80
37
edilmir. Üzümlüklərin seyrəkliyi əvvəlki
kimi yenə də çoxdur
Seyrəklik ləng aradan qaldırılır.
Fəallar tərəfindən səmimi qarşılanan Sov.İKP MK Siyasi bürosu
üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi
H.Ə.Əliyev yığıncaqda çıxış etmişdir.
* * *
Azərbaycan KP MK-nın katibi İ.Ə.Məmmədov, Azərbaycan
KPMK-nın məsul işçiləri, respublikanın bir sıra
nazirliklərin və
komitələrin rəhbərləri yığıncaqda olmuşlar.
"Zəhmətkeş" qəzeti,
30.VII.1981.
80
38
KALININ ADINA KOLXOZUN
BAYRAĞINDA ORDEN
İSMAYILLI. 24 iyul (Azərinforumun xüsusi müxbirlərindən).
İldən-ilə rekord göstəricilər əldə edən Kalinin adına kolxoz haqlı
olaraq Azəbaycanın dağ təsərrüfatlarının flaqmanı adlanır.
Buradakı tarla və ferma ustaları layiqli nümunə, bacarıqlı
təsərrüfatçılıq nümunəsi, torpaq ehtiyatlarından səmərəli istifadə
etmək, istehsalı kimyalaşdırmaq və mexanikləşdirmək nümunəsi
göstərirlər.
Ötən beşillik milyoner kolxozun bioqrafiyasında
xüsusilə
mühüm mərhələ, ən yüksək əmək nailiyyətləri ilə əlamətdar
mərhələ olmuşdur. Əkinçilik və heyvandarlıq məhsulları
istehsalına və dövlətə satışına dair onuncu beşillik planlarının
yerinə yetirilməsilə qazandığı müvəffəqiyyətlərə görə qabaqcıl
təsərrüfat Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüşdür.
Vətənin bu yüksək mükafatının təqdim edilməsi münasibətilə
İvanovka kəndinin bayramsayağı bəzədilən mədəniyyət evində
kolxozçuların təntənəli yığıncağı oldu.
Yığıncağı kolxoz partiya komitəsinin katibi V.P.Panin açdı.
Salona toplaşanlar tərəfindən hərarətlə qarşılanan Sov.İKP MK
Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın
birinci
katibi H.Ə.Əliyevə söz verildi.
80
39
H.Ə.ƏLİYEV YOLDAŞIN NİTQİ
Əziz yoldaşlar!
Sovet İttifaqı ordenləri ilə qeyd edilən Azərbaycan kolxoz və
sovxozlarının şanlı dəstəsinə yeni layiqli kollektiv daxil olmuşdur.
Əkinçilik və heyvandarlıq məhsullarının istehsalına və dövlətə
satışına dair onuncu beşillik planlarının yerinə yetirilməsində
qazandığı müvəffəqiyyətlərə görə İsmayıllı rayonunun Kalinin
adına kolxozu Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.
(Gurultulu, sürəkli alqışlar).
Azərbaycan Kommunist Partiyasının
Mərkəzi Komitəsi,
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti və Nazirlər Soveti
adından sizi, əziz yoldaşlar, kolxozun bütün əməkçilərini yüksək
dövlət mükafatı münasibətilə hərarətlə və səmimi təbrik edirəm.
(Gurultulu alqışlar). Əziz kalininlilər, sizə cansağlığı və
xoşbəxtlik, partiyanın XXVI qurultayının tarixi qərarlarını həyata
keçirmək uğrunda mübarizədə yeni qələbələr
və nailiyyətlər
arzulayıram.
(Gurultulu alqışlar).
Qırmızı Əmək Bayrağı ordeni sizin kolxozunuzun yarıməsrlik
yolunun layiqli yekunudur. Bu yol Lenin kooperativ planının
böyük müdrikliyinə və həyati qüvvəsinə əyani sübutdur.
Kollektivləşmənin ilk çağlarında, 1930-cu ilin fevralında yaradılan
bu kolxoz 17 yoxsul təsərrüfatı birləşdirmişdi. Kol-kos basmış
susuz torpaqlar haqqında məlumatı ancaq arxiv materiallarından
öyrənmək olar. Kəndlinin əsas istehsal aləti xış idi, taxıl məhsulu
5-6 sentnerdən, hər inəkdən sağılan südün miqdarı isə 150-200
kiloqramdan yuxarı qalxmırdı. O zaman adamların necə
yaşadıqlarını, kəndin mədəniyyətdən nə qədər uzaq olduğunu
xatırlatmağa ehtiyac yoxdur, axı, kənd
sakinlərinin əksəriyyəti
hətta oxuyub yazmağı da bacarmırdı.
80
40
Bu gün biz İvanovka əhalisinin həyatı, əməyi və məişəti ilə tanış
olduq. Biz müasir sovet kəndinin gözəl mənzərəsini gördük.
Burada əsl vətənpərvərlər, öz kolxozunun, öz rayonunun, bütün
respublikamızın sərvətini və şöhrətini artırmağa yekdilliklə çalışan
adamlar xoşbəxt, firavan və mədəni həyat sürür və işləyirlər.
(Gurultulu, sürəkli alqışlar).
Kolxoz öz varlığı ərzində bir çox inkişaf mərhələləri keçmişdir.
Lakin Azərbaycanın bütün kənd təsərrüfatının coşğun yüksəlişi ilə
əlamətdar olan doqquzuncu və onuncu
beşilliklər bu kolxozun
tarixində ən yaxşı mərhələdir. Bütün respublika kimi bu kolxoz da
yetmişinci illərdə bir-birinin ardınca yüksək zirvələri fəth etmiş və
rekord göstəricilərə nail olmuşdur. On il ərzində təsərrüfatda taxıl
istehsalı 1,7 dəfə, ət istehsalı 2,2 dəfə, süd istehsalı 2,2 dəfə,
yumurta istehsalı 2,2 dəfə, yun istehsalı 1,8 dəfə, üzüm istehsalı 3,1
dəfə artmışdır. Dövlətə əkinçilik və heyvandarlıq məhsulu satışı
xeyli çoxalmışdır. Həm də xüsusi qeyd etmək istəyirik ki, bütün bu
nailiyyətlər əsasən intensiv amillər - kənd təsərrüfatı bitkilərinin,
mal-qaranın və quşların məhsuldarlığının yüksəldilməsi hesabına
əldə edilmişdir.
Onuncu beşillikdə sizin əməyiniz ən xoş sözlərə layiqdir. Taxıl
və üzüm istehsalı planı bir dəfə yarım, ət istehsalı planı 42 faiz, süd
istehsaiı planı 9 faiz, yumurta istehsalı planı 12 faiz, yun istehsalı
planı təqribən 30 faiz artıqlaması ilə yerinə yetirilmişdir.
Doqquzuncu beşillikdəkinə nisbətən orta illik taxıl istehsalı 10 min
tondan 14 min tona, üzüm istehsalı 2.600 tondan, 4.600 tona, ət
istehsalı 308 tondan 430 tona, süd istehsalı 1.600 tondan 2.200
tona, yumurta istehsalı 572 mindən 707 minə çatmışdır.
Kolxoz
üzrə bütün tədarük planları xeyli artıqlaması ilə yerinə
yetirilmişdir.