24
yataqları tapıldığından karbon və ya daş kömür sistemi adını
almışdır. Bu dövrün müddəti 50-55 milyon il olmuşdur.
Karbon dövründə bitkilərlə yanaşı, heyvanlar aləmi də xeyli
inkişaf etmişdir. Suda-quruda yaşayanlar tərəqqi etmiş və
dövrün axırında ilk sürünənlər meydana gəlmişdir.
Karbon dövründə, xüsusən onun ikinci yarısında dəniz-
lərin kənarı boyunca, açıq dənizlərdən ayrılmış qapalı höv-
zələrdə, göl və bataqlıqlarda geniş miqyasda daş kömür
əmələgəlmə prosesi getmişdir. Azərbaycanda Naxçıvan MR-
da bu proses çox zəif getmiş və əlverişli şərait olmadığından
kömür yataqları əmələ gəlməmişdir. Bu vaxta kimi Yer
üzərində məlum olan karbon yaşlı kömür yataqlarının ya-
yılmasını nəzərdən keçirdikdə maraqlı bir qanunauyğunluq
gözə çarpır. Belə ki, qərbdə, ABŞ-da bu yataqlar 45
0
şimal
en dairəsindən şimala keçmədiyi halda, Mərkəzi Avropa və
Donbas mədənləri 55
0
, Sibir mədənləri isə 70
0
en dairəsin-
dən şimala qalxmışlar. Digər tərəfdən Braziliyanın, Afrika
qitəsinin, Madakaskar adasının cənub-şərq yamaclarında və
Avstraliyada karbon yaşlı buzlaq çöküntüləri tapılır.
Perm dövrü 1841-ci ildə Rusiya düzənliyinin şimal-şər-
qində Perm quberniyasında Murçison tərəfindən müəyyən
edilmişdir. Perm dövrünün mütləq davamı təxminən 25-30
milyon il hesab edilir.
Yer qabığında baş verən böyük dəyişikliklər karbondan
başlayaraq permdə daha da güclənmiş və Hersen dağ əmələ
gəlməsində böyük qırışıqlar və dağlar əmələ gətirən çox
güclü tektonik hərəkətlərin nəticəsində baş vermişdir. Bu
hərəkətlər Appalaç, Hersin, Ural, Sibir və s. dağları əmələ
gətirmiş, dəniz və hövzələri müxtəlif şəklə salmış və
beləliklə Yerin fiziki-coğrafi şəraitini ciddi dəyişdirmişdir.
Bu dövrdə dördşualı və tablolu mərcanlar, tribolitlər adlanan
buqum ayaqlılar tamamilə qırılıb qurtarmış bəzi növlər isə
25
inkişaf etmişlər.
Bu hövzə cənubi Avropanı, Himalay dağlarını və qonşu
sahələri tutan böyük dənizə daxil idi. Belə hesab edilir ki,
Perm dənizi nəinki Naxçıvanı, hətta bütün Azərbaycan
ərazisini tuturmuş.
Mezozoy erasının Trias dövrü 1834-cü ildə Almaniyada
Alberti tərəfindən təyin edilmişdir. Bu dövr 30-35 milyon il
olmuşdur. Trias dövründə suda-quruda yaşayan sinfi
tənəzzül edir, sürünənlər sinfi isə öz inkişafını davam etdirir.
Bu zaman 6 şüalı mərcanlar və ikiqəlsəməli baş, ayaqlı hey-
vanlar meydana gəlirlər. İlk məməlilərin də Triasın axırında
meydana gəldiyi güman olunur. Triasın axırlarında bütün
Qafqazla fiziki-coğrafi şərait əhəmiyyətli dərəcədə dəyişir.
Bu Böyük Qafqaz vilayətində, habelə Naxçıvan MR
ərazisində özünü göstərir.
Yura dövrü 1829-cu ildə Bronyar tərəfindən Avropada
Yura dağlarında təyin edilmişdir. Bu dövrün yaşı 25-35
milyon il hesab edilir. Bütün dünya miqyasında Yura dövrü
ammonitlərin və belemenitlərin və habelə sürünənlərin yük-
sək inkişaf dövrü kimi səciyyələnir. Birincilər normal dəniz-
lərdə yayılmışdır. Sürünənlərin isə müxtəlif və çox nəhəng
nümayəndələri dənizlərdə, göl və bataqlıqlarda, quruda və
havada hökmranlıq etmişdir. Bunlarda uzunluğu 33 metrə
çatan suda yaşayan pleziozaurus (plesiosaurus) və ixtizau-
rusu (ichthyosaurus), quruda yaşayan branxiozaurusu (Bran-
chiosaurus), uçan (pterodactulis) kərtənkələrdən ptero-
daktillərin qanadları açılanda 8 m olur və s. göstərmək olar.
Yura yaşlı süxurlar Azərbaycanda çox geniş yayılmışdır.
Onlar Böyük və Kiçik Qafqaz dağlarında üzə çıxaraq geniş
sahələr tutur.
Təbaşir dövrü – 1822-ci ildə Fransada Omalius Dallua tə-
rəfindən təyin edilmişdir. Yaşı 55-60 milyon il olub. Dövrün
26
ikinci yarısında Şimali Amerika qitəsinin cənubunu, Afrika-
nın şimal hissəsini, Mərkəzi Şərqi Avropanı və Asiyanı
tutmuş geniş dənizləri Tetis hövzəsi ilə birləşmişdir.
Təbaşir dövrünün I yarısında başayaqlılar sinfindən am-
monitlər və belementilər öz inkişaflarını davam etmişlər.
Lakin II yarımdövrdə get-gedə tənəzzül edərək, dövrün
axırında tamamilə qırılmışlar. Burada yeni quşlar (neor-
mites) meydana gəlmiş və inkiaşf etmişdir. Sürünənlər sin-
findən nəhəng kərtənkələləlr, uçan kərtənkələlər, balıq
kərtənkələlər dövrün I yarısında hakim vəziyyət tutmuş,
lakin axırına doğru tənəzzül etmişlər. Bu dövrün çöküntüləri
Azərbaycan ərazisində geniş yayılmış, Böyük və Kiçik
Qafqazda böyük sahələrdə üzə çıxır.
Kaynazoy erası – yeni həyat erası, Yer tarixinin sonuncu
erası olub, iki dövrə – III və IV dövrlərə bölünür. «Üçüncü
dövr» termini ilk dəfə 1759-cu ildə İtaliya alimi Ardoino
tərəfindən geoloji ədəbiyyata gətirilmişdir. Üçüncü dövr öz
adını o zaman qəbul edilən bölgü üzrə «birinci» və «ikinci»
dövrlərdən sonra gəldiyinə görə almışdır. Lakin bu sistem
yerin həyatının müəyyən hissəsinə cavab verən müstəqil
stratiqrafik vahid kimi 1883-cü ildə ingilis alimi Lyayel
tərəfindən ayrılmışdır.
Müasir geoxronoloji cədvələ görə üçüncü dövrü 2
epoxaya-paleogen və neogen epoxalarına ayırırlar. Lakin
son zamanlar bir çox tədqiqatçılar bu iki epoxanın üzvi alə-
min və paleocoğrafi şəraitinin xüsusiyyətlərini nəzərə alaraq
onların hər birini müstəqil geoloji dövr kimi qəbul edirlər.
Paleogen dövrü. 30-35 milyon il sürmüşdür. Paleogen
dövrünün üzvi aləmi mezozoy erasının üzvi aləmindən
kəskin surətdə fərqlənir. Belə ki, üst təbaşirin axırlarında
mezozoyun xarakter formaları olan ammonitlər və beləme-
nitlər tamamilə qırılıb məhv olur. Paleogen dənizlərinin
Dostları ilə paylaş: |