi daimi xərclərə görə dəyişməsi aşağıdakı
sxemlərdə göstərilmişdir:
Dəyişkən xərclər:
Cəmi dəyişən xərcələr
stehsalat həcmi
Hissə vi-daimi xə rclə r:
Cəmi daimi xərclər
stehsalat həcmi
Sabit xərclər məhsulların müxtəlif növündən, kəmiyyətindən asılı olaraq
formalaşır. Bu xərclər istehsal prosesində əmələ gəlir.
Dəyişən xərclər isə müxtəlif məhsulların istehsalı, həcmi ilə bilavasitə bağlıdır.
Eyni sahəyə çəkilən xərclərin artıb-azaldıqda dəyişməsini, və ya yeni texnologiyanın
45
tətbiqini, gübrələrdən istifadəni və s. misal çəkmək olar. Bunlar xərclərin
dəyişməsinə səbəb olur.
Daimi xə rclə r:
Cəmi daimi xərclər
stehsalat həcmi
Sabit və dəyişən xərclər mahiyyət etibarı ilə fərqlənsələr də onlar arasında
qarşılıqlı əlaqə mövcuddur və bir-birlərini tamamlayırlar. Bu zaman sabit və dəyişən
xərclər istehsala çəkilən xərcləri əks etdirir və ümumi istehsal xərclərini
formalaşdırır.
Məhsul vahidinə çəkilən xərclərin maya dəyərinin mahiyyəti və əhəmiyyətinin
müəyyənləşdirilməsi istehsal xərcləri zamanı xüsusilə vacibdir. Sözü gedən bu
göstərici istehsal strukturlarını müqayisəli qiymətləndirilməsində, qiymətqoyma
prosesində, məhsulların rəqabət qabiliyyətinin formalaşmasında, mənfəətin hesablan-
ması və yüksəldilməsi tədbirlərinin hazırlanmasında əhəmiyyətli rol oynayır.
qtisadi ədəbiyyatda maya dəyəri termini orta istehsal xərcləri kimi də adlandırılır.
Maya dəyərini, yaxud orta istehsal xərclərini sabit və dəyişən xərclər üçün də
müəyyənləşdirmək mümkündür.
Orta sabit xərcləri və orta dəyişən xərcləri hesablamaq üçün ümumi sabit və
ümumi dəyişən xərclər istehsal olunmuş məhsulun həcminə bölünür.
Deməli orta sabit xərclər istehsalın həcmi artdıqca aşağı düşür, orta dəyişən
xərclər isə ilk baxışdan məhsulun həcminin artımı nəticəsində məhsul vahidinə görə
46
azalsa da məhsuldarlığın artımına yönəldilən xərclər hesabına yüksəlir.
stehsal xərcləri ilə mənfəət arasında qeyd olunan mütənasibliyin gözlənilməsində
ə
sas göstəricilərdən biri kimi son hədd xərcləri iqtisadi məfhumundan istifadə edilir.
Son hədd xərcləri dedikdə məhsul istehsalının artımı ilə əlaqədar formalaşan
ümumi istehsal xərclərinin yüksəlməsi səviyyəsi başa düşülür. Daha dəqiq desək, son
hədd xərcləri məhsul istehsalının artmasına yönəldilmiş xərclərlə əvvəlki istehsal
xərclərinin fərqinin bu zaman əldə olunan məhsulla əvvəl istehsal olunan məhsulun
həcmi arasındakı fərqə nisbəti ilə müəyyənləşdirilir.
Son hədd xərclərinin hesablanmasının mənfəətlə bağlılığı onunla izah olunur ki,
yaranmış fərq bazar qiyməti ilə müqayisəli təhlil edilir. Bu araşdırma qiymətlərin və
xərclərin, deməli mənfəətin səviyyəsi baxımından müqayisəli şəkildə əlverişli
variantı, daha səmərəli istehsal sahəsini, yaxud məhsul istehsalını əvvəlcədən proq-
nozlaşdırmağa şərait yaradır.
Birinci hal, yəni xərclərin artım səviyyəsinin məhsul istehsalının artımı ilə
nəticələnməməsi və ya istehsalın aşağı düşməsi torpağın keyfiyyəti ilə əlaqədardır.
Belə ki, bir neçə istehsal dövründə eyni sahəyə (növbəli əkin tətbiq etmədən, bəzi
hallarda növbəli əkin olsa belə) müxtəlif gübrələrin verilməsi torpağın istehsala zəruri
olan xassələrinin aşağı düşməsinə və itməsinə gətirib çıxarır.
kinci halda xərclər o səviyyədə artır ki, istehsalın artımından daşınmağa lüzum
qalmır, yəni xərclər bazar qiymətlərinin səviyyəsini ötür. Hər iki halın baş verməsi
son hədd xərclərinin hesablanmasını kölgədə qoyur.
Qeyd olunanların nəzərə alınması isə ona gətirib çıxarır ki, istehsalçı əvvəlcədən
xərclərini bazar qiymətlərinin səviyyəsi ilə istehsalın artımını mənfəətin səviyyəsi ilə
ə
laqələndirə və qiymətləndirə bilər.
Göründüyü kimi istehsal xərcləri nəticə etibarı ilə mənfəətə birbaşa təsir göstərir.
Çünki mənfəət satışdan əldə olunan pul vəsaiti ilə əmtəə istehsalı və satışı xərclərinin
fərqi kimi hesablanır.
47
Mənfəətin yüksəldilməsi məlumdur ki, hər bir istehsalçının başlıca məqsədidir.
Mənfəətin yüksəldilməsinin müxtəlif istiqamətləri mövcuddur.
lk növbədə məhsul istehsalının artırılmasına təsir edən və az xərc tələb olunan
tədbirlərə üstünlük verilməsi vacibdir. Qiymətlərin səviyyəsi ilə xərclər arasında
səmərəli nisbətin gözlənilməsi üçün yüksək keyfiyyətli əmtəə istehsalı diqqət
mərkəzində olmalıdır. Bu zaman bazarın tələbinə uyğun məhsul istehsalına üstünlük
verilməsi, çevik şəkildə istehsalda struktur dəyişikliklərinin bazara uyğunlaşdırılması
istehsalçının əsas vəzifələrindən olmalıdır. Deməli tələb və təklifin tarazlığı
mənfəətə də öz təsirini göstərə bilir.
Mənfəətin artırılmasının digər mühüm istiqaməti istehsalçının təkcə keyfiyyət
baxımından deyil, eyni zamanda digər əlamətlərə görə yüksək rəqabət qabiliyyətli
ə
mtəə istehsalına nail olması ilə bağlıdır. Bu onunla xarakterizə olunur ki, bir
tərəfdən eyni məhsulun çoxsaylı satıcısı olan aqrar bazarda güclü rəqabət mühiti for-
malaşır, digər tərəfdən müəyyən inhisarçı qruplarının mövqeyi ilə mübarizə aparmaq,
idxal məhsulları ilə rəqabətə girmək kimi mühüm məsələlərin öhdəsindən gəlmək
problemi yaranır.
Mənfəətin artırılmasında istehsalçı üçün əsas şərtlərdən biri də səmərəli istehsal
sahələrini müəyyənləşdirə bilmək bacarığı ilə bağlıdır. Bunun üçün istifadə olunan
göstərici mənfəət həddidir.
Mənfəət həddi (iqtisadi ədəbiyyatda bu göstərici gəlir həddi kimi də işlədilir)
satışdan əldə olunan pul gəlirinin artımının məhsulun həcminin artımına nisbəti kimi
müəyyən olunur.
Digər istiqamətlərlə yanaşı mənfəət həddinin hesablanması da mənfəətin
artırılması üçün daha səmərəli tədbirlər hazırlamağa imkan verə bilir.
Bazar iqtisadiyyatı şəraitində müəssisələrin fəaliyyətinin başlıca göstəricisi
fəaliyyətdir. Rentabelli olmayan, başqa sözlə ziyanla işləyən müəssisələr sadəcə
olaraq səhnədən gedirlər. Lakin təhlil zamanı məsələnin həllinin sadəliyi ancaq
Dostları ilə paylaş: |