38
Göründüyü kimi çirkli suların təmizlənməsi köməkçi proseslərə aiddir və
ə
nənəvi uçotda dolayı xərclərin ümumi miqdarında bu xərclər itərdi. Xərclərin
təmizləmə prosesi üzrə hesablanılması zamanı onu detallaşdırmaq lazımdır.
Hazırki metodun effektiv olduğunu isbat etmək üçün bir neçə hesablamalar
aparılmışdır və bir neçə nəticələr əldə edilmişdir. Aparılmış tədqiqatlar nəticəsində
diqqət yetirmək lazımdır ki, proses metodunun tətbiqinə misalda göstərilmiş
müəssisədə aşağıda verilmiş amillər şərait yaratmışdır:
Dolayı
xərclərin detallaşdırılması və onların yaranması mənbələrinin
müəyyənləşdirilməsi;
Xərclərin detallaşdırılmasına əsasən adekvat idarəedici təsirlərin yaradılması;
Ayrıca
proseslərin dəyərinin hesablanılması və onların effektivliyinin
qiymətləndirilməsi.
2.3
Kompleks
xərclərin
bölüşdürülməsinin
mövcud
metodları və onların təkmilləşdirilməsi istiqamətləri
Tərkibinə görə xərclər sadə və kompleks xərclərə bölünür.
Sadə xərclər bir ünsürdən ibarət olur və onlar istehsal fəhlələrinin əmək haqqı,
ə
sas material, yanacaq, elektrik enerjisi və.s məsrəflərə daxil edilir.
Kompleks xərclər öz məzmununa görə bir neçə ünsürdən ibarətdir. Belə xərclərə
ümumistehsal və ümumtəsərrüfat xərcləri aid edilir.
Mühasibat uçotu obyektlərinin elmi cəhətdən əsaslandırılmış qaydada
qiymətləndirilməsi və kolkulyasiya edilməsi təsərrüfat vəsaitlərinin və onların əmələ
gəlmə mənbələrinin, uçot və hesabatda düzgün əks etdirilməsini təmin edir.
Hesablarda təsərrüfat vəsaitinin və onların əmələ gəlmə mənbələrinin dəyişməsi
və təsərrüfat proseslərinin nəticələrinin haqqında məlumat toplanır. Müəssisə və
39
təşkilatda plan və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət etmək üçün mühasibat
uçotunda kompleks istifadə olunan balans və hesabat bilavasitə mühasibat uçotunda
kompleks hesablardan istifadə edilir. Bu kompleks hesabların sistemləşdirilmiş
hesabı siyahısı planı adlanır.
Hesablar planında yalnız sintetik hesablar deyil, eyni zamanda onların tərkibinə
daxildən subhesablarda əks etdirilir.
Hesablar planından istifadəni asanlaşdırmaq məqsədilə hər bir hesaba şifrə
verilir.
Mühasibat yazılışları zamanı hesabın adı əvəzinə onun şifrəsi göstərilir. Bu da
həm uçotu, həm də onun avtomatlaşdırılmasını asanlaşdırır. Hesablar planının
sonunda balans arxası, həm də onun avtomatlaşdırılmasını asanlaşdırır. Hesablar
planının sonunda balans arxası hesabların siyahısı da verilir. Hesablar planın əlavə
olaraq onun tətbiqinə dair təlimat hazırlanmır. Həmin təlimatda hər bir hesabın
təyinatı, məzmunu xarakterizə etməklə onun başqa hesablarla müxabirləşməsi də
göstərilir. Hesablar planı və ona əlavə olan təlimat mühasibatlıq tərəfindən hansı
göstəricilərin alınmasını və bu göstəricilərin alınması qaydasını müəyyən edir.
Ehtiyatların qiymətləndirilməsi məqsədilə və alınan məlumatların maliyyə
hesabatlarında əks etdirilməsi zamanı müəssisələr kompleks istehsal xərclərini doğru
bölüşdürməlidir. Bu zaman həmçinin maliyyə hesabatında seçilmiş bölüşdürmə
metodlarının açıqlamasını göstərməlidir.
Lakin bu qaydada bölüşdürmə maliyyə hesabatlarının təhlilin nəticələrinin səhv
təfsir olunması ilə nəticələnə bilər. Əlbəttə ki, kompleks xərclərin bölüşdürülməsinin
məqbul üsulları da mövcuddur. Buna baxmayaraq metod seçimi ilə bağlı qərarlar
ehtiyatların qiymətləndirilməsində və fərdi məhsulların gəlirlilik səviyyəsinin
müəyyən olunmasında əsaslı fərqliliklər yaradır.
Qarşıya
qoyulan
hədəflərdən
asılı
olmayaraq
kompleks
xərclərin
bölüşdürülməsinin bir sıra metodlarının mövcudluğu çoxsaylı məhsulların yaranmış
40
bölünmə nöqtəsində xərclərin məbləğinin müəyyənləşdirilməsinin yetərincə çətin
proses olduğunu həqiqətyönümlü əks etdirir.
Müəssisə tərəfindən qəbul edilmiş fərdi məhsullara aid edilən xərclərin istənilən
metodları hazırki mövcud problemi tam olaraq həll etmir. Ona görə də daha
məqsədəuyğun məhsulun ümumi ədəd sayını nəzərə almaqla hesablanmış brutto gəlir
hesab olunur. Bundan savayı əgər müəssisə öz qərarlarını kompleks xərclərə
ə
saslandıracaqsa, onda bu səhv nəticəyə gətirib çıxara bilər.
Kompleks xərclərin xüsusiyyətlərindən biri də odur ki, bir məhsul buraxılışının
artımı əksər hallarda digər bir məhsulun da buraxılışında artıma səbəb olur. Bu cür
hadisələr "xərclər-həcm-gəlir" münasibətlərininin və xərclərin differensial təhlilinin
tətbiqini zəruri edir. Məhsul buraxılışının qiymətləndirilməsinin bir çox alternativ
variantı uzunmüddətli və baha başa gələn kompüter texnologiyalarının tətbiqiylə olan
hesablamalara gətirib çıxara bilər.
Sözsüz ki, bölüşdürülmə anından sonra çəkilmiş xərclər idarəedənlərə qərar
qəbul edilməsi üçün daha lazımi informasiyalar təqdim edir, xüsusilə də məhsulun
gələcək dövr üçün təkmilləşdirilməsinin məqsədəuyğunluğu ilə bağlı. Xərclərin
relevantılığı (əlaqədarlığı), məhsulla müxtəlif situasiyalarda əlaqələndirilmiş,
həmçinin differensial gəlir və xərc anlayışlarına aid problemlə bağlı hazırki suala
daha da ətraflı aşağıda nəzər yetirilmişdir.
Xüsusilə kompleks deyil, differensial xərclər yeganə relevant (əlaqədar) xərclər
hesab olunur. Onlar məhsulun satışı üçün müvafiq olan daha gəlirli anı
müəyyənləşdirir. Müəssisə məhsulun gələcək istehsalı barədə qərar qəbul edən zaman
differensial xərclər istehsal əməliyyatlarının genişləndirilməsi üçün əlavə xərclər
hesab olunur. Bu formada qərar qəbul etmək üçün differensial gəlir və differensial
xərclərin uyğunluğunu müəyyən etmək yolu ilə əlavə (differensial) gəliri hesablamaq
məqsədəuyğundur.
Dostları ilə paylaş: |