Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə22/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   18   19   20   21   22   23   24   25   ...   55

 
66
fondlarına  qədər  ən  müxtəlif  bazarlar,  aktivlər,  fondlar  üzrə 
milyonlarla axınlarla yayıldı.  
Bax  bu  səbəbdən  Amerika  maliyyəsinin  nisbətən  kiçik  seq-
mentində  –  aşağı  keyfiyyətli,  ipoteka  kreditləri  seqmentindəki 
problemlər  tez  bir  zamanda  mənzil  bazarının  hüdudlarından  və 
ABŞ-ın sərhədlərindən kənara çıxdı, qlobal maliyyə sistemini po-
zaraq və bir çox ölkənin iqtisadi artım perspektivini məyus etdi.  
Kredit və digər reytinqlər sistemində nöqsanların mövcudlu-
ğ
u  aydın  olduqda,  çoxları  vahiməyə  düşdü.  Aktivlər  etibarsız  gö-
ründüyü  şəraitdə  isə,  normal  etibarlı  kreditlər  və  likvid  mənbələr 
həmişə  kəskin  çatmır.  Kreditlərə  tələbat  (onların  qiyməti)  kəskin 
artır,  onların  çatışmamazlığı  yaxud  yüksək  dəyəri  şəraitində  nə-
həng  maliyyə  korporasiyalarında  çətinliklər  və  onların  müflisləş-
məsi  başlayır  və  dünyanın  bütün  iqtisadiyyatı  böhrana  yuvarlan-
mağa başlayır. 
Beləliklə,  dünyanın  bütün  maliyyələrinin  azgəlirli  ipoteka 
kağızlarının pis aktivlərinə «yoluxma» ona gətirib çıxardı ki, 2007-
ci  ilin  yayından  natamam  Amerika  böhranının  tədricən  dünya 
maliyyə böhranına çevrilməsi başlandı.  
Sual  yaranır:  nəyə  görə  ABŞ-ın  daxili  böhranı  bütün 
dünyada  böhranın  o  qədər  sürətli  təzahürünə  təkan  verdi?  Nəyə 
görə 2000-2002-ci illərdə ABŞ-ın internet şirkətlərinin böhranının 
belə nəticələri olmadı, və indiki durumun nəyi dəyişib? 
Bizə elə gəlir ki, birincisi, müasir böhranın, ən azı ABŞ-da, 
vaxtının  təxirə  salınması  mümkün  olurdu,  o  cümlədən  daxili 
borcun artırılması, uçot dərəcələrinin endirilməsi və s. hesabına.  
kincisi,  ötən  bir  neçə  ildə  müasir  dünya  iqtisadiyyatı, 
xüsusilə  onun  maliyyə  və  xarici  ticarət  tərkib  hissələri, 
ə
vvəlkindən  daha  sıx  bağlı  olduqları  müəyyənləşdi.  Odur  ki,  bir 
yerdə başlanan qarışıqlıq, dərhal digər yerdə öz təsirini göstərir.  
Üçüncüsü,  ABŞ-da  getdikcə  daha  çox  dünyanın  maliyyə 
aktivləri  təmərküzləşir  və  onlar  dünyanın  ən  iri  maliyyə, 
informasiya-texnologiya, valyuta və s. mərkəzinə çevrilir.  


 
67 
Dördüncüsü, son bir neçə ildə əyalət ölkələrin inkişaf resursu 
bir  tərəfdən  tükənməyə  başladı,  digər  tərəfdən  isə  sürətli  artım 
imkanının  özü  dünya  –  sistem  mərkəzində  tələbata  güclü 
bağlandığı müəyyən oldu.  
Beşincisi,  dünya  sistemi  mərkəzi  dövlətlərinin  maliyyə 
problemlərinin  miqyası  elədir  ki,  onların  ödənməsi  üçün  nəhəng 
resurslar lazımdır. 
Böhranın  qaçılmaz  olmasına  həmçinin  aşağıdakı  amillər 
yardım edib: 
1. maliyyə sektoru və yeni maliyyə alətlərinin əhəmiyyət və 
təsirinin artması; 
2.  ABŞ,  bir  sıra  digər  dövlətlərin  yürütdüyü  kredit 
ekspansiyası (ucuz pullar) siyasəti ilə gücləndirilməsi; 
4.  bundan  başqa  A   namizəd  ölkələr  qarşısında  artım 
templəri  barədə  çox  yüksək  plankalar  və  tələblər  qoyurdu,  bu  da 
ayrı-ayrı ölkələrin iqtisadiyyatını həddindən artıq qızdırırdı.  
Biz  hesab  edirik  ki,  böhranın  səbəblərinin  kökündə  müasir 
maliyyə alətləri və dünya maliyyə sisteminin çatışmamazlıq, nata-
mamlıq və qüsurları, maliyyə-iqtisadi siyasətindəki səhvlər durur. 
Lakin,  bizim  nöqteyi-nəzərdən,  böhranın  dünya  və  qlobal  xa-
rakter almasına güclü yardım edən daha da fundamental səbəblər var. 
Yayda  və  hələ  2008-ci  ilin  payızının  əvvəlində  çoxlarında 
belə bir illyuziya var idi ki, bu böhran 2000-2002-ci illərdəki kimi, 
2006-2007-ci  illərin  ipoteka  böhranı  kimi  əsasən  Amerikanın 
problemi olaraq qalacaq. 
Ə
ləlxüsus  da  yayda  sanki  ümid  yarandı  ki,  ipoteka  böhranı 
azalmağa doğru gedir. Lakin iyulun əvvəlində o yeni fazaya keçdi: 
ipoteka  kreditlərinin  verilməsində  ixtisaslaşan  Kaliforniyanın  iri 
bankı  Bancorp  inc,  2  həftə  ərzində  1,3  mlrd.  doll.  Əmanətçi 
axınına davam gətirmədi, və müflisləşmə proseduruna başladı. Bu 
ABŞ-dakı FNMA (Fannie Mee) və FHLMC (Freddie Mec) nəhəng 
ipoteka  agentliklərinə  zərbə  endirdi.  Təxminən  bir  həftə  ərzində 
onların  səhmləri  iki  dəfədən  çox  çökdü.  Böhranın  başlınğıcından 
Fannie Mee və Freddie Mec səhmdarlarının cəmi itkiləri müvafiq 


 
68
olaraq  82%  və  85%  üstələdi.  Vaxtilə  bu  agentliklər  dövlətin 
iştirakı  ilə  yaradılmış  və  yüksək  dərəcədə  onun  faktiki  nəzarəti 
altında idi.
*
  
Onlar  5,3  trln.  dollar  ipoteka  kreditinin  sahibi  idi,  yaxud 
zəmanət verirdi, yəni 12 trln. dollarlıq ipoteka bazarının təxminən 
yarısını  onlar  müflislik  həddinə  çatanda,  hökumət  2008-ci  ilin 
sentyabrının  əvvəlində  bankların  hər  ikisini  milliləşdirməyə 
məcbur oldu.  
2008-ci  ilin  sentyabrını  tamamilə  dünya  böhranının  kəskin 
fazasının  başlanğıcı  hesab  etmək  olar:  neftin  qiyməti,  birja 
indeksləri düşməyə başladı.  
Xarici  aktivlərdən  investorların  qaçışı  istisnasız  bütün 
dünyanı əhatə etdi. 
Hər  halda  ABŞ-dakı  böhranda,  hansı  ki  bütün  dünyadakı 
maliyyə nöqsanları üçün böhranın tətiyi oldu, demək olar, çoxdan 
yığılan ziddiyyətlər özlərini biruzə verdi.  
Bu  ziddiyyətlərdən  ən  ciddisi  və  ondan  ibarətdir  ki, 
menecerlərin davranışı və motivasiyası səhmlərinin motivasiya və 
davranışından çox güclü fərqlənir. 
Səhmdar  və  menecerin  maraqlarının  münaqişəsi  həll 
olunmamış məsələ kimi qalmaqdadır.  
 Müxtəlif qiymətləndirilmələrə görə müasir dünyada bütün ma-
liyyə əməliyyatlarının təkcə 2 yaxud 3 faizi maddi istehsalla bağlıdı. 
Qalan pullar – onlarla trln. dollar özləri özlərinə xidmət edir. 
Misal  üçün,  ABŞ-da  iqtisadiyyatın  real  sektoru  – 
iqtisadiyyatın  15-18  faizidir.  Qalanları  isə  xidmət  sahələridir,  o 
cümlədən, bank sistemi, sığorta və s. digər sektorlar.  
Maliyyə  böhranının  yayılmasında  həmçinin  reytinq 
agentlikləri  günahkardı.  Maliyyə  şirkətlərinin  emitasiya  etdikləri 
istiqrazların  əhəmiyyətli  hissəsi  reytinqin  ən  yüksək  səviyyəsini 
                                                           
*
 Hər iki agentliyi ABŞ hökuməti yaratmışdır: birincisini 1938-ci ildə, ikincisini 
1970-ci  ildə  –  məhz  gəlirləri  az  olan  ailələrə  evlərin  alınmasına  kreditlərin 
verilməsi üçün.   


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə