16
1.2 saylı cədvəldə 50 il müddətində (1947-1997) təbii
fəlakətlərin tipləri üzrə məhv olanların sayı verilmişdir. O,
cümlədən zəlzələlərdən ölənlərin sayı 400000
nəfərdən çox
olmuşdur. Bu ümumiyyətlə təbii fəlakətlərin ölənlər arasında
öncül bir rəqəmlir (qrafik 2).
1.3 saylı cədvəldə isə insan tarixində baş vermiş ən iri zəlzə-
lələrin illəri, regionları və ölənlərin sayı verilmişdir. Bu
cədvələ əsasən insan tələfatı ilə nəticələnən zəlzələlərdən – 830
min (Çin, Şensi əyaləti 1556), Hindistan – 300 min nəfər
(Kalkutta – 1737), Hindistan – 180 min (893-cü il), İtaliya –
120 min nəfər (Messina, 1908), yenə Çində – 180 min (Qansyu
əyaləti) və s. göstərmək olar.
1.5 saylı cədvəldə isə 1999-cu ilin fevralından 2010-cu
ilin fevralına qədər on il ərzində baş vermiş dəhşətli zəl-
zələlərin siyahısı verilmişdir. Cədvəldən göründüyü kimi
son əsrdə ən qüvvətli zəlzələlər İndoneziyada olmuş və
bunun nəticəsində 227,898 insan ölmüşdür (Sumatra, 2004,
26, 12), Haiti adasında 2010, 01.12) baş vermiş və 222,570
insanın həyatına son qoymuşdur.
Ona görə də yüksək seysmik aktivlikli
yerlərdə əhali zəl-
zələ şəraitində hazırlıqlı olmalıdır. İlk növbədə evdə, işdə,
küçədə, ictimai yerlərdə öz hərəkətlərinin qaydasını təyin
etməli və bütün hallarda ən təhlükəsiz yerləri müəyyənləş-
dirməlidir. Bunlara möhkəm divarları olan oyuqlar, künclər,
sütunların yanında və binanın karkasının tinləri aiddir. Yataq
yerləri böyük pəncərələrdən və şüşə arakəsmələrdən imkan
daxilində uzaq yerləşdirilməlidir. Evdən çıxmaq üçün ye-
yinti məhsulları, su ehtiyatı tibbi yardım qutusu, qənd və pul
hazır vəziyyətdə olmalıdır.
Elektrik, su və qaz təchizatının
söndürülməsi yaddan çıxmamalıdır. Zəlzələnin ilk anların-
dan binadan açıq yerə qaçılmalıdır. Yadda saxlamaq lazım-
dır ki, birinci təkandan sonra təkrar ola bilər.
Vulkanlar yerin dərinliklərində baş verən tektonik hərə-
kətlərlə sıxı əlaqədardır. Vulkanlar geoloji proseslər nəticə-
17
sinqdə yerin dərin qatlarından çatlar və boruvari kanallar
vasitəsilə silikat qazlarla zəngin, odlu maqmanın səthə çıx-
masıdır. Yer səthinə çıxarkən maqma yanar –
odlu mayedən,
lavalardan ibarət olur. Vulkanlar zəlzələdən fərqli olaraq
daha az baş verir, lakin nəticələri daha ağır olur. Bir çox
vulkanlar hazırda fəaliyyətdədir. Uzaq Şərqdə,
Kuril adala-
rında və Kamçatka yarımadasında 38 vulkan qeydə alınmış-
dır. Bütün dünyada 620-dən çox fəaliyyətdə olan vulkan-
lardan 418-i Sakit okean (Sakit Okeanın odlu qövsü) və
onun sahillərindədir. Hind okeanında, kontinental Asiyada,
Aralıq dənizində və Afrikada 145, Atlantik okeanda 61
vulkan fəaliyyətdədir. Santorin atasında (Egey dənizi,
b.e.ə.1470-ci il) vulkanın püskürməsi Aralıq dənizində
mövcud olan sivilizasiyanın məhvinə səbəb olmuşdur.
Vezuvi vulkanının püskürməsi (b.e.ə. 79-cu il) Pompey
şəhərinin yox olmasına səbəb olmuşdur. Krakatau (İndone-
ziya, 1883-cü il) vulkanın püskürməsi 36
metr hündürlüklü
dalğanın sunaminin yaranmasına səbəb olmuşdur. Partla-
yışın səsi 5000 km məsafədə eşidilmişdir. (cəd. 1.1).
Bütün vulkanlar 4 qrupda birləşdirilir: 1) Sakit Okeanın
odlu qövsündəki
vulkanlar; 2) Orta Avropada, Aralıq dənizi
və sahillərindəki vulkanlar; 3) Atlantik okeanının meridional
vulkanları; 4) Şərqi Afrika sınmasındakı vulkanlar.
2010-cu ilin yayında İslandiya adalarında (Atlantik okea-
nının meridional qrupunda) iki vulkanın (Eujaf-jallajokuel
vul.) palçıq və toz püskürməsi (şək.1.2, 1.3) bir neçə ay
davam etmiş, bütün Avropa qitəsini və Asiya qitəsinin bir
hissəsini sıx toz-dumana bürümüş,
bütün Avropada minlərlə
təyyarə reyslərinin və başqa nəqliyyat vasitələrinin iflic
vəziyyətə düşməsi baş vermişdir.
Başlıcası isə ondan ibarətdir ki, bu tozların əksəriyyəti
quru ərazisinə tökülmüş və ölkələrdə ekoloji böhran ya-
ratmışdır.
19
Cədvəl 1.3
İnsan tarixində baş vermiş ən iri zəlzələlər
İllər
Regionlar
Ölənlərin sayı min
nəfərlə
1 2 3
365 Aralıq dənizinin şərqi. Suriya
50
844 Suriya
(Dəməşq) 50
893 Ermənistan 100
893 Hindistan
180
1138 Suriya
100
1268 Türkiyə (Semciya)
60
1290 Çin
(Çiliz
əyaləti) 100
1456
İtaliya (Neapol)
60
1556 Çin
(Şensi əyaləti) 830
1626
İtaliya (Neapol)
70
1667 Azərbayan (Şamaxı) 80
1668 Çin
(Şandun əyaləti) 50
1693
İtaliya (Siciliya)
60
1727
İran (Təbriz) 77
1730 Yaponiya
(Hokkaydo)
137
1737
Hindistan (Banqalur, Kalkutta)
300
1739 Çin
(Ninzya
əyaləti) 50
1755 Portuqaliya
(Lissobon)
60
1783
İtaliya (Kalabriya)
50
1868 Ekvador
(İbarro) 70
1908
İtaliya (Messina)
120 (47-82-50)
1920 Çin
(Qansyu
əyaləti) 180
Cədvəl 1.4
Ən iri fəlakətlərin statistikası
Onilliklər 1950-
1959
1960-
1969
1970-
1979
1980-
1989
1990-
1999
1992-
2002
Təbii fəlakətlərin sayı
20 27 47 63 91 70
İqtisadi itkilər
milliard dollarla
42,1 75,5 138,4 213,9 659,9
550,9