Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə4/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   120

 

 

10



cibciyi adlanan sitoplazma torunda yerləşir. Nüvə oval, girdə  və ya 

bəzən yandan basıq olur. Çoxhüceyrəli orqanizmlərin hüceyrələri nüvəli

göy-yaşıl yosunların isə istər çoxhüceyrəli, istərsə  də  təkhüceyrəli 

nümayəndələrinin hüceyrələri nüvəsiz olur. 

Nüvənin də  əsasını sitoplazmada olduğu kimi canlı zülal təşkil 

edir, ancaq onun tərkibində mütləq nüvə turşuları sayılan nuklein 

turşuları vardır. Bunlar RHT (ribonuklein turşusu) və DNT-dən 

(dezoksiribonuklein turşusu) ibarətdir. Ribonuklein turşusuna 

sitoplazmada da rast gəlirik. 

Nuklein turşuları zülalların sintezində mühüm rol oynayır. Isbat 

edilmişdir ki, RNT zülalların sintezində, DNT isə RNT-in sintezində 

iştirak edir. Bundan başqa DNT hüceyrə fermentlərinin sintezində 

müəyyən rol oynamaqla irsi xüsusiyyətlərin nəslə keçirilməsində 

informator rolu daşıyır. 

Tərkibindəki maddələrdən asılı olaraq nüvəni təşkil edən maddə 

nukleoproteid (nuklein-zülal) adlanır. 

Nüvə 3 hissədən ibarətdir: 1. nüvə pərdəciyi və ya nüvə qılafı; 2. 

karioplazma, yaxud nüvə plazması; 3. nüvəciklər. Hər üçü nüvə 

maddəsindən əmələ gəlmiş yarımmaye, özlülüyü yüksək kütlədən ibarət, 

nüvənin içərisində yerləşən kiçik, bir və yaxud bir neçə kürəşəkilli 

cisimciklərdir.Ancaq tərkibinə və qatılığına görə nüvədən fərqlənir. 

Nüvənin vəzifələri çox müxtəlif və  həm də mürəkkəbdir. O, 

hüceyrədə müxtəlif istiqamətlərdə gedən maddələr mübadiləsini 

mərkəzləşdirir, hüceyrənin bölünməsində  fəal iştirak edir, inkişaf 

proseslərində qılafın əmələ gəlməsinə xidmət edir və s. 



 

 

11



Mitoxondrilərin hüceyrədə miqdarı çox olur. Sitoplazma içərisində 

xırda hissəciklər  şəklində çoxlu miqdarda yerləşməsinə baxmayaraq, 

böyük xarici səthə malikdir. Həmin səthin böyüklüyü mitoxondrilərdə 

mübadilə reaksiyalarına qarşı böyük fəallığın  əmələ  gəlməsinə  səbəb 

olur. Mitoxondrilər, geniş  mənada desək, hüceyrələrlə üzvi maddələrin 

oksidləşməsinin və bununla əlaqədar qaz mübadiləsinin, ifrazatın və 

başqa mühüm həyati proseslərin tənzimləyiciləridir. Bitki və heyvan 

hüceyrələrində  təsadüf edilir. Mitoxondrilər parçalanma yolu ilə  və ya 

tamamilə yenidən sitoplazma kütləciyindən əmələ gəlir. 

Plastidlər sitoplazmanın içərisində yerləşən və onda  davam edən 

maddələr mübadiləsinin gedişində çox mühüm rol oynayan canlı 

orqanizmlərdən bir qrupudur. Onlara ancaq yaşlı bitkilərdə rast gəlmək 

olur. 


Kolloidal quruluşlu plastidlər sitoplazmaya nisbətən xeyli qatıdır. 

Cisimciyi stroma adlanır. Stromanın  əsasını plazma tipli zülallar və 

lipoidlər təşkil edir. 

Plastiddə toplanan piqmentdən asılı olaraq bitkilərdə 3 müxtəlif 

plastid ayrılır: leykoplastlar, yaxud rəngsiz plastidlər; xloroplastlar – 

yaşıl plastidlər və xromoplastlar – sarı, qonur, narıncı  və  qırmızımtıl 

plastidlər. Mühit amillərinin təsirindən, bitkinin mövcud inkişaf 

fazasından və  ən nəhayət, hüceyrədə davam edən mübadilə 

reaksiyalarının gedişindən asılı olaraq bir növ plastid başqa növ plastidə 

çevrilə bilər. 



Xloroplastlar – yaşıl plastidlər olub, bitkilər aləmində  və onların 

müxtəlif orqanlarında geniş yayılmışdır. Tərkibinə görə zülal lipidlərdən 




 

 

12



təşkil olunmuşdur.Günəş  şüasının təsiri ilə onlarda fotosintez prosesi 

getdiyindən, onların bitkilərin həyatında rolu böyükdür. Xlorofil, günəş 

şüası, torpaqda dəmir və maqneziumun olması  nəticəsində fotosintez 

normal gedir. Hüceyrədə, adətən 20-50 xloroplast olur. Yetişmiş 

meyvələrdə, yarpaqlarda və göyərtidə çoxdur. 

Bitkilər qocaldıqda xloroplastlar parçalanır.  



Xromoplastlar başqa plastidlərdən sarı, narıncı, qırmızı  və qonur 

rəngləri ilə fərqlənirlər. Xromoplastlara daha çox tərəvəzlərdə, məsələn, 

qırmızı bibər, qarpız, pomidor və  ərik, itburnu, üvəz kimi meyvələrdə 

rast gəlmək olur. Xromoplastlara sarı, narıncı  və  qırmızı  rəng verən 

piqmentlər – karotinoidlərdir. 60-a qədər növ müxtəlifliyi var. Ən çox 

yayılmış piqmentlərdən karotini və ksantofili göstərmək olar. 

Xromoplastlar çöp, üçbucaq, çoxbucaqlı, sap, romb və s. şəklində 

olur. Xromoplastların üzərində çox hallarda nişasta dənəcikləri, zülal 

kristalları və yağ damlaları görünür. Ehtimal ki, bu maddələrin sintezi ilə 

xromoplastlar arasında müəyyən münasibət vardır. 



Leykoplastlar – rəngsiz plastidlərdir. Bitkinin bütün orqan və 

toxumalarında əmələ gəlir. Məsələn, onları kartof yumrularında görmək 

olar. Leykoplastlar sitoplazmada çox xırda cisimciklər  şəklində topa-

topa yerləşir. Bəzən onlar nüvənin ətrafına toplanaraq, onu hər tərəfdən 

əhatə edir. Görünür leykoplastlar mübadilə reaksiyalarının gedişində 

yaxından iştirak edir. Yetkin hüceyrələrin çoxunda leykoplastlar ehtiyat 

nişastanı topladığından hər leykoplast üzərində nişasta dənəsi aydın 

görünür. Nişasta əmələ gətirən leykoplastlar amiloplastid adlanır. 




 

 

13



Elayoplastlar  bəzi bitkilərin sitoplazmasında ancaq yağ ehtiyatı 

toplayan rəngsiz, kürəşəkilli plastidlərdir. 



Diktiosomlar və ya Qolci aparatı. Hüceyrə orqanelləri olub, azacıq 

əyilmiş cüt plastik membranlar şəklindədir. Uclarında olan şişlər iri 

vakuollara çevrilir. Hüceyrə 

qılafının 

əmələ 

gəlməsində, 



hemisellülozanın, pektinli maddələrin, seliyin çevrilməsində  və başqa 

hüceyrədaxildi proseslərdə böyük rol oynayır. 

 

1.2. Meyvə-tərəvəzlərin əsas toxumaları 

 

Meyvə-tərəvəzlərin  əsas toxumaları  aşağıdakılardır: örtücü 



toxumalar, parenxim və ya əsas toxuma, mexaniki toxumalar, ötürücü 

toxumalar, törədici toxumalar və ya meristemlər, ifrazat toxumaları. 

Hər bir toxumanın tərkibinə daxil olan hüceyrələr qrupunun 

müəyyən funksiyası vardır. 

Kompleks hüceyrələrdən təşkil olunmuş örtücü toxumalar meyvə-

tərəvəzin səthində yerləşir və onları xarici təsirlərdən qoruyur. Birinci 

toxumaya epidermis, ikinci toxumaya isə periderma deyilir. 

Meyvə-tərəvəzdə parenxim və ya əsas toxuma ən zəruri toxumadır. 

Əsas qidalı maddələr parenxim toxumasının hüceyrələrində toplanır və 

bunlar gələcəkdə hüceyrənin maddələr mübadiləsində  və  tənəffüsündə 

istifadə edilir. Parenxim toxumasının hüceyrə  qılafı çox nazik olub, 

əsasən sellülozadan ibarətdir. 

Mexaniki toxumalar möhkəmlik toxumalarıdır. Xüsusi mexaniki 

toxumalara kollenxima və sklerenxima aiddir. 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə