7
Xarici şəraitdən, maddələr mübadiləsinin istiqamətindən və hüceyrənin
daşıdığı vəzifədən asılı olaraq qılaf nəinki qalınlaşır, hətta onun kimyəvi tərkibi də
dəyişir. Hüceyrə qılafı odunlaşır, mantarlaşır və kutinləşir, selikləşir və
minerallaşır.
Qılafa liqnin (odun) hopduqda odunlaşır. Odunlaşma qılafa bərklik və
möhkəmlik verir. Odunlaşmış qılaf, maddələri hüceyrəyə çox çətinliklə buraxır.
Məsələn, yetişib ötmüş turp, çuğundur və s. Bəzən əks odunlaşma müşahidə
olunur. Məsələn, armud və ya heyvanın saxlanma zamanı yetişməsi.
Hüceyrənin qılafına yağabənzər maddə suberin (mantar) hopduqda qılaf
mantarlaşır, mumabənzər maddə kutin hopduqda isə kutinləşir. Qılafı mantarlaşmış
və kutinləşmiş hüceyrələr istər qazları, istərsə də mayeləri hüceyrənin daxilinə və
xaricinə keçirmir. Qılafın bütün səthi mantarlaşdıqda hüceyrənin canlı
möhtəviyyatı məhv olur.
Həddindən artıq su hopması nəticəsində selikləşən qılafın kimyəvi tərkibi o
qədər də dəyişmir. Selikləşmə az təsadüf edilən hadisədir. Təbii halda qarpız
toxumlarının qabıq hissəsi meyvənin daxilində suyun çoxluğundan, eləcə də əksər
yosunların xarici səthi selikləşmiş olur. Albalı, gavalı, gilas, alça, ərik ağacları
qabığının çatlarından sarımtıl yapışqan maddənin axması hallarına tez-tez rast
gəlmək olur. Bu yapışqanlı maddə – selikləşmiş hüceyrə kütləsidir.
Hüceyrənin qılafına çox vaxt mineral (kalsium və silisium) duzlar hopur və
qılafı minerallaşdırır. Qonşu hüceyrələrin protoplazmaları, məsamənin qapayıcı
pərdəsindəki kiçik deşiklərdən keçən nazik tellərlə birləşir və bütün orqanizmin
canlı hüceyrələri arasında əlaqəni təmin edir. Məsamələrdən birləşən protoplazma
tellərinə plazmodesmalar deyilir.
Sitoplazma, protoplazmanın əsas hissəsini təşkil edir. Bunun içərisində
protoplazmanın digər komponentləri yerləşir. O, eləcə də, əsasən erqast maddə
kütləsinin yerləşdiyi hüceyrə şirəsini də əhatə edir.
8
Sitoplazmanın içərisində protoplazmanın canlı komponentləri və
onda toplanan maddələr yerləşir. Cavan hüceyrənin daxili tamamilə
sitoplazmadan ibarətdir.
Sitoplazmanın içərisində hüceyrə şirəsinin əhatə etdiyi yer vakuol
adlanır. Vakuollar çoxalıb iriləşdikcə, sitoplazmanı qılafa doğru
sıxışdırır. Sitoplazma 3 hissəyə ayrılır. Onun ən xarici və ən daxili
hissələrini təşkil edən molekullar kipləşir və onu hüceyrənin qovuşduğu
digər hissələrdən ayırır. Buna müvafiq olaraq sitoplazmanın qılafla
birləşən hissəsi plazmalemma adlanır. Onun ən daxili qatı mezoplazma
adlanır. Sitoplazmanın xarici və daxili qatları yarımkeçirici olub,
seçicilik qabiliyyətinə malikdir. Onlar müəyyən maddələri çox asanlıqla,
bəzilərini isə çox çətinliklə daxilə buraxır, yaxud tamamilə buraxmır.
Sitoplazmanın əsasını zülallar və lipoidlər təşkil edir. Yaşayış
prosesində onun içərisində suda həll olan və həll olmayan çox müxtəlif
maddələr toplanır. Sitoplazmanın tərkibində 85-90% su vardır. Çox
mürəkkəb kimyəvi tərkibə malik sitoplazma arası kəsilmədən dəyişir.
Hüceyrə sitoplazmasında kolloidal vəziyyət pozulduqda pıxtalaşma
hadisəsi nəticəsində hüceyrə ölur. Bir çox bitki mənşəli məhsulları 60
0
C-
dən yuxarı temperaturda qızdırdıqda sitoplazma koaqulyasiya edir və
zülallar pambığaoxşar çürüntü şəklində çökür. Sitoplazmada suyun
miqdarı həddindən artıq azaldıqda isə, bunlar pıxtalaşma nəticəsində
məhv olurlar.
Hər hüceyrə maksimal qüvvə ilə suyu özünə sorur, nəticədə
hüceyrənin möhtəviyyatı qılafa təzyiq göstərir. Hüceyrə qılafı elastiki
olduğu üçün bu təzyiqin təsirindən enliləşir, qılaf eyni zamanda
9
gərginlik xassəsi daşıdığından, həm də sıxılmağa başlayır, sıxılma
nəticəsində qılaf hüceyrənin daxili möhtəviyyatına təzyiq göstərir.
Sıxılma nəticəsində enliləşmiş qılafın hüceyrə möhtəviyyatına göstərdiyi
təzyiq turqor təzyiqi adlanır. Turqor təzyiqi nəticəsində hüceyrə gərgin
vəziyyət alır. Hüceyrənin belə bir gərgin vəziyyəti turqor vəziyyəti
adlanır. Hüceyrələrin və bütün orqanizmin turqor vəziyyəti normal
vəziyyətdir.
Hüceyrə su ehtiyatını itirdikdə gərginlik azalır, turqor vəziyyəti
pozulur. Artıq daxildən qılaflara təzyiq edilmir, onlar boşalır, bəzən də
qırışır. Beləliklə, bitki ölüşkəyir. Hüceyrədə turqor vəziyyətinin
pozulmasına plazmoliz deyilir. Plazmoliz zamanı protoplazma
hüceyrənin divarından aralanır və komacıq şəklində hüceyrənin içərisinə
çəkilir. Bitkilər yenə də su sorduqda, normal vəziyyət alır, yəni
hüceyrələrdə turqor vəziyyəti bərpa olunur. Belə plazmolizə qayıdan
plazmoliz və ya deplazmoliz deyilir. Məhz buna görə xiyarı duza
qoymazdan əvvəl 2-6 saat soyuq suda saxlayırlar.
Nüvə protoplazmanın əsas komponentlərindən olub, sitoplazmanın
içərisində yerləşir, protoplazmada davam edən mübadilə reaksiyalarında
fəal iştirak edir. Canlı hüceyrələrdə o, nisbətən iri görünür və hüceyrənin
mərkəzində yerləşir. Hüceyrə böyüdükcə və yaşa dolduqca hüceyrə
şirəsinin artması ilə əlaqədar sitoplazma hüceyrənin divarına doğru
itələnir və onunla bərabər nüvə də kənara çəkilir.
Bəzən nüvə yaşlı, çoxvakuollu hüceyrədə də mərkəz mövqeyini
saxlayır. Bu halda hüceyrənin mərkəzinə doğru hörümçək toru şəklində
çəkilən sitoplazma sahəcikləri nüvəni əhatə edir və bu vəziyyətdə nüvə
Dostları ilə paylaş: |