193
çox olduqda məhsul uzun müddət saxlanılmağa və uzaq məsafəyə daşınmağa
yaramır.
Alma qurdu ən geniş yayılmış zərərvericidir. Alma qurdunun zədələdiyi
meyvənin əmtəəlik dəyəri aşağı düşür. Bu zərərverici dünyanın hər yerində həm
becərilən, həm də yabanı halda bitən tumlu meyvələrə çox ziyan vurur.
Azərbaycanda alma qurdu meyvəçilik rayonlarında məhsuldarlığı çox aşağı salır.
Bu zərərvericinin zədələdiyi meyvələr adətən yerə tökülür. Alma qurdu ilə
zədələnmiş meyvələr tənəffüsə 2-3 dəfə çox şəkər sərf edir, çürüyür.
Respublikamızın şəraitində alma qurdunun iki nəsli inkişaf edir.
Standart üzrə 2-ci sort almanın iki yerində, armudun isə bir yerində alma
qurdu ilə zədələnmiş yerin olmasına yol verilir.
Taxıl biti qrupununa aid olan alma çiçəkyeyəni, kazarka, bukarka, əsasən
toxumlu və çəyirdəkli meyvələri zədələyirlər. Onlar məhsuldarlığa ziyan vurur,
meyvənin səthində deşiklər açır və beləliklə meyvənin xarici görünüşünü
korlayırlar. Kütləvi surətdə çoxaldıqda ağacların yarpaqları tökülür, ağac zəif
böyüyür. Bunlardan başqa, meyvə zərərvericilərinə çanaqlı yastıca, qonur meyvə
gənəsi, alma mişarçısı, qoxulu ağacovan, tumurcuq qurdu, alma güvəsi, yemişan
kəpənəyi və albalı milçəyi aiddir. Tərəvəz zərərvericilərinə paxla və noxud
mənənəsi, yerkökü milçəyi, çətir güvəsi, qovun milçəyi və s. aiddir.
Xəstəliklər. Meyvə və tərəvəz məhsulları yetişmə, daşınma və saxlanılma
zamanı müxtəlif xəstəliklərə tutulurlar. Xəstəliklər fitopatogen və fizioloji olur.
Fitopatogen xəstəlikləri müxtəlif mikroorqanizmlər – bakteriyalar və
göbələklər törədir. Fizioloji xəstəliklər isə meyvə-tərəvəzdə normal fizioloji
proseslərin – maddələr mübadiləsinin, tənəffüsün pozulmasından irəli gəlir.
Meyvələrin xəstələnməsi onların saxlanılması zamanı itkini artırır.
194
5.8.1. Fitopatogen xəstəliklər
Meyvələrin xəstəlikləri. Meyvələrdə dəmgil, unlu şeh xəstəliyi, meyvə
çürüməsi, deşikli ləkəlilik, qara və yaşıl kif, sitrus meyvələrində antraknoz,
üzümdə boz çürümə, oidium və s. xəstəliklər müşahidə olunur.
Dəmgil xəstəliyi tumlu meyvə bitkilərinə ən çox zərər verən və Azərbaycan
şəraitində çox yayılan göbələk xəstəliklərindən biridir. Onu Fusicladium cinsinə
aid göbələklər törədir. Bu xəstəlik zamanı meyvənmin səthində girdə, tutqun boz
rəngli ləkələr əmələ gəlir. Meyvələrin erkən müddətlərdə zədələnməsi daha
qorxuludur, çünki dəmgil ləkələrinin altında mantarlaşmış qoruyucu toxuma əmələ
gəlir və meyvənin belə yerləri inkişaf etmir. Meyvə birtərəfli böyüyür, onun
zədələnmiş yerlərinin toxuması çatlayır. Belə meyvələr əmtəəlik dəyərini, tamını
itirir və uzun müddət saxlanıla bilmir. Yetişməsinə az qalmış zədələnən meyvələrin
forması dəyişilmir. Bu meyvələr çatlamır, lakin 2-ci sorta aid edilir. Xəstəlik
saxlanılma zamanı artmır və sağlam meyvələrə keçmir. Dəmgil meyvənin xarici
görünüşünü korlayır, tənəffüsü sürətləndirdiyindən şəkərin və C vitamininin
miqdarı azalır. Standarta görə meyvələrin azacıq dəmgil xəstəliyinə tutulmasına
yol verilir.
Meyvə çürüməsi bütün meyvə bitkilərinə zərər verən, geniş yayılmış
xəstəlikdir. Ona monilia yanığı da deyilir. Xəstəliyi Monilia fructigena Pers
göbələyi törədir. Xəstəlik meyvələrin yetişdiyi dövrdə inkişaf edir. Xəstəliyə
tutulmuş meyvələrin əti qonur rəng alır, yumşaq olur, ətrini və dadını itirir.
Meyvələrin səthində bozumtul rəngli göbələk yastıcaları əmələ gəlir. Göbələk
telləri meyvənin ətli hissəsinin hər yerinə işləyir, meyvə bərkiyir, qaralır, başqa
sözlə desək, onda mumifikasiya gedir. Saxlanılma zamanı meyvə çürüyür, xəstəlik
sağlam meyvələrə də keçir. Bu, mexaniki zədələnmiş meyvələrdə daha çox baş
verir.
195
Qara göbələk xəstəliyinə alma, armud və sitrus meyvələri tutulur. Onu
Gloedes pomigende göbələyi törədir. Bu zaman meyvələrin səthi onun xarici
görünüşünü korlayan qara nöqtəvari ləkələrlə örtülür. Ətli hissə isə zədələnmir və
meyvə normal şəraitdə saxlanıla bilir. Göbələk xəstəliyi başqa meyvələrə keçmir.
Standarta əsasən, 1-ci sorta aid edilən meyvələrdə göbələk xəstəliyinin olmasına
yol verilmir. Ikinci sorta aid olan alma səthinin dörddə birində seyrək göbələk
xəstəliyi ola bilər.
Deşikli ləkəlilik, yaxud klasterosporoz, əsasən çəyirdəkli meyvələrin
xəstəliyidir. Onu Clasteroprorium Carpophilum Aderh göbələyi törədir. Bu
göbələklər meyvəni hələ yumurtalıq əmələ gələn vaxtdan zədələyir. Meyvələrin
səthində əvvəlcə xırda qırmızı ləkələr əmələ gəlir, sonra bu ləkələr yavaş-yavaş
böyüyür, boz qartmaq şəkli alır. Meyvələr yeyilməyə yaramır, çox vaxt çürüyür.
Klasterosporoz ərik və badam meyvələrinə xüsusilə çox zərər verir. Meyvə eybəcər
formada olur. Az zədələnmiş meyvələr tədarük edilir və satışa verilir.
Sitrus meyvələri ən çox kif xəstəliklərinə tutulur. Göy kif xəstəliyini
P.italicum, yaşıl kif xəstəliyini isə P.digitatum göbələyi törədir. Göy kif ən çox
limon, portağal və narıngini xəstələndirir. Yaşıl kif meyvənin üzərində yaşıl ləkələr
əmələ gətirir və az vaxtdan sonra onu çürüdür. Mexaniki zədələnmişlər kif
xəstəliklərinə daha tez tutulurlar.
Sitrus meyvələrinin antraknoz xəstəliyi Colletotrichum citrus göbələyi
tərəfindən törədilir. Meyvənin qabıq hissəsində quru və batıq ləkələr əmələ gəlir.
Havada rütubət çox olduqda antraknoz xəstəliyi çox yayılır. Meyvənin dadı acı-
turş, iyi xoşagəlməz olur.
Boz çürümə xəstəliyinə ən çox üzümçülükdə təsadüf olunur. Onu Botrytis
cinerea Pers bakteriyası əmələ gətirir. Xəstəliyə, həmçinin alma, armud, çiyələk və
qarağat da tutulur. Göbələklər proteoletik fermentləri və sellülozu parçalayan
fermentlər vasitəsilə meyvə hüceyrələrini parçalayır. Nəticədə bakteriyalar zəhərli
maddələr əmələ gətirirlər. Nisbi rütubət yüksək olduqda xəstəlik artır. Meyvənin
ətliyi yumşalaraq tez çürüyür.
Dostları ilə paylaş: |