48
zahiridir. Sənaye cəmiyyətin inkişaf dərəcəsinə uyğun olaraq bazar konyukturası son
dərəcədə mürəkkəbləşir və yüksək dinamikliyi ilə fərqlənir. Belə şəraitdə müntəzəm
olaraq mənfəət əldə etmək o qədər də asan olmur. Ona görə də istehsalı elə təşkil
etmək lazımdır ki, məhsul istehsalı minimum xərclər çəkməklə əldə edilsin,
keyfiyyəti yüksək və qiymətli rəqabət qabiliyyətli olsun.
Bir qayda olaraq daimi xərclər fəaliyyət növləri əsasında bölüşdürülür, daha
sonra hər bir fəaliyyət daxilində buraxılan məhsullar arasında bölüşdürülür. Sözü
gedən xərclərin rasional bölüşdürülməsindən məhsul növləri üzrə maya dəyərinin
müəyyənləşdirilməsində dəqiqliyi asılıdır. Bu öz növbəsində şirkətin qiymətqoyma
və struktur siyasəti üçün mühüm sayılır.
Dəyişən xərclərin uçotu metodu (direkt-kostinq sistemi) - bu məhsulun maya
dəyərinin formalaşmasına ehtiyatların qiymətləndirilməsi və məhsulun maya
dəyərinin müəyyənləşdirilməsi üçün yalnız dəyişən istehsalat xərclərini nəzərə alınan
yanaşmadır. Maya dəyərinin hesablanılmasında birbaşa material xərcləri, birbaşa
ə
məktutumu xərcləri və dəyişən ümumistehsalat xərcləri iştirak edir. Daimi
ümumtəsərrüfat xərclərinə dövrü olaraq baxılır.
Tam xərclərin uçotunun metodu zamanı məhsulun istehsalat maya dəyərinin
hesablanılmasında bütün istehsalat xərcləri iştirak edir. Sadəcə kommersiyayla
ümumtəsərrüfat xərclərinə dövrü olaraq baxılır.
"Direct-costing" sisteminin tərəfdarlarlı hesab edir ki, müəssisə daimi, spesifik
təsərrüfat əməliyyatları ilə bağlı olan və ya olmayan əməliyyat xərcləri daşıyır. Bu
xərclər istehsalatın həcmindən birbaşa asılı deyildir və onları məhsul vahidinin maya
dəyərini hesablayan zaman nəzərə almırlar. Daimi istehsalat xərcləri istehsalat
həcmindən deyil, daha çox vaxt amilindən asılıdır.
"Direct-costing" sisteminin əleyhdarları hesab edir ki, daimi istehsalat
xərclərinin olmamasından istehsalat dayana bilər. Bunun üçün də bu cür xərclər
məhsulun maya dəyərinin əsas hissəsindən birini təşkil edir.
49
"Direct-costing" sisteminin təhlili zamanı nəzərə almaq lazımdır ki, o
müəssisədaxili idarəetmə qərarlarının qəbul olunmasında çox faydalıdır. Lakin
Mühasibat Uçotunun Beynəlxalq Standartlarında maliyyə hesabatlarının tərtibində və
vergitutulan gəlirin hesablanılmasına bu sistemdən istifadəyə icazə verilmir.
Xərclərin uçotunun bir sıra metodlarının tətbiqi məhsulun maya dəyərinin
həcminə və onunla birlikdə maliyyə gəlirinin məbləğinə də təsir edir.
Tam xərclərin uçotu zamanı məhsul vahidinin maya dəyəri "direct-costing"
sisteminə nəzərən daha çox olacaq. Buna səbəb birinci halda bütün istehsalat xərcləri
istər dəyişən, istərsə də daimi xərclər kimi istehsalatın maya dəyərinə aid edilirlər və
məhsul vahidinin maha dəyərinin hesablanılması zamanı nəzərə alınırlar.
"Direct-costing" sisteminin tətbiqində məhsul vahidinin maya dəyərinin
hesablanılması zamanı istehsalat xərclərinin təkcə dəyişən hissəsini nəzərə alırlar.
Bütün daimi xərclərə isə dövri xərclər kimi baxırlar və bitməmiş istehsalın
qalıqlarına, anbarda qalmış hazır məhsul qalıqlarına və ya realizə olunmuş məhsulun
maya dəyərinə aid etmirlər və bütövlüklə gəlirin azalmasına silirlər.
Xərclərin uçotu metodlarının öyrənilməsi təkcə məhsulun maya dəyərinin
böyüklüyünə deyil, mənfəət və zərər haqqında hesabatın formasına da təsir göstərir.
Tam xərclərin uçotu metodu zamanı brutto gəliri məhsulun realizasiyası
nəticəsində əldə olunmuş mənfəət və realizə olunmuş məhsulun istehsalat
maya dəyəri arasındakı fərq kimi hesablanır.
Dəyişən xərclərin uçotu zamanı marjinal gəliri məhsulun realizasiyası
zamanı əldə olunmuş mənfəət və bütün dəyişən xərclər, həmçinin
kommersiya, ümumtəsərrüfat xərclərinin fərqi kimi hesablanır.
Marjinal gəlir və "direct costing" sistemi əsasında mənfəət və zərər haqqında
hesabatın yeni formasını hazırlamaq olar, bu zaman xərclər dəyişilməsi və gəlir əldə
etmək üçün qoyulan investisiya aydın nəzərə çarpacaq.
50
2.5 Xə rclə rin uçotunun funksional metodu;
Xərclərin uçotu aparılan zaman əsas iki metoda diqqət yetirilir. Bunlar
funksional və ənənəvi metodlar hesab olunur.
Ənənəvi metod əsasən keçən əsrin metodu hesab olunur. Çünki keçən əsrin
istehsalat prosesində dominant faktorlar əmək və materiallar hesab olunurdu, məhsul
buraxılışı həmçinin məhdud səviyyədə idi, texnoloji inkişaf stabil olaraq qalırdı.
Lakin buna baxmayaraq bu uçot metodu hələ də öz rolunu qoruyub saxlamaqdadır və
aktual hesab olunur. Çünki bir çox istehsalat müəssisələrində yuxarıda göstərilən
amillər hələ də mövcuddur. Ənənəvi metodda həmçinin qeyri-istehsal sahələrinin
(kommersiya, idarəetmə və s.) fəaliyyətinin ümumi gedişatına birbaşa təsirindən
danışılır. Bu da o deməkdir ki bu sahə məhsullarını spesifik məhsul növünə və ya
xidmətə ayırmaq olmaz.
Ənənəvi metodun öyrəndiyi problemlər müasir şəraitdə bir çox şərtlər daxilində
özünü doğrultmadığından yeni metodun meydana çıxması aktuallığı yaranmışdır.
Beləliklə də xərclərin uçotunun yeni mərhələsi funksional metodla uçot meydana
çıxmışdır. Sözü gedən bu metod 1980-ci illərdə ABŞ-da Robert S. Kaplan və Robin
Kuper tərəfindən hazırlanmışdır. Bu metodun əsas məqsədinə ənənəvi metod
tərəfindən aradan qaldırıla bilinməyən çatışmazlıqların aradan qaldırılması və əsasən
idarəetmə qərarlarının qəbulu üçün daha dəqiq informasiyanın əldə olunmasıdır
(əsasən də gecikmələr sarıdan). Funksional metodla uçotun aparılması şirkətlərdə
ABC sistemi tərəfindən həyata keçirilir. Sözü gedən sistemin tətbiqini bir neçə şirkət
həyata keçirmişdir. Bunlara misal olaraq Caterpillar, General Dynamics, General
Motors, Hewlett - Packard, Martin Marietta və Siemans şirkətlərini sadalamaq olar.
Funksional metodun adı azərbaycan dilində "proseslər üzrə xərclərin uçotu" və
"xərclərin proses-istinad qaydasında idarə olunması" şəklində tərcümə oluna bilər.
ngilis dilində olan activity kəliməsi dilimizdə proses, əməliyyat, fəaliyyət sahəsi və
s. kimi yaxın mənalarda işlənilə bilər.
Dostları ilə paylaş: |