Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə3/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   120

 

 

7



Xarici  şəraitdən, maddələr mübadiləsinin istiqamətindən və hüceyrənin 

daşıdığı vəzifədən asılı olaraq qılaf nəinki qalınlaşır, hətta onun kimyəvi tərkibi də 

dəyişir. Hüceyrə  qılafı odunlaşır, mantarlaşır və kutinləşir, selikləşir və 

minerallaşır. 

Qılafa liqnin (odun) hopduqda odunlaşır. Odunlaşma qılafa bərklik və 

möhkəmlik verir. Odunlaşmış  qılaf, maddələri hüceyrəyə çox çətinliklə buraxır. 

Məsələn, yetişib ötmüş turp, çuğundur və s. Bəzən  əks odunlaşma müşahidə 

olunur. Məsələn, armud və ya heyvanın saxlanma zamanı yetişməsi. 

Hüceyrənin qılafına yağabənzər maddə suberin (mantar) hopduqda qılaf 

mantarlaşır, mumabənzər maddə kutin hopduqda isə kutinləşir. Qılafı mantarlaşmış 

və kutinləşmiş hüceyrələr istər qazları, istərsə də mayeləri hüceyrənin daxilinə və 

xaricinə keçirmir. Qılafın bütün səthi mantarlaşdıqda hüceyrənin canlı 

möhtəviyyatı məhv olur. 

Həddindən artıq su hopması nəticəsində selikləşən qılafın kimyəvi tərkibi o 

qədər də  dəyişmir. Selikləşmə az təsadüf edilən hadisədir. Təbii halda qarpız 

toxumlarının qabıq hissəsi meyvənin daxilində suyun çoxluğundan, eləcə də əksər 

yosunların xarici səthi selikləşmiş olur. Albalı, gavalı, gilas, alça, ərik ağacları 

qabığının çatlarından sarımtıl yapışqan maddənin axması hallarına tez-tez rast 

gəlmək olur. Bu yapışqanlı maddə – selikləşmiş hüceyrə kütləsidir. 

Hüceyrənin qılafına çox vaxt mineral (kalsium və silisium) duzlar hopur və 

qılafı minerallaşdırır. Qonşu hüceyrələrin protoplazmaları, məsamənin qapayıcı 

pərdəsindəki kiçik deşiklərdən keçən nazik tellərlə birləşir və bütün orqanizmin 

canlı hüceyrələri arasında əlaqəni təmin edir. Məsamələrdən birləşən protoplazma 

tellərinə plazmodesmalar deyilir. 



Sitoplazma, protoplazmanın  əsas hissəsini təşkil edir. Bunun içərisində 

protoplazmanın digər komponentləri yerləşir. O, eləcə  də,  əsasən erqast maddə 

kütləsinin yerləşdiyi hüceyrə şirəsini də əhatə edir. 



 

 

8



Sitoplazmanın içərisində protoplazmanın canlı komponentləri və 

onda toplanan maddələr yerləşir. Cavan hüceyrənin daxili tamamilə 

sitoplazmadan ibarətdir. 

Sitoplazmanın içərisində hüceyrə şirəsinin əhatə etdiyi yer vakuol 

adlanır. Vakuollar çoxalıb iriləşdikcə, sitoplazmanı  qılafa doğru 

sıxışdırır. Sitoplazma 3 hissəyə ayrılır. Onun ən xarici və  ən daxili 

hissələrini təşkil edən molekullar kipləşir və onu hüceyrənin qovuşduğu 

digər hissələrdən ayırır. Buna müvafiq olaraq sitoplazmanın qılafla 

birləşən hissəsi plazmalemma adlanır. Onun ən daxili qatı mezoplazma 

adlanır. Sitoplazmanın xarici və daxili qatları yarımkeçirici olub, 

seçicilik qabiliyyətinə malikdir. Onlar müəyyən maddələri çox asanlıqla, 

bəzilərini isə çox çətinliklə daxilə buraxır, yaxud tamamilə buraxmır. 

Sitoplazmanın  əsasını zülallar və lipoidlər təşkil edir. Yaşayış 

prosesində onun içərisində suda həll olan və həll olmayan çox müxtəlif 

maddələr toplanır. Sitoplazmanın tərkibində 85-90% su vardır. Çox 

mürəkkəb kimyəvi tərkibə malik sitoplazma arası kəsilmədən dəyişir. 

Hüceyrə sitoplazmasında kolloidal vəziyyət pozulduqda pıxtalaşma 

hadisəsi nəticəsində hüceyrə ölur. Bir çox bitki mənşəli məhsulları 60

0

C-

dən yuxarı temperaturda qızdırdıqda sitoplazma koaqulyasiya edir və 



zülallar pambığaoxşar çürüntü şəklində çökür. Sitoplazmada suyun 

miqdarı  həddindən artıq azaldıqda isə, bunlar pıxtalaşma nəticəsində 

məhv olurlar. 

Hər hüceyrə maksimal qüvvə ilə suyu özünə sorur, nəticədə 

hüceyrənin möhtəviyyatı  qılafa təzyiq göstərir. Hüceyrə  qılafı elastiki 

olduğu üçün bu təzyiqin təsirindən enliləşir, qılaf eyni zamanda 




 

 

9



gərginlik xassəsi daşıdığından, həm də  sıxılmağa başlayır, sıxılma 

nəticəsində  qılaf hüceyrənin daxili möhtəviyyatına təzyiq göstərir. 

Sıxılma nəticəsində enliləşmiş qılafın hüceyrə möhtəviyyatına göstərdiyi 

təzyiq turqor təzyiqi adlanır. Turqor təzyiqi nəticəsində hüceyrə gərgin 

vəziyyət alır. Hüceyrənin belə bir gərgin vəziyyəti turqor vəziyyəti 

adlanır. Hüceyrələrin və bütün orqanizmin turqor vəziyyəti normal 

vəziyyətdir. 

Hüceyrə su ehtiyatını itirdikdə  gərginlik azalır, turqor vəziyyəti 

pozulur. Artıq daxildən qılaflara təzyiq edilmir, onlar boşalır, bəzən də 

qırışır. Beləliklə, bitki ölüşkəyir. Hüceyrədə turqor vəziyyətinin 

pozulmasına  plazmoliz deyilir. Plazmoliz zamanı protoplazma 

hüceyrənin divarından aralanır və komacıq şəklində hüceyrənin içərisinə 

çəkilir. Bitkilər yenə  də su sorduqda, normal vəziyyət alır, yəni 

hüceyrələrdə turqor vəziyyəti bərpa olunur. Belə plazmolizə qayıdan 

plazmoliz və ya deplazmoliz deyilir. Məhz buna görə xiyarı duza 

qoymazdan əvvəl 2-6 saat soyuq suda saxlayırlar. 



Nüvə protoplazmanın əsas komponentlərindən olub, sitoplazmanın 

içərisində yerləşir, protoplazmada davam edən mübadilə reaksiyalarında 

fəal iştirak edir. Canlı hüceyrələrdə o, nisbətən iri görünür və hüceyrənin 

mərkəzində yerləşir. Hüceyrə böyüdükcə  və yaşa dolduqca hüceyrə 

şirəsinin artması ilə  əlaqədar sitoplazma hüceyrənin divarına doğru 

itələnir və onunla bərabər nüvə də kənara çəkilir. 

Bəzən nüvə yaşlı, çoxvakuollu hüceyrədə  də  mərkəz mövqeyini 

saxlayır. Bu halda hüceyrənin mərkəzinə doğru hörümçək toru şəklində 

çəkilən sitoplazma sahəcikləri nüvəni əhatə edir və bu vəziyyətdə nüvə 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə