Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə55/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   120

 

 

193



çox olduqda məhsul uzun müddət saxlanılmağa və uzaq məsafəyə daşınmağa 

yaramır. 



Alma qurdu  ən geniş yayılmış  zərərvericidir. Alma qurdunun zədələdiyi 

meyvənin  əmtəəlik dəyəri aşağı düşür. Bu zərərverici dünyanın hər yerində  həm 

becərilən, həm də yabanı halda bitən tumlu meyvələrə çox ziyan vurur. 

Azərbaycanda alma qurdu meyvəçilik rayonlarında məhsuldarlığı çox aşağı salır. 

Bu zərərvericinin zədələdiyi meyvələr adətən yerə tökülür. Alma qurdu ilə 

zədələnmiş meyvələr tənəffüsə 2-3 dəfə çox şəkər sərf edir, çürüyür. 

Respublikamızın şəraitində alma qurdunun iki nəsli inkişaf edir. 

Standart üzrə 2-ci sort almanın iki yerində, armudun isə bir yerində alma 

qurdu ilə zədələnmiş yerin olmasına yol verilir. 

Taxıl biti qrupununa aid olan alma çiçəkyeyəni, kazarka, bukarka, əsasən 

toxumlu və  çəyirdəkli meyvələri zədələyirlər. Onlar məhsuldarlığa ziyan vurur

meyvənin səthində deşiklər açır və beləliklə meyvənin xarici görünüşünü 

korlayırlar. Kütləvi surətdə çoxaldıqda ağacların yarpaqları tökülür, ağac zəif 

böyüyür. Bunlardan başqa, meyvə  zərərvericilərinə çanaqlı yastıca, qonur meyvə 

gənəsi, alma mişarçısı, qoxulu ağacovan, tumurcuq qurdu, alma güvəsi, yemişan 

kəpənəyi və albalı milçəyi aiddir. Tərəvəz zərərvericilərinə paxla və noxud 

mənənəsi, yerkökü milçəyi, çətir güvəsi, qovun milçəyi və s. aiddir. 



Xəstəliklər. Meyvə  və  tərəvəz məhsulları yetişmə, daşınma və saxlanılma 

zamanı müxtəlif xəstəliklərə tutulurlar. Xəstəliklər fitopatogen və fizioloji olur. 

Fitopatogen xəstəlikləri müxtəlif mikroorqanizmlər – bakteriyalar və 

göbələklər törədir. Fizioloji xəstəliklər isə meyvə-tərəvəzdə normal fizioloji 

proseslərin – maddələr mübadiləsinin, tənəffüsün pozulmasından irəli gəlir. 

Meyvələrin xəstələnməsi onların saxlanılması zamanı itkini artırır. 

 



 

 

194



 

5.8.1. Fitopatogen xəstəliklər 

 

Meyvələrin xəstəlikləri. Meyvələrdə  dəmgil, unlu şeh xəstəliyi, meyvə 

çürüməsi, deşikli ləkəlilik, qara və yaşıl kif, sitrus meyvələrində antraknoz, 

üzümdə boz çürümə, oidium və s. xəstəliklər müşahidə olunur. 



Dəmgil xəstəliyi tumlu meyvə bitkilərinə ən çox zərər verən və Azərbaycan 

şəraitində çox yayılan göbələk xəstəliklərindən biridir. Onu Fusicladium cinsinə 

aid göbələklər törədir. Bu xəstəlik zamanı meyvənmin səthində girdə, tutqun boz 

rəngli ləkələr  əmələ  gəlir. Meyvələrin erkən müddətlərdə  zədələnməsi daha 

qorxuludur, çünki dəmgil ləkələrinin altında mantarlaşmış qoruyucu toxuma əmələ 

gəlir və meyvənin belə yerləri inkişaf etmir. Meyvə birtərəfli böyüyür, onun 

zədələnmiş yerlərinin toxuması çatlayır. Belə meyvələr  əmtəəlik dəyərini, tamını 

itirir və uzun müddət saxlanıla bilmir. Yetişməsinə az qalmış zədələnən meyvələrin 

forması  dəyişilmir. Bu meyvələr çatlamır, lakin 2-ci sorta aid edilir. Xəstəlik 

saxlanılma zamanı artmır və sağlam meyvələrə keçmir. Dəmgil meyvənin xarici 

görünüşünü korlayır, tənəffüsü sürətləndirdiyindən  şəkərin və C vitamininin 

miqdarı azalır. Standarta görə meyvələrin azacıq dəmgil xəstəliyinə tutulmasına 

yol verilir. 

Meyvə çürüməsi bütün meyvə bitkilərinə  zərər verən, geniş yayılmış 

xəstəlikdir. Ona monilia yanığı da deyilir. Xəstəliyi  Monilia fructigena Pers 

göbələyi törədir. Xəstəlik meyvələrin yetişdiyi dövrdə inkişaf edir. Xəstəliyə 

tutulmuş meyvələrin  əti qonur rəng alır, yumşaq olur, ətrini və dadını itirir. 

Meyvələrin səthində bozumtul rəngli göbələk yastıcaları  əmələ  gəlir. Göbələk 

telləri meyvənin  ətli hissəsinin hər yerinə  işləyir, meyvə  bərkiyir, qaralır, başqa 

sözlə desək, onda mumifikasiya gedir. Saxlanılma zamanı meyvə çürüyür, xəstəlik 

sağlam meyvələrə  də keçir. Bu, mexaniki zədələnmiş meyvələrdə daha çox baş 

verir. 



 

 

195



Qara göbələk  xəstəliyinə alma, armud və sitrus meyvələri tutulur. Onu 

Gloedes pomigende göbələyi törədir. Bu zaman meyvələrin səthi onun xarici 

görünüşünü korlayan qara nöqtəvari ləkələrlə örtülür. Ətli hissə isə zədələnmir və 

meyvə normal şəraitdə saxlanıla bilir. Göbələk xəstəliyi başqa meyvələrə keçmir. 

Standarta  əsasən, 1-ci sorta aid edilən meyvələrdə göbələk xəstəliyinin olmasına 

yol verilmir. Ikinci sorta aid olan alma səthinin dörddə birində seyrək göbələk 

xəstəliyi ola bilər. 



Deşikli ləkəlilik, yaxud klasterosporoz, əsasən çəyirdəkli meyvələrin 

xəstəliyidir. Onu Clasteroprorium Carpophilum Aderh göbələyi törədir. Bu 

göbələklər meyvəni hələ yumurtalıq  əmələ  gələn vaxtdan zədələyir. Meyvələrin 

səthində  əvvəlcə  xırda qırmızı  ləkələr  əmələ  gəlir, sonra bu ləkələr yavaş-yavaş 

böyüyür, boz qartmaq şəkli alır. Meyvələr yeyilməyə yaramır, çox vaxt çürüyür. 

Klasterosporoz ərik və badam meyvələrinə xüsusilə çox zərər verir. Meyvə eybəcər 

formada olur. Az zədələnmiş meyvələr tədarük edilir və satışa verilir. 

Sitrus meyvələri  ən çox kif xəstəliklərinə tutulur. Göy kif xəstəliyini 



P.italicum, yaşıl kif xəstəliyini isə  P.digitatum göbələyi törədir. Göy kif ən çox 

limon, portağal və narıngini xəstələndirir. Yaşıl kif meyvənin üzərində yaşıl ləkələr 

əmələ  gətirir və az vaxtdan sonra onu çürüdür. Mexaniki zədələnmişlər kif 

xəstəliklərinə daha tez tutulurlar. 

Sitrus meyvələrinin antraknoz xəstəliyi  Colletotrichum citrus göbələyi 

tərəfindən törədilir. Meyvənin qabıq hissəsində quru və batıq ləkələr əmələ gəlir. 

Havada rütubət çox olduqda antraknoz xəstəliyi çox yayılır. Meyvənin dadı acı-

turş, iyi xoşagəlməz olur. 

Boz çürümə  xəstəliyinə  ən çox üzümçülükdə  təsadüf olunur. Onu Botrytis 

cinerea Pers bakteriyası əmələ gətirir. Xəstəliyə, həmçinin alma, armud, çiyələk və 

qarağat da tutulur. Göbələklər proteoletik fermentləri və sellülozu parçalayan 

fermentlər vasitəsilə meyvə hüceyrələrini parçalayır. Nəticədə bakteriyalar zəhərli 

maddələr  əmələ  gətirirlər. Nisbi rütubət yüksək olduqda xəstəlik artır. Meyvənin 

ətliyi yumşalaraq tez çürüyür. 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə