Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə5/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   120

 

 

14



Kollenxima qeyri-bərabər odunlaşmış canlı hüceyrədir, tərkibi 

sellüloza ilə yanaşı protopektin və su ilə  də  zəngindir. Kollenxima 

hüceyrələrində xloroplastlar vardır və onda mübadilə prosesləri gedir. 

Cavan bitki orqanı üçün dayaq rolunu oynayır. 

Sklerenxima isə  əksinə tamamilə odunlaşmış hüceyrə  qılafından 

ibarətdir. Bu toxuma uzunsov, bəzən  şaxələnmiş  və daşlaşmış olur. 

Qərzəkli meyvələrin qabığı, meyvələrin çəyirdəyi bunun əsasında əmələ 

gəlir. Yetişməmiş heyva və armudda daşlaşmış toxumalara çox təsadüf 

olunur. 

Ötürücü toxumalar – meyvə-tərəvəzdə suda həll olan qida 

maddələrini bir hüceyrədən digərinə keçirir. Bu toxumanın hüceyrələri 

uzunsov damarcıqlar  şəklindədir. Ötürücü toxumaların damarcıqları 

meyvəköklülərdə, köküyumrularda, yarpaqlarda, zoğlarda daha aydın 

görünür. Bunlar iki kompleks toxumadan ibarətdir. Ksilema suyu və 

onda həll olan maddələri yuxarıya, floema plastiki maddələri aşağıya 

doğru ötürür. 

Törədici toxumaların və ya meristemlərin artması  nəticəsində 

bütün başqa toxumalar əmələ  gəlir. Meristemlər birinci və ikinci 

olmaqla iki yerə bölünür. 

Birinci meristemlər hələ toxumun rüşeymində əmələ gəlir və bitki 

yarpaqlarının, köklərinin ucunda olur. Ikinci meristemlər,  əsasən daimi 

toxumalarda, birinci meristemlərdən  əmələ  gəlir. Meyvəköklülərdə 

meristemlər, əsasən onun yuxarı hissəsində yerləşir və ikinci il onlardan 

yarpaq və çiçək zoğu əmələ gəlir. 

 



 

 

15



1.3. Meyvə-tərəvəzin kimyəvi tərkibi 

 

Meyvə-tərəvəzin tərkibində insan orqanizmi üçün zəruri olan bir 



çox maddələr:  şəkərlər, üzvi turşular, azotlu maddələr, yağlar,  ətirli və 

boya maddələri, mineral duzlar, vitaminlər, fermentlər, qlükozidlər, 

fitonsidlər və pektin maddələri vardır. 

Meyvə-tərəvəz mineral maddələrin və vitaminlərin mənbəyidir. 

Paxlalı  tərəvəzlər və  kələm asan həzm olunan zülali maddələrlə 

zəngindir. Meyvə-tərəvəzin tərkibində olan nuklein turşuları, fitonsidlər 

və başqa bioloji aktiv maddələr insan qidasında böyük əhəmiyyət kəsb 

edir. Meyvə-tərəvəzdəki vitaminlər insan orqanizminin müxtəlif 

xəstəliklərə qarşı müqavimətini artırır. Almanın və başqa meyvə-

tərəvəzin tərkibindəki dəmir qanazlığının qarşısını alır. Bəzi meyvə-

tərəvəz müalicəvi  əhəmiyyətə malikdir. Məsələn, moruğun tərkibində 

salisil turşusu olduğundan ondan soyuqdəyməyə qarşı istifadə edilir. 

Armuddan və qaragilədən qarnı  bərkitmək, gavalıdan isə yumşaq 

saxlamaq üçün istifadə edilir. 

Meyvə-tərəvəzin kimyəvi tərkibi sabit olmayıb, növündən və 

sortundan, yetişmə  dərəcəsindən, yığılma müddətindən, torpaq-iqlim 

şəraitindən,  əmtəə emalından, saxlanma üsulu və müddətindən asılı 

olaraq dəyişir. 

Məsələn, yetişməmiş xurmada ağızbüzüşdürücü xassənin daha 

kəskin olması onun tərkibində aşı maddənin yetişmiş xurmaya nisbətən 

çox olması ilə əlaqədardır. Eyni homoloji sortdan olan şimalda yetişən 

almanın tərkibində şəkərin miqdarı cənubda yetişən almaya nisbətən az 




 

 

16



olur. Təzə dərilmiş almanın tərkibində şəkərin və üzvi turşuların miqdarı 

3-4 ay saxlanılmış almaya nisbətən çoxdur. Çünki saxlanılma zamanı 

şəkərin və üzvi turşunun bir hissəsi tənəffüsə sərf olunduğundan, onların 

ümumi miqdarı azalır. Meyvə-tərəvəzdən həm təzə halda və  həm də 

emal edilmiş  şəkildə istifadə edilir. Emal zamanı da meyvə-tərəvəzin 

kimyəvi tərkibində böyük dəyişikliklər gedir. 

Meyvə-tərəvəzlərdə rast gələn maddələr 2 qrupa bölünür: 

1.

 



qeyri-üzvi maddələr. Bu qrupa su, mineral maddələr və qazlar 

aiddir. 


          2.    üzvi  maddələr. Bu qrupa karbohidratlar, azotlu maddələr, 

yağlar, üzvi turşular, vitaminlər, fermentlər,  ətirli, aşı, boya və pektin 

maddələri, qlükozidlər, fitonsidlər və s. aiddir. 

Su. Meyvə-tərəvəzin keyfiyyətli olmasında onların tərkibindəki 

suyun  əhəmiyyəti böyükdür. Belə ki, suyun normal miqdarda qalması 

meyvə-tərəvəzin təzəliyini və şirəli olmasını göstərir. Ayrı-ayrı meyvə-

tərəvəzdə suyun miqdarı müxtəlif olub, 70-95%-ə  qədər təşkil edir. 

Qərzəkli meyvələrdə suyun miqdarı 5-8% olur. Meyvə-tərəvəzin 

tərkibində suyun çox olması onların saxlanılmasını  və daşınmasını 

çətinləşdirir. Meyvə-tərəvəz 5-7% su itirdikdə büzüşür, göy tərəvəz isə 

2-3% su itirdikdə öz əmtəə görünüşünü dəyişir. 

Meyvə-tərəvəzdə su həm sərbəst və  həm də birləşmiş halda olur. 

Sərbəst su, onda həll olan maddələrlə birlikdə toxuma şirəsini təşkil edir 

və meyvə-tərəvəzi qurutduqda tamamilə ayrılır. Birləşmiş su isə kolloid 

hissəciklər və osmotik aktiv maddələr tərəfindən udulub saxlanılır. 

Meyvə-tərəvəzdə əsas su sərbəst halda olur və ümumi suyun 85-90%-ni 



 

 

17



təşkil edir. Meyvə-tərəvəzlərin tərkibində suyun çox olması onların 

kalorisini azaldır, lakin suda həll olmuş maddələr orqanizm tərəfindən 

asanlıqla mənimsənilir. 

Mineral maddələr. Meyvə-tərəvəzin tərkibində üzvi maddələrlə 

yanaşı, maddələr mübadiləsində böyük fizioloji rol oynayan müxtəlif 

mineral maddələr də vardır. Bunlar yaxşı  mənimsənilə bilən, müxtəlif 

üzvi və mineral turşuların (fosfor, şərab, sulfat, bor və s.) duzları 

şəklində, bəzi elementlər üzvi maddələrin tərkibində rast gəlir. Məsələn, 

maqnezium xlorofil piqmentinin, kükürd və fosfor meyvə-tərəvəzin 

zülali maddələrinin tərkibinə daxildir. 

Meyvə-tərəvəzin tərkibində 0,25-1,16%-ə  qədər mineral maddələr 

olur. Mineral maddənin yarısına qədərini kalium təşkil edir. Bir çox 

meyvə-tərəvəz külünün tərkibində 60-a qədər makro- və 

mikroelementlərin olması müəyyənləşdirilmişdir. Bunlardan ən çox rast 

gələnləri K, Na, Ca, Mg, Fe, Mn, Al, S, P, Si, Cl, B, J, Cu, Zn, Pb və s.-

dir. Bütün meyvə-tərəvəzin külü qələvi xassəlidir. 1 qr meyvə-tərəvəz 

külünün neytrallaşmasına 10-13 ml 0,1 normal turşu sərf olunur. Meyvə-

giləmeyvə şirələrinin saxtalaşdırılması bu göstəriciyə əsasən yoxlanılır. 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə