10
cibciyi adlanan sitoplazma torunda yerləşir. Nüvə oval, girdə və ya
bəzən yandan basıq olur. Çoxhüceyrəli orqanizmlərin hüceyrələri nüvəli,
göy-yaşıl yosunların isə istər çoxhüceyrəli, istərsə də təkhüceyrəli
nümayəndələrinin hüceyrələri nüvəsiz olur.
Nüvənin də əsasını sitoplazmada olduğu kimi canlı zülal təşkil
edir, ancaq onun tərkibində mütləq nüvə turşuları sayılan nuklein
turşuları vardır. Bunlar RHT (ribonuklein turşusu) və DNT-dən
(dezoksiribonuklein turşusu) ibarətdir. Ribonuklein turşusuna
sitoplazmada da rast gəlirik.
Nuklein turşuları zülalların sintezində mühüm rol oynayır. Isbat
edilmişdir ki, RNT zülalların sintezində, DNT isə RNT-in sintezində
iştirak edir. Bundan başqa DNT hüceyrə fermentlərinin sintezində
müəyyən rol oynamaqla irsi xüsusiyyətlərin nəslə keçirilməsində
informator rolu daşıyır.
Tərkibindəki maddələrdən asılı olaraq nüvəni təşkil edən maddə
nukleoproteid (nuklein-zülal) adlanır.
Nüvə 3 hissədən ibarətdir: 1. nüvə pərdəciyi və ya nüvə qılafı; 2.
karioplazma, yaxud nüvə plazması; 3. nüvəciklər. Hər üçü nüvə
maddəsindən əmələ gəlmiş yarımmaye, özlülüyü yüksək kütlədən ibarət,
nüvənin içərisində yerləşən kiçik, bir və yaxud bir neçə kürəşəkilli
cisimciklərdir.Ancaq tərkibinə və qatılığına görə nüvədən fərqlənir.
Nüvənin vəzifələri çox müxtəlif və həm də mürəkkəbdir. O,
hüceyrədə müxtəlif istiqamətlərdə gedən maddələr mübadiləsini
mərkəzləşdirir, hüceyrənin bölünməsində fəal iştirak edir, inkişaf
proseslərində qılafın əmələ gəlməsinə xidmət edir və s.
11
Mitoxondrilərin hüceyrədə miqdarı çox olur. Sitoplazma içərisində
xırda hissəciklər şəklində çoxlu miqdarda yerləşməsinə baxmayaraq,
böyük xarici səthə malikdir. Həmin səthin böyüklüyü mitoxondrilərdə
mübadilə reaksiyalarına qarşı böyük fəallığın əmələ gəlməsinə səbəb
olur. Mitoxondrilər, geniş mənada desək, hüceyrələrlə üzvi maddələrin
oksidləşməsinin və bununla əlaqədar qaz mübadiləsinin, ifrazatın və
başqa mühüm həyati proseslərin tənzimləyiciləridir. Bitki və heyvan
hüceyrələrində təsadüf edilir. Mitoxondrilər parçalanma yolu ilə və ya
tamamilə yenidən sitoplazma kütləciyindən əmələ gəlir.
Plastidlər sitoplazmanın içərisində yerləşən və onda davam edən
maddələr mübadiləsinin gedişində çox mühüm rol oynayan canlı
orqanizmlərdən bir qrupudur. Onlara ancaq yaşlı bitkilərdə rast gəlmək
olur.
Kolloidal quruluşlu plastidlər sitoplazmaya nisbətən xeyli qatıdır.
Cisimciyi stroma adlanır. Stromanın əsasını plazma tipli zülallar və
lipoidlər təşkil edir.
Plastiddə toplanan piqmentdən asılı olaraq bitkilərdə 3 müxtəlif
plastid ayrılır: leykoplastlar, yaxud rəngsiz plastidlər; xloroplastlar –
yaşıl plastidlər və xromoplastlar – sarı, qonur, narıncı və qırmızımtıl
plastidlər. Mühit amillərinin təsirindən, bitkinin mövcud inkişaf
fazasından və ən nəhayət, hüceyrədə davam edən mübadilə
reaksiyalarının gedişindən asılı olaraq bir növ plastid başqa növ plastidə
çevrilə bilər.
Xloroplastlar – yaşıl plastidlər olub, bitkilər aləmində və onların
müxtəlif orqanlarında geniş yayılmışdır. Tərkibinə görə zülal lipidlərdən
12
təşkil olunmuşdur.Günəş şüasının təsiri ilə onlarda fotosintez prosesi
getdiyindən, onların bitkilərin həyatında rolu böyükdür. Xlorofil, günəş
şüası, torpaqda dəmir və maqneziumun olması nəticəsində fotosintez
normal gedir. Hüceyrədə, adətən 20-50 xloroplast olur. Yetişmiş
meyvələrdə, yarpaqlarda və göyərtidə çoxdur.
Bitkilər qocaldıqda xloroplastlar parçalanır.
Xromoplastlar başqa plastidlərdən sarı, narıncı, qırmızı və qonur
rəngləri ilə fərqlənirlər. Xromoplastlara daha çox tərəvəzlərdə, məsələn,
qırmızı bibər, qarpız, pomidor və ərik, itburnu, üvəz kimi meyvələrdə
rast gəlmək olur. Xromoplastlara sarı, narıncı və qırmızı rəng verən
piqmentlər – karotinoidlərdir. 60-a qədər növ müxtəlifliyi var. Ən çox
yayılmış piqmentlərdən karotini və ksantofili göstərmək olar.
Xromoplastlar çöp, üçbucaq, çoxbucaqlı, sap, romb və s. şəklində
olur. Xromoplastların üzərində çox hallarda nişasta dənəcikləri, zülal
kristalları və yağ damlaları görünür. Ehtimal ki, bu maddələrin sintezi ilə
xromoplastlar arasında müəyyən münasibət vardır.
Leykoplastlar – rəngsiz plastidlərdir. Bitkinin bütün orqan və
toxumalarında əmələ gəlir. Məsələn, onları kartof yumrularında görmək
olar. Leykoplastlar sitoplazmada çox xırda cisimciklər şəklində topa-
topa yerləşir. Bəzən onlar nüvənin ətrafına toplanaraq, onu hər tərəfdən
əhatə edir. Görünür leykoplastlar mübadilə reaksiyalarının gedişində
yaxından iştirak edir. Yetkin hüceyrələrin çoxunda leykoplastlar ehtiyat
nişastanı topladığından hər leykoplast üzərində nişasta dənəsi aydın
görünür. Nişasta əmələ gətirən leykoplastlar amiloplastid adlanır.
13
Elayoplastlar bəzi bitkilərin sitoplazmasında ancaq yağ ehtiyatı
toplayan rəngsiz, kürəşəkilli plastidlərdir.
Diktiosomlar və ya Qolci aparatı. Hüceyrə orqanelləri olub, azacıq
əyilmiş cüt plastik membranlar şəklindədir. Uclarında olan şişlər iri
vakuollara çevrilir. Hüceyrə
qılafının
əmələ
gəlməsində,
hemisellülozanın, pektinli maddələrin, seliyin çevrilməsində və başqa
hüceyrədaxildi proseslərdə böyük rol oynayır.
1.2. Meyvə-tərəvəzlərin əsas toxumaları
Meyvə-tərəvəzlərin əsas toxumaları aşağıdakılardır: örtücü
toxumalar, parenxim və ya əsas toxuma, mexaniki toxumalar, ötürücü
toxumalar, törədici toxumalar və ya meristemlər, ifrazat toxumaları.
Hər bir toxumanın tərkibinə daxil olan hüceyrələr qrupunun
müəyyən funksiyası vardır.
Kompleks hüceyrələrdən təşkil olunmuş örtücü toxumalar meyvə-
tərəvəzin səthində yerləşir və onları xarici təsirlərdən qoruyur. Birinci
toxumaya epidermis, ikinci toxumaya isə periderma deyilir.
Meyvə-tərəvəzdə parenxim və ya əsas toxuma ən zəruri toxumadır.
Əsas qidalı maddələr parenxim toxumasının hüceyrələrində toplanır və
bunlar gələcəkdə hüceyrənin maddələr mübadiləsində və tənəffüsündə
istifadə edilir. Parenxim toxumasının hüceyrə qılafı çox nazik olub,
əsasən sellülozadan ibarətdir.
Mexaniki toxumalar möhkəmlik toxumalarıdır. Xüsusi mexaniki
toxumalara kollenxima və sklerenxima aiddir.
Dostları ilə paylaş: |